çərşənbə günü, 07 oktyabr 2026
     

Cənubi Azərbaycan ədəbiyyatını necə öyrənirik... - MÜSAHİBƏ

Image


“Türkün dilitək sevgili dil olmaz” rubrikasında Cənubi Azərbaycan ədəbiyyatından danışacağıq.  Azərbaycan ədəbiyyatı birdir, amma bizi ayıran siyasi və coğrafi şərtlərə görə bu gün Cənubi Azərbaycan ədəbiyyatını ayrıca öyrənirik.

Yeri gəlmişkən, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi var.

Cənubi Azərbaycan ədəbiyyatını necə öyrənirik?

Ədəbiyyat İnstitutunun saytında Cənubi Azərbaycan ədəbiyyatı barədə bunlar qeyd edilir: “Cənubi Azərbaycan ədəbiyyatı Azərbaycan ədəbiyyat tarixinin tərkib hissəsidir. İran ölkəsindəki Azərbaycan ərazilərində yaşayıb-yaradan azərbaycanlı sənətkarların ədəbi fəaliyyətini öyrənir. Bu istilah sovet dövründə (1920-1980) ədəbi leksikonumuza daxil olub.

Cənubi Azərbaycan ədəbiyyatı Cənubdakı ədəbi proses və tənqidi mərhələlər üzrə tədqiq edilir. Görkəmli nümayəndələri Şəhriyar, Sönməz, Səhənd, Səməd Behrəngi və başqalarıdır. Əsas mövzuları şahlıq üsuli-idarəsi, istismar rejiminin ifşası, vahid Azərbaycan, Vətən, torpaq və dil birliyinin təbliğidir”.

Məlumata görə, Cənubi Azərbaycan ədəbiyyatı 1976-cı ildən Ədəbiyyat İnstitutunda yaradılmış Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi üzrə öyrənilir. “Cənubi Azərbaycan ədəbiyyatı şifahı və yazılı ədəbiyyatını, ədəbi-tənqidi fikrin araşdırılması, nəşri və təbliğini həyata keçirir. Bu sahədə akademik Mirzə İbrahimov ədəbi məktəb yaratmışdır. Professor Teymur Əhmədov: “Mirzə İbrahimov Təbrizdə “Vətən yolunda” qəzetinin redaktoru, Cənubi Azərbaycan demokratik inqilabi hərəkatının iştirakçısı olmuş, ictimai fikrin oyanması, ana dilinin qorunması, xalqın öz milli azadlığı uğrunda mübarizəsində  misilsiz xidmətlər göstərmişdir. Mirzə İbrahimov 1946-cı ildə Milli demokratik hərəkatın süqutundan sonra da (1946-1993) Cənubi Azərbaycanda ədəbi, tənqidi fikrin və ədəbiyyatşünaslığın inkişafı sahəsində heyrətamiz işlər görmüş, cəsarətlə demək olar ki, yeni ədəbi məktəbin binasını qoymuşdur. Qeyd olunur ki, Mirzə İbrahimov 1976-cı ildə Cənubi Azərbaycan ədəbiyyatı şöbəsini-Cənub ədəbi irsini mükəmməl tədqiq edən ilk qurumu yaradarkən Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat  İnstitutunun ayrı-ayrı şöbələrindən-Balaş Azəroğlu, İsmayıl Cəfərpur, Rza Xəlilov, Əşrəf Ağazadə, Mirəli Mənafı, Rəfiqə Qasımova, Zahid Əkbərov, Xuraman Quliyeva, Nazim Rizvanov, Tamella Məmmədova, Elmira Axundova, Hüseyn Kürdoğlu, Rəhim Əliyev kimi təcrübəli elmi işçiləri bu müqəddəs elmi işə cəlb etmişdir.

  • “Güney Azərbaycan ədəbiyyatının öyrənilməsinin səviyyəsi hələ də qaneedici deyil”

Müsahibimiz AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi,  Amerika Bioqrafiya İnstitutu tərəfindən Cənubi Azərbaycan Ədəbiyyatı üzrə ekspert elan edilən, filologiya elmləri doktoru, professor Esmira Fuadla əlaqə saxladıq.

- Son zamanlar Cənubi Azərbaycan mövzusu çox aktuallaşıb. Xüsusilə də cənab Prezidentin 40 milyonluq cənubi azərbaycanlının öz ana dilində təhsil ala bilməməsi məsələsini, eləcə də hər zaman soydaşlarımızın yanında olmağa hazır olduğumuzu bəyan etməsi böyük effekt verdi. Bununla da Cənubi Azərbaycan türklərinin qayğılarına, problemlərinə, taleyüklü məsələlərinə yeni bir baxış sərgiləndi. Mən də Güney Azərbaycan mövzusunda müntəzəm olaraq “Respublika” və “525-ci qəzet”də məqalələrlə çıxış edirəm.

- Sizin əsas tədqiqat mövzunuz Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlıdır. Bu işlə AMEA-nın Ədəbiyyat İnstitutunda məşğul olursunuz. Bəs sizin institutda Cənubi Azərbaycan şöbəsi nə zaman yaradılıb?

- Bu şöbə ulu öndər Heydər Əliyevin elmimizə qayğısı və Güney məsələsinə həssas münasibətinin nəticəsində yaradıldı. Qeyd edim ki, Azərbaycan xalqının böyük yazıçısı, dilimizin böyük təəssübkeşi, SSRİ dövründə Azərbaycan SSRİ-də Azərbaycan dilinin dövlət dili olaraq qəbul olunmasına, bütün yazışmaların sənədləşmələrin ana dilimizdə aparılmasına nail olan Mirzə İbrahimovun təşəbbüsü və Heydər Əliyevin qayğısı, həssas münasibəti nəticəsində 1976-cı ildə Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi yarandı. İkinci bir şöbə Şərqşünaslıq İnstitutunun nəzdindədir. Bu da Cənubi Azərbaycan qrupu adlanırdı. Bütün Azərbaycan elmi üzrə bu iki şöbədə Güney Azərbaycan türklərinin problemləri sistemli şəkildə öyrənilməyə başladı.

- Esmira xanım, milli ədəbiyyatın yaranması üçün milli dilin azad və işlək olması vacibdir. Amma uzun illərdir ki, orada dilimizin qarşısına böyük bir sədd çəkilib...

- Güney Azərbaycan türklərinin haqq və hüquqlarının tapdanması, qorunmaması, ana dilimizin yasaqlanması, buxovlanması 1925-ci ildə Rza şah Pəhləvi hakimiyyətə gəldikdən sonra çox kəskin hal aldı. Şah rejimi dövründə Azərbaycan türkcəsində bütün ədəbiyyat qadağan olundu. Hətta küçədə-bayırda belə Azərbaycan dilində danışmaq yasaqlandı. Analar övladlarına Azərbaycan-türk adlarının qoyulması üçün rəsmi idarələrdən izn ala bilmədilər. Rejim tərəfindən dilimizə qarşı basqıların olması, dilimizin yasaqlanması, soydaşlarımızın haqq və hüquqlarının pozulması kimi acı proseslər bu gün də davam etdirilir. Baxmayaraq ki, orada Azərbaycan türkləri dörd dəfə inqilab meydanına atılıb, hər dəfə də qalibiyyətlə sonuclanmaqda olan bir hərəkata liderlik ediblər. Amma yenə də baş verən inqilabdan sonra durum dəyişmədi, problemlər bu günə qədər qalmaqda davam edir.  Bu gün də Güney Azərbaycan türklərinin öz ana dillərində məktəbləri, dərs vəsaitləri, dərslikləri, ana dilində hər hansı bir orqanları demək olar ki, yox səviyyəsindədir. Keçən əsrin 1978-1979-cu il inqilabından sonra bəzi qəzet və jurnallar Azərbaycan türkcəsində çıxsa da, sonradan bu qadağalar daha kəskin şəkildə həyata keçirildi. Hətta 1946-ci ildə 21 Azər Hərəkatının məğlubiyyətindən, Güney türklərinin başına gətirilən o zülmlər haqda hər birimizin bilgisi var.

- Güney Azərbaycan ədəbiyyatının öyrənilməsi işi necə gedir?

- Güney Azərbaycan ədəbiyyatının öyrənilməsinin səviyyəsi hələ də qane edici deyil. Doğrudur, Güney Azərbaycanla bağlı ədəbi məsələlər, oradakı ana dilinin vəziyyəti, soydaşlarımızın probelmləri şöbəmizdə aparılan sistemli tədqiqatlar nəticəsində araşdırılıb. Amma səviyyəsi hələ o dərəcədə deyil. Bizim şöbəmizin 10-dan artıq əməkdaşı var. Onlar Güney Azərbaycan ədəbiyyatının müxtəlif məsələlərini araşdırmaqla məşğuldurlar. Şöbəmizin müdiri filologiya elmləri doktoru Rəhim Əliyev ayrı-ayrə mərhələlər barədə analitik təhlil səviyyəsində oçerklər və icmal xarakterli təhlillər yazır. Mən, Pərvanə Məmmədli, Lətifə Mirzəyeva, Mahuzər Mehdibəyova, Zəminə Zeynalova, Solmaz Daşdəmirova, Elmira Bağırova, Kifayət Əliyeva Güney Azərbaycanda olan, tanınan və tanınmayan şəxsiyyətlərin ədəbi fəaliyyətlərini, həyat və yaradıcılığını tədiqata cəlb edərək müxtəlif monoqrafiyalar, portret oçerklər və antologiyalar üçün materiallar hazırlamaqla məşğuldurlar. Səhəndin (Bulud Qaraçurlu) həyat və yaradıcılığı Fikrət Süleymanoğlu tərəfindən araşdırılıb. Rəhim Əliyev Cənubi ədəbiyyatın ayrı-ayrı mərhələləri ilə bağlı icmallar qələmə alıb. Mən müxtəlif dövrünün yazarları Kiyan Xiav, Nigar Xiyavi, Məhəmməd hüseyn Şəhriyar, Əlirza Nadir Oxtay, Əli Dastan, Məsud Haray, Huşəng Cəfəri, Mirmehdi Etimad və başqa şairlərin yaradıcıllığını araşdırıram. Daha çox 2011-2021-ci ilə qədər Cənubi Azərbaycandakı çağdaş ədəbi prosesi izləmişəm. “Güney Azərbaycanda çağdaş ədəbi proses” adlı kitabım da çap olunub. Daha sonra müxtəlif antologiyalarım işıq üzü görüb. 2019-cu ildə son 40 ilin ədəbi prosesini əks etdirən, şəxsiyyətlərinin, yazarlarının yaratdığı ədəbiyyat əsasında “Günümüzün Güney Ədəbiyyatı Antologiyası. Poeziya”, 2020-ci ildə “Güney Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyası” çap olunub. Bu  Güney və Qüzey Azərbaycanda deyil, bütövlükdə türk dünyasında ilk dəfədir çap olunub. “44 günlük Vətən müharibəsi Güney Azərbaycan Ədəbiyyatında Antologiya”sı çap olunub. Bu bu silsilədən olan birinci ciddir. İkinci cild isə “Qarabağ zəfəri Güney və Qüzey yazarlarının gözü ilə” adı altında çap olunub...

- Şöbəniz xeyli məsuldar işləyir. Daha hansı işlər görmüsünüz?

- 2022-ci ildə çap olunan Azərbaycanm ədəbiyyatı oncildliyin IX cildi Güney Azərbaycan ədəbiyyatının nümayəndələrinə həsr olunub. Mənin də orada oçerklərim çap olunub. Şöbəmizin əməkdaşlarının əksəriyyətinin məqalələri də IX cilddə yer alıb.

- Azərbaycan dilində ədəbiyyat çap olunub, dərsliklər, şairlərin kitabları çap olunub, qəzetlər, jurnallar çap olunub. Güneydə dilimizin üstün mövqedə olduğu vaxt  da olub. Bu barədə nə deyərdiniz?

- Bəli, Azərbaycan dili özünün ən yüksək təntənəsini 1945-1946-cı illərdə Milli Hökumət dövründə yaşayıb. Azərbaycan dilinə, ədəbiyyatına, mədəniyyətinə geniş imkanlar açan 21 Azər Hərəkatının qələbəsindən sonra dilimiz üstün mövqeyə keçdi, mədəniyyətimiz inkişaf etdi, filarmoniya yarandı, teatrlar açıldı, ana dilində məktəblər faəliyyətə başladı. Sürətlə Vətən dili kitabları, şair və yazıçıların kitabları işıq üzü gördü. Qəzet və jurnallar çap olundu. Lakin 1946-cı ildə Milli Hökumət devirilindən sonra irtica dövrü başladı və Azərbaycan türkcəsi daha kəskin şəkildə qadağan olundu.

- Güney Azərbaycan ədəbiyyatının Şimalda öyrənilməsi səviyyəsini necə dəyərləndirərdiniz?

- Təbii ki, məni Güney Azərbaycan ədəbiyyatının Qüzey Azərbaycanda tədqiqatı və öyrənilməsi səviyyəsi qane etmir. Qüzey Azərbaycanda elmi müəssisələrində daha çox Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığı öyrənilir. Çox təəssüf başqa şairlərin yaradıcılığına elə də maraq göstərilmir. Şəhriyarın da yalnız türkcə olan yaradıcılığı əsasında elmi-tədqiqat işçləri aparılır. Dəfələrlə vuğulamışam ki, Şəhriyarın fars dilində yaradıcılığı daha geniş araşdırmaya möhtacdır. Çünki türkcə yaradıcılığı kifayət qədər araşdırılıb. Amma farsca zəngin, yüksək sənətkarlıq baxımından yüksək səviyyədə yaradılan bədii isrsi hələ də öz cidi tədqiqatçılarını gözləməkdədir. Bəzi tərcümə olunan mətnlər üzərində iş gedib. Lakin toplu şəkildə, Şəhriyarın bütünlüklə fars dilində yaradıcılığı araşdırma mövzusu olaraq tədqiqata cəlb olunmayıb.         

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ