Cümə günü, 14 avqust 2026
     

Təbrizdə ilk Azərbaycan teatrı və Filarmoniya fars rejiminin qurbanları oldu...

Image


Cənubi Azərbaycanın mədəniyyət tarixini Şimali Azərbaycandan ayırmaq olmaz. Təbii, bunlar bir ağacın iki budağıdır ki, quzeydə baş verən mədəniyyət hadisələri güneydə də yaşanıb, amma burada onlar yarımçıq qalıb, sonu faciəvi olub... Baş verən mədəni inqilablar, yaradılan mədəniyyət ocaqlarının adı bu gün yalnız tədqiqat əsərlərində, məqalələrdə, fotoşəkillərdə, qısa videolarda qalıb. Bir sözlə, tarixə çevriliblər.

“Təbriz Bakıya arxa” rubrikasında Azərbaycan Milli Hökumətinin mədəniyyət siyasəti, habelə Təbrizdə, Güneyin müxtəlif şəhərlərində yaradılan mədəniyyət ocaqları, mədəniyyət mühiti barədə danışmaq istəyirik. Bütün hallarda Təbrizin, Güneyin mədəni həyatı bizim üçün bir qürur mənbəyidir.

1945-ci ilin 12 dekabr tarixində elan olunan Azərbaycan Milli Hökumətinin siyasətində, qəbul etdiyi proqramlarda mədəniyyət xüsusi yerlərdən birini tuturdu. Heç şübhəsuz, Azərbaycan xalqı tarixən zəngin mədəniyyətə malik olub və bu mədəniyyətin nişanələri bir miras kimi ululardan bizə qalıb. Cənubi Azərbaycanın mədəni həyatı da zəngin milli mədəniyyətimizin özülləri üzərində pərvəriş tapdı. Məlumatlara görə, Azərbaycan Milli hökuməti zamanı Təbrizdə ilk Azərbaycan Dövlət Teatrı yaradıldı və 1946-cı ildə Təbriz Dövlət Filarmoniyası da fəaliyyət göstərdi. Bu barədə sənədlərdə vurğulanır ki, 1946-cı il mart ayının 28-də isə Təbrizdə Azərbaycan Dövlət Teatrı yarandı. Ərdəbil, Astara, Marağa və digər şəhərlərdə də teatr binaları tikildi. Yeni kinoteatrların açılması ilə yanaşı, köhnələrinin nizama salınması, teatr binalarının, eləcə də, qədim abidələrin təmiri kimi mədəni işlərin görülməsi üçün Azərbaycan Milli Hökuməti büdcədən 14 milyon 22 min 300 tümən pul ayrılmasını təsdiq etdi. 1946-cı il aprel ayının 7-də Azərbaycan radio stansiyası açıldı, Radio Komitəsi fəaliyyətə başladı. Həmin ilin iyul ayının 5-də Behzad adına İncəsənət Muzeyi, oktyabr ayının 3-də isə Azərbaycan Milli Orkestri, onun  əsasında təşkil olunmuş Dövlət Filarmoniyası fəaliyyətə başladı. Təbriz şəhərində Ali İncəsənət və Rəssamlıq Məktəbinin açılması, Azərbaycan Rəssamlar və Heykəltəraşlar Cəmiyyətinin təşkil olunması Güneyin mədəni həyatı barədə bizə dolğun məlumat verir.

İnternet resurslarında yer alan məlumatlarda vurğulanır ki, mədəniyyət sahəsində mühüm işlər görüldü. Milli hökumətin 1946-cı il 6 yanvar tarixli "Dil haqqında Azərbaycan Milli hökumətinin qərarı" ilə Azərbaycan dili Cənubi Azərbaycanda rəsmi dövlət dili elan olundu.

Məlumatlara görə, xalq hökuməti hesabına 7 şəhərdə tərbiyə evləri, şəhər, qəsəbə və kəndlərdə çoxlu kitabxana və qiraətxana açıldı, Azərbaycan Rəssamlar və Heykəltəraşlar Cəmiyyəti təşkil olundu, əhalinin vəsaiti hesabına bir ildə 2000-dən artıq məktəb açıldı. Azərbaycan dilində 20-dən çox qəzet və jurnal nəşr edilməyə başlandı. 1946-cı ilin yanvarında “Azərbaycan şairlər məclisi”adlı yazarlar birliyinin yaradılması oradakı milli ədəbi prosesdə mühüm hadisəyə çevrilmişdi. “Şairlər Məclisi” adlı topluda yazıçı və şairlərin ana dilində ədəbi nümunələri işıq üzü gördü. Birliyin ƏrdəbiI Urmiya, Zəncan, Sərab, Mərənd, Səlmas, Marağa və başqa . şəhərlərində filialları fəaliyyət göstərirdi.  Azərbaycanda yaradılan yeni mədəniyyət ocaqlarından bəhs edən “Demokrat” məcmuəsi yazırdı ki, indi Azərbaycanın şəhər və kəndlərində hər gün minlərlə yeni mədəni-maarif ocaqları yaranmaqdadır. Milli Hökumət tərəfindən maddi və mənəvi cəhətdən dəstəklənən teatr truppaları 1946-cı ildə Azərbaycanın bütün şəhərlərində fəaliyyət göstərməyə başlayıb. Azərbaycan dilində qurulan teatr tamaşalırının əsas mövzuları sırasında milli vətənpərvərlik, maarifləndirmə, cəhalət və xürafatdan uzaqlaşmaq, əxlaq və mədəniyyət, qadın problemi əsas yer tuturdu. 1946-cı il martın 28-də Təbrizdə Azərbaycan Dram Teatrının açılması Azərbaycan mədəniyyəti tarixində əlamətdar hadisə olur. Azərbaycan teatrı Milli Hökumətin mədəni-maarif proqramının icrasında fəal iştirak edib.

Məlumatlara görə, Sovet hərbi hissələrinin tərkibində Cənubi Azərbaycana gedən Azərbaycanın yazıçı, şair ədəbiyyatşünas və publisistləri Süleyman Rüstəm, Süleyman Rəhimov, Məmməd Rahim, Əvəz Sadıq, Osman Sarıvəlli, Cəfər Xəndan, Abbas Zamanov, Qulam Məmmədli, İsrafil Nəzərli və başqalarının fəaliyyəti sayəsində Təbriz ədəbi mühitində böyük bir canlanma yarandı. Bu fikirlər də internet resurslarında Milli Hökumətlə haqda olan məlumatdan götürülüb.

Bildirək ki, çoxlarımız Cənubi Azərbaycanın mədəni həyatı, güneylilərin mədəni inkişafı, teatrın, filarmoniyanın solistlərinin ifası barədə maraqlı görütüləri rejissor və ssenarist Esfir Şubun 1947-ci ildə Bakı Kinostudiyasında lentə aldığı “Arazın o tayında” tammetrajlı publisistik filmdə görə bilirik. Film 1945-1946-cı illərdə Cənubi Azərbaycanda  baş verən hadisələri ekranda canlandırır. Filmdə Güney Azərbaycanda müxtəlif illərdə çəkilmiş zəngin kinomateriallardan istifadə edilib. Film burada Azərbaycan xalqının öz azadlıq və müstəqilliyi uğrunda apardığı mübarizəni, ölkədə gedən demokratik hərəkatı tərənnüm edir, filmdə öz xalqına qəlbən bağlı olan adamlar- Şeyx Məhəmməd Xiyabani, Səttar Xan, Bağır Xan, Pişəvəri, Qulam Yəhya və başqaları haqqında söhbət açılır.

Coşub daşan, gur Araz çayı çox hadisələrin şahidi olub, başı qarlı Savalan dağı, çiçəkləyən meyvə bağları, tarixi memarlıq abidələri, milli-azadlıq hərəkatı döyüşçülərinin qərargahına çevrilmiş uzaq dağ yerləri, qayaüstü təsvirlər Güney Azərbaycanının koloritli obrazını yaradır.

Sözügedən filmdə də göstərilir ki, Milli Hökumət devirildikdən sonra şah rejimi, fars-şovinist Pəhləvilər xalqımızın başına hansı bəlalar gətirir. Şovinist rejim Milli Hökumətin qurub-yaratdığı teatrları, filarmoniyanı, milli orkestri, rəssamlıq məktəblərini, bir sözlə, mədəniyyətə, elmə, təhsilə aid nə varsa hamısını dağıdıb məhv etdi. Əlbəttə, xalqımızın mədəniyyət ocaqları rejim tərəfindən məhv edildi, amma onların nə adlarını, nə fəaliyyətlərini, nə də oynadıqları rolu tarixdən silə bilmədilər. Cəmi bir il fəaliyyət göstərən Milli Hökumət böyük mədəniyyət hadisələrinə imza atdı. Bu gün o tarixi irs barədə fəxrlə danışırıq. Onlar bizim xalqımızın adını, tarixini, mədəniyyətini əks etdirən bir dünyadır.

Bakıda baş verən mədəni hadisələr dərhal özünü Təbrizdə ifadə edirdi. Təbriz və Bakı, iki ayrılmaz qardaş, bir ananın iki övladı hər zaman bir-birinin səsinə səs verib. Maraqlıdır ki, hələ Güney Azərbaycanda Milli Hökumət qurulmamışdan bir neçə il əvvəl, daha dəqiq desək, 1941-ci ildə Şimali Azərbaycanın mədəniyyət xadimləri Pəhləvi rejiminin zülmündən əziyyət çəkən soydaşlarımızın mədəni həyatını canlandırmaq üçün Təbrizə getdilər. İstərdik ki, bir neçə kəlmə də onların fəaliyyətindən yazaq. Tarixi sənədlərdə qeyd edilir ki, Sovet-İran mədəni əlaqələrinin inkişafında Azərbaycan Respublikasının mədəniyyət xadimləri mühüm rol oynayırdılar. Cənubi Azərbaycana qastrol səfərinə gələn ilk sovet incəsənət kollektivlərindən biri – M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı Üzeyir Hacıbəyovun "Koroğlu", "Leyli və Məcnun", "Əsli və Kərəm", M.Maqomayevin "Şah İsmayıl" operalarını, Ü.Hacıybəyovun "Arşın mal alan" musiqili komediyasını tamaşaçılara göstəriblər. Qastrolların müvəffəqiyyətlə keçməsində rejissor İsmayıl Hidayətzadənin  dirijor Niyazinin, balet ansamblının rəhbəri Qəmər Almaszadənin, artistlərdən Bülbülün, Əlövsət Sadıqovun, Həqiqət Rzayevanın böyük əməyi olub. 1941-ci il oktyabrın 26- da SSRİ xalq artisti Şövkət Məmmədova təbrizlilər qarşısında geniş konsertlə çıxış edir və 1942-ci il fevralın 20-dən aprelin 9-dək Rəşid Behbudovun İran qastrolları uğurla keçir. Bakı Kinostudiyasında istehsalı olan "Kəndlilər", "Bakılılar", "T9" sualtı qayığı" bədii, "Ordenli Azərbaycan", "Əbədi Odlar ölkəsi" sənədli və "Zoya", "O, Vətəni müdafiə edirdi", "217 №-li adam" dublyaj filmləri nümayiş etdirilib.

Güneyli və qüzeyli sənətkarların, ədəbiyyat, mədəniyyət xadimlərinin qarşılıqlı əlaqələri barədə çox yazmaq olar. Əlbəttə, deməyə sözümüz çoxdur. Tarixdə ən böyük və dəyərli sözü isə Təbriz-Bakı qardaşlığı, arxadaşlığı deyir. Əminik ki, tarixə yeni sözlər yazılacaq, bu sözləri isə Cənubi azərbaycanlılar milli hökumət qurmaqla deyəcəklər...

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma...

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

12.08.2026 / 17:35
İran Hörmüzün açılmasına görə ABŞ-a yeni tələblər qoydu...

12.08.2026 / 17:04
Süriyadakı rus bazaları barədə razılaşma ilə eyni vaxtda Əsədə ölüm hökmü çıxarıldı...

12.08.2026 / 16:53
Tramp NATO Zirvəsindən "İranı vurun" əmrini bu səbəbdən verdi - qurulmuş plan...

12.08.2026 / 16:46
Naxçıvan Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır - Yunus Oğuz

12.08.2026 / 16:41
Ermənistan və İran arasında müəmmalı "TRIPP anlaşması"...

12.08.2026 / 16:25
Naxçıvanda ictimai nəqliyyat yeniləndi - 72 elektrikli avtobus...

12.08.2026 / 16:17
Prezident bölgənin gələcək siyasi-iqtisadi xəritəsini elan etdi!

12.08.2026 / 16:11
Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ hərəkətə gəldi...

12.08.2026 / 15:42
Vergi hüquqpozmalarının sayı sürətlə artır...

12.08.2026 / 15:26
Naxçıvanın imkanları TRIPP marşrutunu bütövləşdirir...

12.08.2026 / 15:09
Ukrayna Qara dənizdə qazax nefti daşıyan tankerlərə hücumları dayandırdı - neft nəhəngindən Trampa zəng...

12.08.2026 / 14:54
Qars-İqdır-Naxçıvan dəmiryolu “dəhlizlər diplomatiyasında” önəmli yer tutur...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ