çərşənbə günü, 07 oktyabr 2026
     

Cənubi Azərbaycanın dünya şöhrətli müğənniləri - Şimalla Cənub arasında möhkəm mənəvi körpü...

Image


Ayrılıq, ayrılıq, aman ayrılıq
Hər bir dərddən olur yaman ayrılıq!

Xalqımızın 200 illik həsrətini canında daşıyan, sözə, musiqiyə, səsə hopduran bu əsər Arazın o tayında, Cənubi Azərbaycanda ustad Əli Səlimi tərəfindən yazılıb. Qoparılan, parçalanan torpağımızın qan süzülən ürəyindən, yaş süzülən gözlərindən axıb gedən bir haraydır. Güney Azərbaycan müğənniləri də bu əsəri can köynəklərindən keçirib ürək göynəyi kimi oxuyublar. Ququş, Yaqub Zurufçu, daha kimlər bu əsərin sehrinə düşməyib ki... Uzun illər radio dalğalarından süzülən, güneydən gələn Araz nidalı səslərə qulaq asardıq, soydaşlarımızın səsini, adını əzbərləyərdik ki, sabah fərqləndirə bilək. Niyə “Ayrılıq” mahnısının adını çəkdik? Ona görə əslən güneydən olan müğənnilərin böyük əksəriyyəti bu mahnını ifa ediblər. Dünyada o taylı, bu taylı Azərbaycanın səsinə çevirilən əməkdar artist mərhum Yaqub Zurufçu, ABŞ-da yaşayan müğənni Ququş, Arazın gətirdiyi ayrılıq, Vətən dərdi sinəsində qanayan yaraya çevirilən  Araz Elsəs, daha neçə-neçə güneyli sənətkarlar həm Cənubi, həm də Şimali Azərbaycan arasında canlı körpü rolunu oynayıblar. Təbii, Ququş bir qədər fəqrli yanaşıb bu məsələyə. Amma Yaqub Zurufçu və Araz Elsəsin bütöv Azərbaycan məsələsində inamı da, əqidəsi də tam olub.

  • Molla rejimi hakimiyyətə gələndən sonra ölkəni tərk edən sənətkar...

Əslən Güney Azərbaycandan olan tanınmış vokalist və musiqiçi Yaqub Zurufçu 8 aprel 1956-cı ildə Təbriz şəhərinin Çərandab məhəlləsində dünyaya gəlib. 7 yaşında Fərvərdin Mədrəsəsində ilk təhsilə başlayan Yaqub elə o illərdə Təbrizdə uşaq proqramlarında iştirak edib və məşhur “Cücələrim” mahnısı ilə həm Azərbaycanda, həm də İranda dillər əzbəri olub. 11 yaşında Azərbaycanın xalq mahnıları və bəstəkar mahnılarıyla tanış olan və onları məharətlə, şövqlə ifa edən Yaqub Zurufçu 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan "Evləri var xana-xana", "De, gülüm gəlsin, ay nənə", "Dilbər" mahnılarını ifa edib. Müğənni özünün musiqiyə olan böyük həvəsini, istedadını və oxumaq istəyini hər zaman atasının bir vaxtlar Bakıda yaşaması və Azərbaycan musiqisinə olan böyük sevgisi ilə izah edirdi.

Tamaşaçıların, çoxsaylı musiqi həvəskarlarının xahişi ilə onu sonralar da vaxtaşırı Təbriz və Tehranın Radio və Televiziyaları öz musiqili proqramlarında çıxış etməyə dəvət edirdilər. Tehran Operasının xorunda öz musiqi fəaliyyətini davam etdirən sənətkar 1979-cu ildə molla rejimi hakimiyyətə gələndən 1 il sonra 1980-ci ildə İranı tərk edib, Almaniyaya köçməli olub. O,  öz peşəkar musiqi təhsilinə Hamburq şəhərində başlayıb və vokal sənəti üzrə diplomlu musiqiçi  kimi daha sonra Amerikanın Florida ştatının Myami Universitetində vokal sənəti üzrə ali mütəxəssis diplomuna layiq görülür...

Y.Zurufçu barədə geniş bəhs etmək olardı, amma barəsində söz açmalı olduğumuz digər güneyli sənətkarlar da var.

Güney Azərbaycandan olan Araz Elsəs isə 27 noyabr 1971-ci ildə Urmiya gölünün yaxınlığında yerləşən Sulduz şəhərində anadan olub. Uşaqlıq çağlarından musiqiyə böyük maraq göstərib. O, gənc yaşlarından doğma yurdunu doğma dildə oxşamağa başlayır. Sazı və sözü ilə illərin yuxusuna batmış ulusunu oyanmağa səsləyir.

Daha sonra siyasi səbəblərdən çətinliklərlə üzləşərək, 1991-ci ildə Quzey Azərbaycana köçür. 1997-ci ildə Avropa yazarlar parlamenti tərəfindən siyasi şair, ozan olaraq Norveçə çağırılır. O dövrdən Avropada yaşayır, müxtəlif ölkələrdə azərbaycanlılar içində konsertlər verir. Müğənni 2000-ci ildə isə İsveçə köçüb.

  • Şah rejimini hədəfə aldığı üçün 9 ay həbsxanada yatan müğənni...

Güney Azərbaycanın digər tanınmış müğənnisi Daryuş İqbaldır. Sənətkar 1951-ci il fevralın 4-də Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində mülkədar ailəsində anadan olub. Uşaqlıq illərini həmin şəhərdə keçirən Daryuş 9 yaşındaykən məktəbdə musiqi və tamaşa proqramlarında iştirak edib. Orta təhsilini Tehranda davam etdirən müğənni 1971-ci ildən musiqi ilə ciddi şəkildə məşğul olmağa başlayıb. Həmin il o, «Be mən nəqu ke duset darəm» («Demə ki, sevirəm səni») mahnısı ilə məşhurlaşıb.

1975-ci ildə o, mahnılarında şah rejimini hədəfə aldığı üçün 9 ay həbsdə olub. İran mətbuatı ölkənin keçmiş təhlükəsizlik idarəsinin (SAVAK) diktəsi ilə həbsi Daryuşun «narkoman olmasıyla» əlaqələndirib. Sonralar təhlükəsizlik qüvvələri müğənninin siyasi məzmun daşıyan «Cəngəl» («Meşə»), «Pəriya», «Rəhai» («Qurtuluş») mahnılarına görə tutulduğunu etiraf edib.

İran İslam Respublikası bərqərar olmazdan (1979-cu il) az əvvəl ölkəni tərk edən müğənni əvvəlcə Böyük Britaniyada, bir müddət sonra isə ABŞ-da məskunlaşıb və musiqi fəaliyyətini davam etdirib.

Xaricdə yaşadığı son 30 ildə müğənni dəfələrlə dünyanın müxtəlif ölkələrində, o cümlədən də ABŞ, İngiltərə, Almaniya, Yaponiya və Kanadada çoxlu konsertlər verib...Bir neçə beynəlxalq mükafata layiq görülən sənətkarın 25 albomda 200-dən çox mahnısı toplanıb, o  bir neçə bədii filmə də çəkilib.

  • Turqut Ozalın “Qızıl Kəpənək” verdiyi güneyli müğənni kimdir?

Güney Azərbaycanın tanınmış müğənnisi və aktyoru Huşəng Azəroğlu 1985-ci ildə Türkiyədə musiqi üzrə “Qızıl Kəpənək” mükafatına layiq görülüb.

Huşəng Azəroğlu 1938-ci ildə Ənzəli şəhərində anadan olub. 13 yaşında ikən hər iki valideynini itirib. Bir müddət özünü peşəkar idmanda sınayıb, İranın milli komandasında güləşib. Gənc ikən Bakı radiosundan yayımlanan Azərbaycanın muğam musiqisindən xüsusilə Xan Şuşinski və Cabbar qaryağdıoğlununun  ifalarından təsirlənərək Vəli Vahid və Məşədi Salamat kimi musiqi ustadlarından musiqi təhsili almağa başlayır. Sonrakı illərdə Mustafa Payanın şagirdi olur. O, 1979-cu ilə, yəni molla rejimi hakimiyyətə gələnə qədər 20 filmdə rol oynayıb. Məşhur aktyor Məhəmmədəli Fərdin ilə birlikdə Gənc-i Qarun filmində də rol alıb. İranda islam inqilabından sonra İstanbula köçüb, uzun illər orada yaşayıb. Türkiyədə də İstanbul və TRT radioları ilə əməkdaşlıq edib. Müğənni Əli Səliminin bəstələdiyi “Sizə salam gətirmişəm” mahnısını ifa etdikdən sonra Türkiyədə məşhurlaşıb. O həmin mahnıya görə 1985-ci ildə Türkiyənin  prezidenti Turqut Ozal tərəfindən “Qızıl Kəpənək” mükafatı ilə təltif olunub. Dəfələrlə Kanada, İngiltərə, Fransa, ABŞ və Türkiyədə konsertlər verib. Ömrünün son illərini Urmiyada  keçirən müğənni 19 iyun 2019-cu ildə Ənzəli şəhərində dünyasını dəyişib.

  • Molla rejiminin sənətinə qadağa qoyduğu Ququş...

Əsl adı Faiqə Atəşin olan Azərbaycan əsilli müğənni və aktrisa Ququş 5 may 1950-ci ildə Tehranda Sarıçeşmə küçəsində, kasıb bir məhəllədə dünyaya gəlib. Azərbaycanlı mənşəli valideynləri Bakıdan köçmüşdülər. Ququş hələ uşaq ikən, valideynləri bir-birindən ayrılır. Canbaz və əyləndirici artist olan atası Sabir yaşı üçün mükəmməl səsə malik qızını tez-tez özüylə səhnəyə çıxarır, ona mahnılar oxutdurur. Sonralar Ququş şah sarayında və şahanə məclislərində çıxış etməyə başlayır. 7 yaşından filmlərə çəkilir.

1945–1946-cı illərdə Seyid Cəfər Pişəvərinin yaratdığı Milli Ordunun polkovniki, əslən gəncəli olan Qulu Sübhinin nəvəsi olan olan Ququş 1971-ci ildə Fransanın Kann şəhərində fransız dilində ifa etdiyi "Retour de la ville" və "J'entends crier je t'aime" mahnılarına görə birinci yeri tutur. O, "Ayrılıq"  mahnısının ifasına görə daha çox tanınır.

Molla rejimi tərəfindən bu ölkədə Ququşun həm müğənni, həm də kino aktrisası kimi fəaliyyətinə qadağa qoyulub və o 2000-ci ildə ABŞ-a köçüb. Hazırda orada yaşayır.

  • Araz qrupunun yaradıcısı...

Digər məşğur azərbaycanlı müğənni, Araz musuqi qrupunun qurucusu Rəhim Şəhriyaridir. 1970-ci ildə Şənbi-Qazanda anadan olan müğənni müxtəlif musiqi üslublarında oxuyur. Rəhim Şəhriyari pop və muğam ritmələri bir yerdə də ifa edir. İran adlanan molla rejimində populyarlıq qazanmış bir çox musiqinin müəllifidir.

Dünyanın müxtəlif ölkələrində konsertlər verən sənətkar Azərbaycan xalq mahnılarını xüsusi məharətlə ifa edir...

Barələrində danışdığımız sənətkarlar güneyli soydaşlarımızın çox az bir hissəsidir. Bu gün Güneydə çox istedadlı Azərbaycan müğənnilər var ki, onlar burada da çox populyardır. Əlbəttə, bu müğənnnilərin ifaları bizim xalq olaraq məni birliyimizi daha da gücləndirir. Çünki onlar ana dilində mahnılar oxuyur və dilimizi, mədəniyyətimizi yaşadırlar.

İradə SARIYEVA
P.S.
Yazıda bu sənətkarlar barədə müxtəlif resurslarda yayılan informasiyalardan istifadə olunub.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ