Cümə axşamı günü, 08 oktyabr 2026
     

Milli teleseriallar efirlərimizi doldura bilmədi, xarici seriallar yenidən qaytarılır…

Image


1 sentyabr 2020-ci il tarixdən etibarən təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpa olunması haqqında qərar qəbul olunub.

Məlum olduğu kimi, 2012-ci ilin may ayının 1-dən etibarən Azərbaycan televiziyalarında xarici serialların yayımı dayandırıldı. Həmin dövrdə Milli Televiziya və Radio Şurasından bildirilirdi ki, əcnəbi seriallar xalqımızın milli düşüncəsi, həyat tərzi ilə uzlaşmadığı və bizə yad olan təzahürlər təlqin etdiyi üçün onların yayımı dayandırılır, əvəzinə milli telekanalların özünün serial istehsal etməsi gerçəkləşdirilir. Həmin vaxtlar ölkə başçısının sərəncamı ilə AzTV istisna olmaqla, digər bütün televiziyalara serial çəkilişləri üçün lazımi vəsaitlər ayrıldı və TV-lər dövlətin verdiyi maliyyə hesabına seriallar istehsal etməyə başladılar. Amma bir-iki serialı çıxmaq şərtilə, demək olar ki, çəkilən serialların hamısının mövzusunun plagiat olduğu açıq şəkildə görsənməyə başladı. Bundan başqa, serialların ssenarisinin işlənməsi peşəkar kinodramaturqlara, ssenari ustalarına deyil, qeyri-peşəkarlara, daha dəqiq desək, TV-lərin öz əməkdaşlarına həvalə edildiyi üçün, ortaya elə də uğurlu nümunələr çıxa bilmədi. Nəticədə meydana zəif, bütün mənalarda tamaşaçı zövqünü təmin etməyən seriallar çıxdı. Bayağılıq, vulqarizmlə dolu olan bu serialları Azərbaycan tamaşaçısı geniş səviyyədə qəbul edə bilmədi. Yenə də tamaşaçı yerli kanalların çəkdiyi seriallara deyil, Türkiyə, Rusiya telekanallarının istehsalı olan seriallara üstünlük verdi. Əlbəttə, orada dövlətin külli miqdarda vəsaiti havaya sovruldu.  

Bu gün əcnəbi serialların yenidən gündəmə gətirilməsi, sentyabrın 1-dən onların yayımının həyata keçirilməsi səbəbini əlaqədar qurumlar yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması və daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə edilməsi ilə izah edirlər.

Bildirək ki, qərara əsasən, əcnəbi seriallar yalnız 23.00–07.00 vaxt aralığında tam dublyaj olunmuş formada nümayiş oluna biləcək. Bundan əlavə, həftə ərzində hər bir yayımçı 07.00–22.00 arası vaxt aralığında 2 (iki) saat əcnəbi serial yayımlaya biləcək. Yayımçıları yerli serial istehsalına təşviq etmək məqsədilə həftə ərzində həmin vaxt aralığında (07.00-22.00) yayımlanan hər 5 (beş) saat yerli serialdan əlavə, 1 (bir) saat əcnəbi serial yayımlanması mümkün olacaq.

  • Serial çəkənlər “xarici serialların ölkəmizdəki televiziyalarda yayımlanması bizə mənfi təsir edəcək” deyirlər…

Onu da qeyd edək ki, əcnəbi serialların yayımlanacağı xəbəri ölkənin serial istehsalı ilə məşğul olan prodakşnlarını, serial çəkənləri narahat edir. 

Məsələn, Əməkdar mədəniyyət işçisi Ramin Hacıyev mətbuata bildirib ki, bu qərar heç də serialların inkişafına təsir etməyəcək: “Fikrimcə, serial sektorunda canlanma olmayacaq. Ola bilsin ki, televiziya rəhbərlərinə xaricdən serial almaq daha çox sərf edəcək. Yeganə sevindirici cəhət o ola bilər ki, rəqabət yaranacaq. Ümid edirəm, yaxşı serial çəkənlər, bu işin peşəkarları qazanacaqlar”.

“Düşünürəm ki, xarici serialların ölkəmizdəki televiziyalarda yayımlanması bizə mənfi təsir edəcək. Onlar bizə rəqibdir. Amma bir məsələ var ki, onların seriallarına böyük pullar ayrılır. Texniki baxımdan və praktika baxımından da bizdən üstündürlər. Ona görə də bizim serial sektoruna mənfi təsir göstərəcək...” - bunları isə mətbuata Azərbaycan teleməkanında bir çox serialın ssenari müəllifi olan Araz Atakişiyev deyib.

Fakt budur, Azərbaycanda serial çəkənlərin bu işi peşəkar səviyyədə həyata keçirməməsinin nəticəsidir ki, yenidən əcnəbi seriallara qayıdırıq.

  • “Mən bu proseslə müəyyən qədər tanışam”

Mövzunu şərh edən tanınmış kinorejissor-ssenarist Şamil Əliyev qeyd etdi ki, o, “ortada dövlətin pullarının havayı xərcləndiyi” fikrilə razılaşmır. “Tutaq ki, “Media master”də seriallar çəkildi. Mən bu proseslə müəyyən qədər tanışam. Onda bir kinematoqraf kimi maraqlanırdım ki, görəsən bizdə serial sənayesi necə inkişaf edir? Görürdüm ki, bu seriallara çox cüzi vəsait ayrılırdı. Hətta “Media master” özü əlavə müəyyən maliyyə qaynaqları axtarırdı. Serialın bir hissəsi (seriyası) 2500 manata başa gəlir. Bizdə serial istehsalına kifayət qədər vəsait ayrılmır, zəif vəsaitin üstündə isə serial sənayesini qurmaq olmaz. Mənim sözümün canı budur. Ucuz ətin də şorbası ucuz olur. Amma indi proses getməlidir, qazan qaynamalıdır. İndiyə qədər kinematoqraflarımız bu prosesi öyrənməli, serial sənayesinə yiyələnməli idilər. Bu cəhətdən müəyyən işlər getdi. Mənim başqa serial çəkən studiyalardan xəbərim yoxdur, onların maliyyəni necə xərclədiklərini bilmirəm. Amma “Media master”dən xəbərim var, onlar pulu havaya xərcləmədilər, əksinə, bu sənayenin Azərbaycanda inkişafı, yaşaması, təşəkkül tapması üçün müəyyən işlər gördü. Ola bilsin, başqa studiyada iş başqa cür qurulub, xəbərim yoxdur”.

  • “İnanmaq istərdim ki, bu nəzərə alınacaq”

Azərbaycan TV-lərində əcnəbi seriallarının yayımının başlanacağı xəbərini şərh edən Ş.Əliyev qeyd etdi ki, görünür, buna da müəyyən qədər ehtiyac var. “Əcnəbi seriallar deyəndə yəqin ki, burada Türkiyə serialları nəzərdə tutulacaq. Ola bilsin, son dövrlər Rusiyada çəkilən yaxşı teleseriallar da yayımlansın. Amma bu məsələdə ciddi götür-qoy etmək lazımdır. Hər bir serial onu çəkən millətin ideologiyasının təbliğidir. Bunu nəzərə almaq lazımdır. Hər serialı yayımlamaq olmaz. Hər serialı bizim mədəniyyət sferasına, düşüncəsinə buraxmaq olmaz. İnanmaq istərdim ki, bu nəzərə alınacaq”.

Ş.Əliyev qeyd etdi ki, serial sənayesi bir-iki ilin içində yaranmır, bunun üçün prosesə peşəkarlar cəlb olunmalıdır. “Eşitdiyimə görə, Azərbaycanda çəkilən bəzi seriallarda peşəkarlıqdan uzaq insanlar işləyir. Ona görə də seriallarımız aşağı səviyyədə olur. Məsələn, serialları eksperiment  meydanına çeviriblər.

Eksperimenti laboratoriyada etmək olar. Ancaq hazır məhsulun ortaya qoyulmasında eksperiment yad bir şeydir, serial isə hazır bir məhsuldur. Yəni belə şeylər var. Azərbaycan TV-də xarici seriallar  yayımlanarkən diqqətli olmalıyıq və ən xırda detallara belə fikir verməliyik ki, onlar bizə yad olan ideologiya ötürməsinlər. Yoxsa, elə səhvlərə yol verərik ki, sonra düzəltmək çətin olar. Bir milləti məhv etmək istəyirsənsə, birinci onun ideologiyasını, mədəniyyətini əlindən al, onda o, heç nəyə qadir olmayan bir biokütlə olacaq” - deyə Ş.Əliyev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ