Cümə günü, 14 avqust 2026
     

Azər Abdulla: “Məni gənclər həmişə Anarın müdafiəçisi kimi qınayırlar” - MÜSAHİBƏ

Image


Şair, nasir, publisist, 1986-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, 1977-ci ildən Azərbaycan Jurnalistlər İttifaqının üzvü, filologiya elmləri namizədi Azər Abdullanın 80 yaşı tamam olur. Özünəməxsus qələm hadisələrini oxucuların xüsusi dəyərləndirdiyi məlumdur. “Bir durna qatarıyıq”, “Gedirəm gündoğana”, “Səni gözləyirəm”, “Bəyaz çiçəklər”, “Oyun”, “Qəmərlidən keçən Qatar”, “Onlar qəmli idi”, “Kəpənək bayramı” və s. kitabları ilə qələm hadisələri yaradan Azər Abdulla ilə 80 illik yubileyi ərəfəsində görüşüb ondan müsahibə götürdüm.

- Eşidəndə ki, Sizin 80 yaşınız tamam olur, sözün düzü, buna inanmağım gəlmədi. Çünki Siz ruhunda, içində, simasında gənclik ovqatını yaşadan adamsınız. Necə oldu ki, gənclik ruhunu, ovqatını ömrün səksəninə qədər daşıya bildiniz?

- Dedikləriniz səmimidirsə, bu mənim xidmətim deyil, Tanrının verdiyi paydır və genlə bağlı olan məsələdir. Yəni adam hardasa özünün həyatda etdikləri ilə bir sevinməlidir, bir qürur duymalıdır. Əgər belədirsə, buna görə Tanrıya borcluyam və ona şükür etməliyəm.

- Tanrıya həmişə inanmısınız, yoxsa bu, yaşla bağlıdır? Nəzərə alsaq ki, Sizin gəncliyiniz, yaradıcılığa başladığınız dövr bolşevizm dönəminə düşüb. O illərdə də Allah sevgisini özünüzdə hiss etmisinizmi?

- O dövrləri xatırlayanda, yadıma gəlir ki, bizim kənddə üç-dörd nəfər namaz qılırdı. Onlardan biri ana nənəm və anam idi. Namaz qılmasına baxmayaraq, anam kommunist idi. Atam isə sırf o ideologiyaya inanan, onun uğrunda döyüşən qatı kommunist olub. Nənəm və anam namaz qılanda, dua edəndə baxırdım və bunun səbəbini soruşurdum. Bilirsiniz, Allaha inam o qədər həssas, o qədər mürəkkəb məsələdir ki… Elə adamlar var, Allahı gördükləri kimi, təsəvvür etdikləri kimi sübut etmək istəyirlər. Mən demirəm ki, Allahsızam, Allaha inanmıram. Belə bir aqnostik sözü var - yarı inam, yarı inamsızlıq məsələsi. Namaz qılmıram, amma yaşa dolduqca, inamım artır. Kainatı, insanları, varlığı müşahidə etdikcə, hiss edirsən ki, bunları idarə edən qüvvə var. Mən son vaxtlar, bilirsiniz, nə üçün daha çox inanmağa başlamışam? İnsanların danışa bilməsi məndə həmişə təəccüb doğurub ki, necə olur ki, insan danışır, bu sözləri özüm deyirəm, yoxsa, bunu kimsə bizə diqtə edir, yaxud da siz danışanda. Biz elə bilirik özümüz danışırıq, amma bəlkə bunu kimsə bizə diqtə edir. Bu çox mürəkkəb məsələdir. Sözün qısası, getdikcə məndə Allaha inam daha çox artmağa başlayır, inamsızlıqdan inamım daha çoxdur. Həyatı, dünyanı görürəm, onun quruluşu, idarə olunması, harmoniyası mənə möcüzə kimi gəlir. Mütləq bunları idarə edən bir varlıq, qüvvə var və biz də onun bir hissəsiyik.

- Azər müəllim, səhv etmirəmsə, ilk kitabınız 1969-cu ildə çap olunub… Ədəbiyyata şeirlə gəlmisiniz.

- Bəli, “Bir durna qatarıyıq” şeirlər kitabım çıxıb. Yəqin xəbəriniz var, o vaxt ədəbiyyata gəlmək çox çətin məsələ idi. Redaktorlar, senzura, “Qlavlit” vardı. Hər adam kitab çıxara bilmirdi.

- Özünüz də dediniz ki, ədəbiyyata gəlmək çox çətin məsələ idi. Siz ədəbiyyata gələrkən, Sizə yol, cığır açanlar çox oldu, yoxsa mane olan, bədxahlıq edib, badalaq gələnlər?

- Qısaca desəm, hər ikisi olub. Mənim bəxtim onda gətirib ki, həyatım boyu redaktorlarım çox proqressiv, çox geniş dünyagörüşlü, çox obyektiv, gəlişmiş adamlar olublar. 20 il “Qobustan” jurnalında işləmişəm, Anar kimi demokratik, dünyagörüşü geniş, daha çox düzgünlüyün, həqiqətin tərəfində olan adamla işləmişəm. “Oğuz eli”ndə Xalq yazıçısı Mövlud Süleymanlı ilə işlədim. O da xarakter, yaradıcılıq etibarilə çox sərbəst meylli adam idi. Sonra Vaqif Səmədoğlu ilə 4 il işlədik. Ömrümün ən gözəl illəri “Qobustan”da və “Oğuz eli”ndə Vaqif Səmədoğlu ilə keçib. Bu olar, bu olmaz, söhbəti yox idi. Hər bir azad sözə, fikrə çox geniş ürəklə baxırdılar.

- Əslində, bəzən deyirlər ki, o cür istedadlı adamlarda qısqanclıqlar, kaprizlər, qarşı tərəfi anlamamaq kimi problemlər olur. Siz heç bununla rastlaşmadınız?

- Mən bayaq niyə Anarın adını çəkdim? Çox adam elə bilər ki, o, nüfuzlu adamdır, onun adını ona görə çəkirəm. Amma ətrafımda olan adamlar da yaxşı bilirlər ki, xaraktercə yarınan adam deyiləm. Sizə bir hadisə danışım: Bütün dünyanın qeyri-adi yüksək sənət əsəri kimi qəbul etdiyi gözəl bir qadın portreti olan “Cakonda” - “Mona Liza” əsəri haqqında çox düşündüm və gördüm ki, bu əsər çox aşırı şəkildə, həddindən artıq təriflənir, təbliğ olunur. Bu mövzuda bir yazı yazdım. Yazını əvvəlcə şöbə müdirlərinə verdim və onların hamısı mənim əleyhimə çıxdılar ki, sən dünyanın qəbul etdiyi əsər haqqında belə yazmısan. Mən onun haqqında yazılanları izlədim, dünya sənətşünaslarının, akademiklərin, mütəxəssislərin bu əsər haqqında dedikləri fikirlərlə tanış oldum. Gördüm ki, akademik olanda nə olar, amma bu əsər haqqında çox şişirdilmiş sözlər deyiblər. Bir var bunun həqiq qiymətini verəsən, bir də var ki, ifratçılığa varasan. Öz məntiqimə görə “Cakonda” tablosunu təhlil etdim və göstərdim ki, filan məsələlərdə yanaşmalar düzgün deyil. Mən də şöbə müdirlərinə dedim ki, siz yazını Anara təqdim edin, verməz də verməz. Mən Anarın obyektivliyini orada görüm, səhv etmirəmsə, onu redaktə etmədən çap etdi. Mən hekayələrimi yazanda redaktəni, yaşıdım olsa da, Mövlud Süleymanlıdan öyrənmişəm, Anar müəllimdən öyrəndiklərim daha çox olub. Bunları deməsəm, əzab çəkərəm. Yəni sözümün canı odur ki, o məqaləni Anar müəllim rahatca “Qobustan”da çap etdi. Baxmayaraq ki, həmin dövrdə onu heç bir mətbuat orqanı çap etməzdi.

- Azər müəllim, yaradıcılığınızda poeziya, publisistika, nasirlik, jurnalistika ilə yanaşı, əlavə bir yaradıcılıq keyfiyyətiniz də var ki, bəlkə də oxucularımızın çoxunun bundan xəbəri yoxdur. Bu da rəssamlığınızdır. Bunu bir yaradıcı təfəkkürdə necə yerləşdirmək olur? Düzdür, həm bizdə, həm də dünyada elə mütəfəkkirlər, yazıçı və şairlər var ki, onlar da rəssamlıqla məşğul olublar, yaxud rəssamlar şeir, nəsr yazıb. Sizə yazarlıqla rəssamlığı, bir az obrazlı desəm, qələmlə fırçanı ortaq məxrəcə gətirmək hansı çətinliklərə başa gəlir?

- Bu çox yaxşı sualdır. Müsahibənin əvvəlində düşünürdüm ki, söhbətimiz alınmayacaq, amma indi deyəsən söhbətimiz yavaş-yavaş öz axarına düşür (gülür). Doğru deyirsiniz, dünya ədəbiyyatında belə hallar çox olub. Özümü onlarla müqayisə etmək istəməzdim. Bəli, çox dahilər, mütəfəkkirlər olub ki, onların yaradıcılıqlarında bu paralellik müşahidə olunub. Uzağa getməyək, dünyaşöhrətli rəssamımız Toğrul Nərimanbəyov həm də gözəl tenor səslə oxuyurdu. Buna çoxlu misal çəkmək olar. Bəlkə də sualı belə qoya bilərdiniz ki, bu qabiliyyət sizdə haradandır? Mən 75 yaşımdan rəssamlıqla ciddi məşğul olmağa başladım…

7-ci sinifdə oxuyurduq, coğrafiya müəllimi xəritədə olan yerlərin, ərazilərin, qitələrin, materiklərin hər birinin çəkilməsini bir şagirdə tapşırdı, mənə də Avstraliya qitəsi düşdü. Xəritəni qabağıma qoyub dəqiqliklə çəkdim. Səhərisi günü çəkdiyimi gətirib müəllimə verəndə çaşıb qaldılar, hamı dedi ki, sənin işin deyil…

- Bu birinci işiniz idi?

- Bəli. İnsanda belə bir şey var, həvəsləndirmə. Hamı mənim çəkdiyimdən heyrətləndi və bu da mənə əlavə güc, enerji verdi ki, sən bunu bacarırsan. Təxminən bir il sonra Leninin şəklini çəkdim. O qədər oxşatmışdım ki, mənə “sən rəssamsan” dedilər. Yəni rəssamlığa meylim oradan başladı. Sonra da bu işdə “Qobustan” jurnalının rolu oldu. Mən orada çox sahələrdən yazırdım, amma ən çox rəssamlardan yazırdım, onların da təsiri az olmadı. Sizə bir sirr açım...

- Buyurun.

- O vaxtlar əlimə bir dəftərcə alıb rəssamları yamsılayırdım. Bağda oturub orada rəsm çəkən rəssamları çəkirdim. Həm də sevinirdim ki, onlar elə bilirlər mən rəssaman və mənə rəssam kimi baxırlar. Əslində isə elə deyildi. Riqada, Sankt-Peterburqda oldum, orada müəyyən qrafika işləri çəkirdim. Amma 75 yaşımda birdən-birə məndə elə həvəs yarandı və rəssamlıqla daha ciddi məşğul olmağa başladım, bu, qələmi mənim əlimdən alır. Bəzən hekayələr, esselər yazıram. Sizə bir söz deyim, bəlkə rəssamlığa yeni qoşulduğuma görədir, rəssamlığın cazibəsi yazmağı üstələyib  Bu mənə həm də o qədər rahatlıq, dinclik gətirir ki…

- Qələmdən soyumusunuz ki?

- Rəssamlığa daha çox meyl göstərirəm, yazmaqdan bir az soyumuşam. Rəssam, filan, deyiləm, birdən rəssamlar mənə gülə bilər. Çox şeyi bilmirəm, çəkdiklərimdə nələrin çatmadığını bilirəm, yəni bilmədiklərimi də bacarmıram. Hətta bir rəssamın yanında oldum, dedim ki, mənə bunu öyrət. “Mən özüm bunu 20 ilə öyrənmişəm” dedi. Dedim axı mən bir az hazıram, biri var uşağı öyrədəsən, bir də var yetkin bir adamı.

- Baxıram, daha çox portret janrına üstünlük verirsiniz.

- Yox, başqa işlərim də var, çox hissəsi evdədir. Son dövrlər on-on beş portretlə məşğul oluram. Bir söz deyim, rəssamların çoxu gördüyünü çəkir, amma bunu lovğalıq kimi qəbul etməyin, məndə isə bir az tematik, ideoloji şeylərdir.

- Görünür, bu da Sizin nasirliyinizdən, publisistliyinizdən irəli gəlir.

- Doğru deyirsiniz.

- Azər müəllim, indiyə kimi çox əsəriniz var. Mənim üçün Siz daha çox “Azərbaycan” jurnalında nəşr olunan və Qarabağ müharibəsi ilə bağlı yazdığınız “Qımır” hekayəsinin müəllifi kimi doğmasınız...

- Sizin bu xatırlatmanız məni nəyə görə sevindirdi? Bilirsiniz, dünya ədəbiyyatında çox məşhur yazıçılar var ki, onların da həmişə daha çox bir-iki əsəri dillərə düşür və hamı o əsərlərdən danışır. Bu, bilmirəm, oxucu tənbəlliyi, yoxsa nə ilə bağlıdır...

- Bəlkə burada o əsərlərin daha çox təbliğ edilməsi məsələsi var?

- Elə onu demək istəyirdim. Deyək ki, Hemunqueyin “Qoca və dəniz” əsərindən hamı danışır. Amma onun ayrı əsərləri də var. Yaxud Folknerin. Yəni bir-iki əsər təbliğ olunur, ağızdan-ağıza keçir, elə bilirlər ki, onların ən gözəl əsəri ancaq odur. Sizin bu sözünüz məni çox tərpətdi. Amma siz hamının haqqında çox danışdığı “Qəmərlidən ötən qatar”, “Gül yağışı” əsərlərindən yox, haqqında çox az danışılan, mənim özüm üçün də dəyərli olan “Qımır” hekayəsinin adını çəkdiniz. Mən onu yazanda gözəl ədəbiyyat bilicisi, tərcümə ustası Natiq Səfərov mənə dedi ki, müharibədən o qədər yazılıb ki, burada yenilik etmək olmaz. Deyirdi ki, müharibədən yazanda da yazılmamış şeylərdən yazmaq lazımdır.

- Azər müəllim, “Yazıçı”nı nəşr edə bilirsinizmi, çətinliyiniz olurmu?

- Bu mənim ən ağrılı yerimdir. “Yazıçı”nın sayı bəlkə də 100-ü ötüb. Mən bununla bağlı tədbir keçirmək istəyirdim, amma pandemiya araya düşdü. Mən pandemiyadan əvvəl, sağ olsun, şair Ramiz Qusarçaylının köməyilə Dərbəndə getdim və Dərbənd şairləri ilə bağlı yaxşı bir nömrə çap olundu. “Yazıçı” çox böyük maddi sıxıntılarla nəşr olunur. Bəzən bir nömrəni çap etmək üçün onlarla adama ağız açıram, amma bir nömrəni maliyyələşdirmək üçün cəmi bir adamı razı sala bilirəm. Bu o qədər gərəkli nəşrdir ki, bütövlükdə, Türk dünyasnı əhatə edir. “Yazıçı”nı çap etmək üçün maliyyə məsələsində həddindən çox əziyyət çəkirəm. “Yazıçı”nın nəşrinə daha çox, sağ olsun, Anar müəllim köməklik edir.

- Azər müəllim, hər zaman Yazıçılar Birliyi ətrafında gedən proseslərdən, çaxnaşmalardan kənarda olursunuz, heç bir intriqaya, qruplaşmaya qoşulmursunuz. Son zamanlar ən aktual olan məsələ Birliyin rəhbərliyinə gənclərin gətirilməsi ilə bağlıdır. Necə bilirsiniz, AYB-nin rəhbərliyi, iddia olunduğu kimi, gənclərə verilməlidirmi?

- Mənim bildiyim bir həqiqət var və öz həqiqətimə, ədalətimə çox sadiqəm. Mən mübarizəmi yazılarımla aparıram… Məni gənclər həmişə Anarın müdafiəçisi kimi qınayırlar. Demirəm gənclər gəlməsin. Gənclik elə bir qüvvədir ki, onun qabağını almaq olmaz. Gənclik gəlsin, gələcək də. Fikir verin, Anar bu saat gənclərdən çox yazıb yaradır. Mənə möcüzə gəlir ki, bu necə yazıb yaradır? Elçin də elədir. Biz yaşıdıq və bunların nə qədər enerjisi var. Gənclər bir qədər təcrübəsiz olurlar. Amma Anarın müdrikliyi, təcrübəsi, idarəetməsi də var. Burada incə bir nüans var. Camaat elə bilir ki, gənclər gəlsə, ədəbiyyatı hardasa inkişaf etdirəcək. Gənclər yazıb yaratsınlar. Yazıçılar Birliyi və Birlik sədri bəyəm yazıçı düzəldir? Gələn adam da özünün tanıdığı 20-30 adama yol açacaq və öz komandasını formalaşdıracaq, yenə də kənarda qalanlar ondan narazı olacaqlar. Heç vaxt demərəm ki, Anarı çıxaraq. Çünki o, ədəbiyyatda böyük xidməti olan, çox geniş yaradıcılığa malik insandır.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma...

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ