Cümə günü, 27 noyabr 2026
     

Dövlətçilik tariximizə yeni töhfə - Ermitajda aşkarlanan Naxçıvan bayraqları...

Image


VIII. Azərbaycanın dövlətçilik
tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği


XVIII yüzillikdə yaranan Azərbaycan xanlıqlarının milli dövlətçilik tariximizdə xüsusi yeri var. Bu xanlıqların hər birinin bayrağı, gerbi, dövlətçilik atributları olub. O atributların bir çoxu günümüzə qədər gəlib çatıb, muzeylərdə qorunur. Çar Rusiyası istilasından sonra xanlıqlar öz ömrünü başa vurdu və onlara aid nə varsa, o cümlədən də bayraqlar Gürcüstan, Rusiya arxivlərinə daşındı. Bu dalğa öz ənənəsi olan Naxçıvan xanlığından da yan keçmədi.
Qəzetimizdə ayrı-ayrı vaxtlarda xanlıqlar mövzusunda silsilə yazılar dərc etmişik. Naxçıvan xanlığı haqqında da oxucularımıza məlumat vermişik. Naxçıvan xanlığından yazarkən onu da qeyd etmişdik ki, xanlığa aid bayraqların bir neçəsinin harada saxlanması bizə məlum deyil. Bu yaxınlarda sevindirici xəbər aldıq. Məlum olduğu kimi, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, bayraqşünaslıq üzrə ixtisaslaşmış ilk yeni nəsil Azərbaycan tarixçisi, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov Rusiyanın Sankt-Peterburq şəhərində elmi ezamiyyətdə olarkən bayraq fondlarında Azərbaycanın Naxçıvan xanlığına məxsus olmuş iki bayraq aşkarlayıb.
Məlum olduğu kimi, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, bayraqşünaslıq və heraldika üzrə mütəxəssis, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov Sankt-Peterburq şəhərində 2015-ci il mayın 10-dan 30-dək elmi ezamiyyətdə olub, Dövlət Ermitaj Muzeyində və "Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyi"nin bayraq fondlarında və arxivlərində elmi tədqiqat aparıb. Elmi araşdırma nəticəsində bayraq fondlarında Azərbaycanın Naxçıvan xanlığına məxsus olmuş iki bayraq aşkarlanıb.
Muzeydən mətbuata verilən məlumata görə, tarix üzrə fəlsəfə doktoru P.Gözəlov "Azərbaycan xanlıqlarının bayraqları dövlətçilik tarixinin öyrənilməsində mənbə kimi" mövzusunda tarix üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib. O, bayraqşünaslıq üzrə ixtisaslaşmış ilk yeni nəsil Azərbaycan tarixçisidir. P.Gözəlov Beynəlxalq Heraldika Cəmiyyətində və bayraqşünaslıq tədqiqatçıları arasında tanınır və bu istiqamətdə aparılan tədqiqatların nəticələri məruzələrin mövzularında qeyd edilib.
Muzeydən bildirilib ki, Naxçıvana aid uzun zaman ərzində yalnız 1827-ci ildə Türkmənçay müqaviləsindən sonra naxçıvanlılardan ibarət "Kəngərli süvari dəstəsi"nin fəxri və döyüş bayrağı, həmçinin "Naxçıvan bəy drujinası"nın döyüş bayrağı mövcud idi. Həmin bayraqlar rus-türk müharibəsi ərəfəsində azərbaycanlılardan ibarət atlı müsəlman alaylarına təqdim olunub. "Kəngərli süvari dəstəsi"nin döyüş və fəxri bayraqlarının üzərində Rusiyanın dövlət gerbi, ikibaşlı qartalın təsviri var. "Naxçıvan bəy drujinası"nın döyüş bayrağının üz tərəfində yuxarıda qeyd olunan ikibaşlı qartal təsvir olunur, arxa tərəfində isə aypara rəmzi əks olunur. Bu günə kimi yalnız sözügedən bayraqlar Naxçıvana aid tarixi bayraqlar kimi təqdim edilirdi. Ona görə də Naxçıvan xanlığının bayraqlarını axtarıb üzə çıxarmaq həm bir xanlığı "bayraqsız" qoymamaqla yanaşı, həm də Azərbaycanın xanlıqlar dövrü dövlət rəmzlərinin müəyyən edilməsini tamamlamaq baxımından da əhəmiyyətli işdir.
Sankt-Peterburqda aşkarlanan bayraqlar haqqında onu qeyd edək ki, bu bayraqlar Azərbaycanın dövlətçilik ənənələrinin, rəmzlərinin tarixi köklarinin əyani sübutudur. Tarixçi bildirir ki, bu istiqamətdə elmi tədqiqatların aparılması, həmçinin Naxçıvan xanlığının bayrağının aşkar edilməsi zərurəti 2010-cu ildə nəşr olunan "Azərbaycan xanlıqlarının bayraqları dövlətçilik tarixinin öyrənilməsində mənbə kimi" adlı manoqrafiyasında qeyd edilib. Tarixi fakt olaraq 1812-ci ilin 19-20 oktyabr günlərində İran şahzadəsi Abbas Mirzə və müttəfiqi olan Kalbalı xanın oğlu Şeyxəli bəy Aslandüz savaşında rus ordusuna qarşı döyüşdə iştirak ediblər.
Sankt-Peterburq şəhərində Dövlət Ermitaj Muzeyinin bayraq fondunda aparılmış elmi tədqiqat nəticəsində Naxçıvan xanlığının birinci bayrağı tapılıb. Belə ki, tapılan Naxçıvan bayrağı 1812-ci ilin həmin günlərində Aslandüz döyüşündə general-mayor Petr Kotlerevskiy tərəfindən qənimət kimi götürülüb. Dövlət Ermitaj Muzeyinin arxiv sənədlərində qeyd olunan bayraq "1812-1813-1814-cü il döyüşlərinin qənimətləri" kimi göstərilir.
Yeni aşkar edilmiş Naxçıvan xanlığının bayrağı dördkünc formada olaraq, uzunluğu 145 sm. eni 159 sm-dir. Moruğu rəngli bayrağın yuxarı sağ tərəfində yerləşən mavi rəngli lövhəcikdə "Bismillah", bayrağın sol tərəfində "Qurani-Kərim"dən 48-ci "əl-Fəth" surəsinin bir hissəsi yazılıb: "Həqiqətən, biz sənə açıq-aydın qələbə verdik". Bayrağın aşağı hissəsində "Qurani-Kərim"dən 2-ci "əl-Bəqərə" surəsinin bir hissəsi yazılıb. Sağda ərəb qrafikası ilə "Ey rəbbimiz, bizə səbr ver, bizi sabit et", sol tərəfdə isə "Kafirə və qövmeyə qarşı bizə kömək et" yazıları var. Bayrağın orta hissəsində açıq sarı rəngli romb parça tikilib, üzərində sarı rəngdə şir və günəş, şiri-xurşid rəmzi təsvir edilib. İrəvan xanlığının bayrağından fərqli olaraq burada şir üzü sağ tərəfə duraraq, başı frontal istiqamətdə göstərilir. Şirin sol pəncəsində qılınc təsvir edilib. Bayraq torbacığı sol tərəfdən tikilib. Bayraq ucluğu "xəmsə" - insan əli formasındadır. Ucluğun üzərinə ucları qotazlı ağ rəngdə iki lent bərkidilib. Naxçıvan xanlığının bayrağının İrəvan xanlığının bayraq rəmzlərinə yaxın olması heç də təsadüfi deyil. Tarixdən məlum olduğu kimi, bu xanlıqlar çox vaxt vahid mövqedən çıxış edib, hətta idarəetmədə ortaq prinsipləri qoruyublar. Bu bayraq Aslandüz döyüşündə Abbas Mirzə tərəfindən Naxçıvan xanlığına öz tərəfdarlarını fərqləndirmək, müttəfiqləri olduğunu bəyan etmək üçün verilmiş döyüş bayrağıdır.
Tarix Muzeyindən bildirirlər ki, P.Gözəlovun elmi araşdırmaları nəticəsində aşkar etdiyi Naxçıvanın ikinci dövlət bayrağı 1827-ci ildə xanlığın işğalı zaman general İ.Paskeviç tərəfindən qənimət kimi götürülüb və bu günə qədər müxtəlif xarici muzeylərin fondlarında "XVIII-XIX əsr müsəlman bayrağı" kimi saxlanır. Naxçıvan xanlığının bayrağı dördkünc formada eni 144 sm, uzunluğu 178 sm-dir. Qızılı ipəkdən hazırlanmış bayraq bir-birinə üfüqi şəkildə tikilmiş üç parçadan ibarətdir. Bayrağın iki hissəsi bir ölçüdə, biri isə nisbətən ensizdir. Bütün bayraqlarda olduğu kimi, bu bayraqda da sağ tərəfdən bayraq torbacığı tikilib. Bayrağın üzərində ərəb qrafikası ilə "Qurani-Kərim"dən 48-ci "əl-Fəth" ayəsinin bir hissəsi və dini şüarlarla yanaşı, 6 səkkizguşəli ulduz və nəbati elementlər əks edilir. Üst zolağın üzərində ərəb qrafikası ilə "Qurani-Kərim"dən 48-ci "əl-Fəth" surəsinin bir hissəsi "Allahdan kömək qələbə yaxındır, Məhəmməddən mömünlərə müjdə" yazısı qızılı saplarla bayrağın üzərinə həkk edilib. Zolağın sol tərəfində digər xanlıq bayraqlarında əks olunmuş zanbaq gülü burada da parçadan tikilib. Sağ tərəfdə biri digərinin içərisində aralarında dairəvi sədd olan iki səkkizguşəli ulduz qızılı saplarla bayraqda yerləşdirilib.
Muzeydən bildirirlər ki, əks edilmiş ulduz Möminə Xatun türbəsinin üzərindəki ulduzların üslubunda tərtib edilib. Buradakı ulduzların daxilində həndəsi elementlər açıq-aşkar görünür. Nəinki Azərbaycan xanlıqlarının bayraqlarının üzərində, XVIII-XIX əsr Şərq dövlətləri bayraqlarında da buna oxşar elementə rast gəlinməyib. Orta zolaqda açıq qızılı parçadan iki tiyəli tutacağı əjdaha başı ilə yekunlaşan Həzrəti Əlinin qılıncı (şəmşir) təsvir olunub. Qılıncın üst hissəsində "Əlidən başqa döyüşçü yoxdur" yazısı əks olunub. Yazının qarşısında insan əli formasında (xəmsə), yaxud ələm şəklində açıq qızılı parça tikilib. Qılıncın alt hissəsində isə "Zülfüqardan başqa qılınc yoxdur" yazısı var. Yazının qarşısında və hər iki tərəfində səkkizguşəli ulduz olan, ucları sol tərəfə istiqamətlənən aypara və ulduz, aypara təsvirləri əks olunub. Hər iki yazının axırında isə yuxarıda göstərilən səkkizguşəli ulduz və zanbaq gülü tikilib. Ayparanın sağ tərəfində "Əli" adı iki dəfə güzgü əksi kimi təsvir edilib, yazının üstündə minarə yerləşdirilib. Əli sözünün solunda "Hüseyn", sağında isə "Həsən" adları yazılıb. Sonuncu zolağın sağ tərəfində iç-içə, arasında dairəvi sədd olan səkkizguşəli sonuncu ulduz tikilib. Bayrağın ucluğu nizəvari formada, üç hissədən ibarətdir:
1. Nizə formalı ucluq;
2. İçi boş kürəcik orta hissədə yerləşdirilib;
3. Ağaca taxılan konusvari hissə. Ucluq və bayraq dirəyi nizəvari formada dəmirdən düzəldilib, ucluğun üzərində iki qotaz bağlanıb. Bayraq ağacına xüsusi mıxlarla bayraq bərkidilib. Üzərinin rənglənməsi müşahidə olunmur, üzərində bir neçə çat var.
Bayrağın təsvirini təhlil edən mütəxəssislər bildirir ki, bayrağın tərtibatı, üzərində əks edilən yazılar, istifadə olunan rəmzlər və rənglər, bayrağa sahib olan Naxçıvan xanlığının siyasi-ideoloji, dini və tarixi-mədəni ənənələrini əks etdirir.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı mətbuata bildirib ki, yeni aşkarlanan bayrağı dövlətçilik tariximizin öyrənilməsi istiqamətində uğur saymaq lazımdır.
Milli Azərbaycan Tarixi Muzeyində ölkəmizdə yeganə "tarixi bayraqlar" kolleksiyası qorunur. Bayraqlarda olan ərəbdilli yazılar muzeyin direktoru, akademik Nailə Vəlixanlı tərəfindən oxunub. Bayraqların heç birinin üzərində mənsub olduğu xanlıqların adları əks olunmayıb. Bəzilərinin üzərində yalnız rəmzi elementlər əks olunub. Sankt-Peterburq Artilleriya Muzeyindən əldə edilmiş bayraq Naxçıvan xanlığının dövlət bayrağıdır.
N.Vəlixanlı məlumat verib ki, birincisi, səkkizguşəli ulduz və ayparanın əks olunması, Azərbaycan dövlət bayrağındakı ay ulduz tarixi bayraqlarımızda milli rəmz kimi istifadə edilib və azərbaycançılığı, milli məfkurəni əks etdirən mühüm əlamətdir: "Səkkizguşəli ulduz Azərbaycan ərazisində qədim dövrlərdən istifadə edilib və müqəddəs hesab olunur. Möminə Xatun türbəsi - məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən möhtəşəm abidələrindən biridir. Möminə Xatun türbəsinin naxışlarında bir-birinə toxunulmuş ulduzlar işlənib. Bu möhtəşəm abidədəki nadir üsulla işlənmiş ulduzların, dairəvi abidənin üzərindəki həndəsi ornamentlərin oxşarı yoxdur".
Qeyd edilir ki, Peterburq Artilleriya Muzeyindən Pərvin Gözəlovun əldə etdiyi bu bayraqda da Əcəmi Naxçıvaninin memarlıq ənənələrindən istifadə edilib. Daha doğrusu, vaxtilə böyük memar Əcəmi Naxçıvaninin Möminə Xatun məqbərisinə yerləşdirdiyi ulduz kompozisiyası eynilə Naxçıvan xanlığının bayrağında yerləşdirilib. Əcəmi memarlıq elementləri Naxçıvan xanlığı bayrağının möhürüdür. Həmin ulduzlu Əcəmi naxışlarından sonra bu bayrağın Naxçıvan xanlığına aid olduğunu isbat etmək üçün başqa bir dəlilə ehtiyac yoxdur. Üstəlik, onu da qeyd etmək lazımdır ki, Naxçıvan xanlığının bayrağında rəmzi şəkildə minarənin də təsvir edilməsi bu bayraqda Naxçıvana aid ikinci bir elementin özünə yer aldığını göstərir. "Xəmsə" insan əli rəmzi islamda qəbul edildikdəm sonra, "xəmsə" simvolu islamiyyətə qələbə gətirən Həzrəti Əlinin əli kimi simvolizə edilib. Bəzən isə bu, Məhəmməd, Əli, Fatimə, Hüseyn, Həsəni birlikdə simvolizə edən rəmz kimi qəbul olunub. Qədim dövrlərdə Azərbaycanda bayraqların üzərində "aypara" təsvirinin rəmzlərdən biri kimi istifadə edilməsinə dair nümunələr var. Naxçıvan ərazisində də aypara rəmzli nümunələr olub. Naxçıvan xanlığının bayrağında ay-ulduz, aypara işarəsinin olması da ənənədən gəlmədir. Bu həm də bayrağımızda ay-ulduz, aypara rəmzlərindən istifadənin təsvirini bir xeyli əvvələ çəkməyə əsas verir.
Naxçıvan bayrağı üzərində əks olunan qədim ay-ulduz təsvirinə gəlincə, mütəxəssislər qeyd edir ki, Naxçıvan bayrağında ay-ulduz (aypara) təsvirlərinin olması, Naxçıvan xanlığının bayrağının ipək parçadan tikilməsi, qotazlı və zərli olması, üzərində qızılı rəngli saplardan istifadə edilməsi bu bayrağın iqamətgahda, rəsmi yerlərdə istifadə olunduğunu göstərir. Tədqiqatçılar bildirir ki, həm də buna görə təqdim edilən bayraq Naxçıvan xanlığının rəsmi dövlət rəmzi kimi qəbul olunmuş bayrağı hesab edilir. Bayrağın üzərindəki ulduzlar da Naxçıvan xanlığının əhatə etdiyi ərazilərdəki nahiyələri, qəzaları, əsas tayfaları idarə etməkdə iştirakını əks etdirir.
Bayraqların təsvirlərini təhlil edərək belə qənaətə gəlinir ki, təqdim olunan hər iki bayrağın tərtibatı, üzərində əks edilən yazılar, istifadə olunan rəmzlər və rənglər bayrağa sahib olan Naxçıvan xanlığının siyasi, ideoloji, dini və tarixi-mədəni ənənələrini əks etdirir.
Milli Tarix Muzeyindən onu da bildiriblər ki, Azərbaycanın tarixi bayraqlarının öyrənilməsi və nəticələrinin təbliği Azərbaycanın dövlətçilik ənənələrinin dərin köklərinin əyani sübutudur: "Bu istiqamətdə elmi tədqiqatların aparılması, Azərbaycanın tarixi bayraqlarının axtarılması davam etdirilməli və nəticələri barədə ictimaiyyətə daim məlumat verilməlidir. Bu, Azərbaycan elminin müstəqil dövlətçiliyimiz qarşısında böyük borcu və vəzifəsidir".
Biz də hesab edirik ki, bayraqların aşkar edilməsi tarixşünaslığımız üçün yeni uğurdur. Digər xanlıqların da itən bayraqlarının tədqiqatlar nəticəsində tapılacağına ümid edirik.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ