Cümə günü, 27 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Əhməd bəy Ağaoğlunun xatirələrindən...
Tarix: 25.07.2015 / 01:55
Bölmə: Layihə
(Əvvəli ötən sayımızda)
Azərbaycanda maarifçiliyin, ədəbiyyatın, dövlətçilik düşüncəsinin formalaşmasında böyük rol oynayan şəxsiyyətlərdən biri Əhməd Ağaoğlu-Əhməd bəy Ağayevdir. Əhməd Ağaoğlu ictimai xadim, jurnalist, pedaqoq və yazıçı kimi tarixə düşüb. Yüksək təhsilli, kübar, xalqın maariflənməsi, inkişafı üçün böyük işlərə imza atan Ə.Ağaoğlunun həyatı, fəaliyyəti hər zaman maraq doğurur.
Türkiyəli yazar Gülsərən Akalın "Türk düşüncə və siyasi həyatında Əhməd Ağaoğlu" kitabında olduqca maraqlı faktlar yer alıb. G.Akalın sözügedən kitabında Ə.Ağaoğlunun xatirələrinə istinadən qeyd edir ki, Tiflisdə şeyxüslamın qapısında "Əli Təriqətinə Mənsub Qafqaz Müsəlmanlarının Dini İdarə Dairəsi", müftinin qapısında isə "Ömər Təriqətinə Mənsub Qafqaz Müsəlmanlarının Dini İdarə Dairəsi yazılıbmış. Ə.Ağaoğlu xatirələrində islam dininə ayrıseçkilik salan bu təriqətlər haqqında geniş bəhs edib.
G.Akalın "Əhməd Ağaoğlu o günə qədər Əli təriqəti, Ömər təriqəti haqda eşitmədiyini, sadəcə şiə və sünni məzhəblərinin varlığından xəbərdar olduğunu ifadə edir" deyə bildirir.
Tədqiqatçı qeyd edir ki, Tiflisdə ilk dəfə rastlaşdığı bu vəziyyət Ə.Ağaoğlunu narahat edib və bu hadisələrin izləri onun sonrakı yazılarına yansımış, ilk fəlsəfi yazılarında dini mövzulara toxunub: "Ə.Ağaoğlunun 1908-1919-cu illərdə Osmanlı imperatorluğundakı fəaliyyətindən də yazıb. Onun yazdığına görə, Ə.Ağaoğlu 1909-cu ildə Türkiyəyə köçərək İstanbulda yaşamağa başlayır. Buna baxmayaraq, Ə.Ağaoğlu Azərbaycanla bağlı çalışmalarını davam etdirib və ara-sıra Azərbaycana gələrək azəri türklərinin problemləri ilə maraqlanıb, onları müdafiə edib. 1913-cü ildə bu məqsədlə Şərqi Bəyaziddə toplanan konfransda Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə və Əlimərdan bəy Topçubaşov Azərbaycanın nümayəndəsi kimi iştirak edirlər. Daha öncə qeyd etdiyimiz kimi, Ə.Ağaoğlu Avropada təhsilini başa vurarkən Əhməd Rza ilə tanış olub və onun fikirlərindən təsirlənib. Ağaoğlu Əhməd Rzanın xaricdə çap etdirdiyi "Şurayı Ümmef"də Yusif Akçura ilə birlikdə məqalələr yazıb. Bu səbəbdən də Ə.Ağaoğlunu Türkiyədə İttihat və Tərəqqi Cəmiyyətində görürük. İstanbulda "Sırat-ı Müstakim" (Sebilürreşad), "Hikmet" kimi jurnal və qəzetlərdə məqalələri çap olunub. Maarif Müfəttişliyi və Süleymaniyyə Kitabxanasının müdiri vəzifəsində işləyib. Daha sonralar "Tərcüman-ı Hakikat"ın baş redaktoru işləyən Ə.Ağaoğlu 1911-ci ildə Türk Yurdu Cəmiyyətinin qurucularından olub. Cəmiyyətin mətbuat orqanı - "Türk Yurdu" dərgisində çap olunan "Türk aləmi", "Osmanlı inqilabının Şərqdəki əks-sədası", "İslamda dava-yı milliyet" kimi məqalələr silsiləsi ilə maraq yaradıb. Əhməd Naim Babanzadə və Süleyman Nazıf kimi yazarlarla girişdiyi mübarizədə türkçülüklə islamın bir-birinə zidd olmadığını sübut etməyə çalışıb. İttihatçı təmayüllərin hakim olduğu vaxtlarda Darülfünunda rus dili və türk tarixi fənləri üzrə müəllim işləyib. 1912-ci ildə Afyonkarahisardan millət vəkili seçilir. İttihat və
Tərəqqi Cəmiyyətinin ümummərkəz üzvü olur. I Dünya Müharibəsinin sonlarında Rusiyada baş verən inqilab nəticəsində buradakı türklər müstəqil dövlətlər qurmağa başlayanda Ə.Ağaoğlu Azərbaycana yardım üçün göndərilən orduda komandir müşaviri təyin olunur. Azərbaycan
parlamentinə üzv seçilərək bir müddət Azərbaycanda yaşayan Ağaoğlu türk ordusu Azərbaycandan geri çəkiləndə ruslara qarşı İngiltərənin dəstəyini almağa çalışır. İranda İngiltərə-Azərbaycan görüşlərində Ə.Ağaoğlu başqan kimi
iştirak edib. Eyni məqsədlə Paris Sülh Konfransına gedərkən İstanbulda ingilislər tərəfindən həbs edilib".
Gülsərən Akalın yazır ki, o, 25 mart 1919-30 may 1921-ci illərdə Maltada sürgündə olub. Ə.Ağaoğlunun Maltada keçən günlərindən yazar tədqiqatçı qeyd edir ki, o, Osmanlı dövlətinin süqutuna inanıb və Osmanlı dövlətinin rəhbərlərini mühakimə edib: "Nəticədə, Ə.Ağaoğlu vətəndaşlarını müdafiə edəcək dövlətin qurulması haqqında
məqalələr yazıb. Bu məqalələrindən başqa "Könülsüz olmaz"
didaktik əsərini də qələmə alıb. 1918-ci il noyabrın 3-də İstanbulu işğal edən ingilislər Türkiyədə amansız həbslər həyata keçirmişlər. Xeyli insan günahsız tutulub Bekirağa Bölüyünə salınmışdı. İngilis baş komissarı 1919-cu il yanvarın 7-də Osmanlı xarici işlər naziri Mustafa Rəşid paşa ilə görüşür.
Bu müqəssirlər savaşda ingilis əsirləri ilə kobud rəftar edənlər və sözdə erməni qırımında günahkar olanlar idi. Burada ingilis baş komissarının erməniləri müdafiə etmək üçün qəsdən qırım deyə bəhs etməsi maraqlıdır. Avropa dövlətləri, xüsusilə ingilislər Şərqdəki nüfuzlarını
möhkəmləndirmək üçün bu bölgədə onlara əyilən ermənilərdən istifadə edirdilər. Bunu Rusiyanın ermənilərdən istifadə etməsinə alternativ yol hesab etmişlər. 1878-ci ildən sonra Rusiya və İngiltərə arasında ermənilərə sahib çıxmaq yarışı davam etmişdi. Xüsusilə, bu tarixdən etibarən Azərbaycanda da nüfuz sahibi olmağa çalışan İngiltərə 1919-cu
ildə türklərə təzyiqini sadəcə məzlumları qorumaq adlandıraraq qəsdən erməni qırımından bəhs edir. Əvvəllər Ə.Ağaoğlu Azərbaycanın quruluşu üçün Rusiya əleyhinə İngiltərəni dəstəkləyən mövqe tutub. Biz Ə.Ağaoğlunun bu mövqeyini yanlış hesab edirik. Çünki 1878-ci ildən
etibarən qarşımızda digər dövlətlərin müstəqilliyi üçün çalışan İngiltərə deyil, Osmanlı imperatorluğu da daxil olmaqla, Asiyada nüfuz sahibi olmağa can atan imperialist İngiltərəni görürük. 1919-cu il aprelin 3-də ingilis baş komissar vəkili admiral R.Webb Paris Sülh Konfransında iştirak edən İngiltərənin xarici işlər naziri Mr.Balfoura türkləri kütləvi edam etmək planı əks olunmuş yazı
göndərib. Buna görə də sonuncu türk dövlətini parçalayaraq millətə və siyahıya daxil edilən insanlara ibrət vermək üçün onları mühakimə etmək və cəzalandırmaq fikrində idi".
Tədqiqatçı qeyd edir ki, 15 mart-7 aprel 1919-cu ildə 61 nəfərlik siyahı türk hökumətinə təqdim edilir. Bunların əksəriyyəti sözdə "erməni soyqırımı"nda iştiraklarına görə təqsirləndirilirdilər: "Ə.Ağaoğlu da bu siyahıya daxil idi.
Ağaoğlu haqqında ittiham aşağıdakı şəkildə göstərilir:
"Əhməd Ağaoğlu və ya Əhməd Ağayev - alman himayəsində olan
"Tercüman-ı Hakikat" qəzetində qırımı təşviq və müdafiə edib. (hazırda həbsdədir)". Martın 25-də Azərbaycan vətəndaşı, diplomatik pasport sahibi, Sülh Konfransının nümayəndəsi və xəstə olmasına baxmayaraq, həbs
olunan Ə.Ağaoğlu Bekirağa Bölüyünə salınıb. Bekirağa Bölüyündəki 67 nəfər qrup şəklində sürgünə göndərilir. Ancaq admiral Calthorpe sonralar bunları üç qrupa bölür:
1. On iki keçmiş nazir və ya siyasətçi (I qrup həbs olunanlar).
2. Qırx bir keçmiş nazir, siyasətçi, vali, aşağı vəzifəlilər (II qrup həbs olunanlar).
3. On dörd zabit - ingilis hərbi əsirləri ilə kobud davranmaqda təqsirləndirilənlər (3-cü qrup həbs olunanlar).
Ə.Ağaoğlu I qrupa daxil idi. Sürgün nömrəsi ilə birlikdə ona
yazılan suç aşağıdakı şəkildə idi:
"2764 - Əhməd Ağaoğlu: Darülfünun xocası və yazar. Keçmiş
Afyonkarahisar millət vəkili. Sürgün səbəbi: asayişi pozmaq, ermənilərə qarşı kobudluq".
Ə.Ağaoğlu ilə birlikdə I qrupa daxil olanlar bunlardır: Prens Abbas Halim paşa, Prens Sait Halim paşa, Midhət Şükrü bəy (Bleda), Hacı Adil bəy, Mahmud Kamil paşa, Ziya Gökalp, Xəlil bəy (Menteşe), Kamal bəy (Qara Kamal), Əli Münif bəy, Əhməd Şükrü bəy, Hüseyn Tosun bəy. İngilislər bu həbsləri türk hökuməti vasitəsilə həyata keçirirdi.
Yenə onların planları türkləri türklərin əli ilə məhkum etdirib cəzalandırmaq idi. Lakin sözdə erməni qırımında təqsirləndirilərək mühakimə edilən Ziya Gökalp 1919-cu il mayın 17-dəki məhkəmədə Türkiyədə erməni qırımı deyil, bir türk-erməni vuruşması olduğunu bildirib: "Bizi arxadan vurdular, biz də vurduq" sözləri ilə iftiranı
iftira atanların üzünə söyləyib. Bu sözlərdən sonra hərbi məhkəmənin İstanbul hökuməti səlahiyyətlilərinin bu insanları "erməni qırımına" görə məhkum etməsi imkansızlaşmışdı. İngilislər bu insanları Türkiyədə cəzalandıra bilməyəcəyini başa düşmüş, onları Maltaya sürgün etmişlər. 28 may gecəsi İstanbuldan ayrılan "Prencess Ena" gəmisi mayın 29-da Limni adasına çatır. Sürgün olunanlardan 1-ci qrupdakı 12 nəfər Mudros limanında salınır. Bu insanlar sentyabrın 21-dək Mudrosda həbsdə saxlanır. 1919-cu il sentyabrın 21-də Maltaya göndərilirlər, Ə.Ağaoğlu da Mudrosda qalanların arasında idi. İngilislər Maltaya
gedən əsirlərin hər hansı səbəbdən deyil, keyfiyyətə görə ayırıblar. Sonralar Mudrosda qalanlar da Maltaya qayıdacaqdılar. De Robeskin 1919-cu il dekabrın 6-da göndərdiyi üç siyahıda Ə.Ağaoğlunun adı I siyahının birinci sırasındadır".
Tədqiqatçı yazır ki, Ə.Ağaoğlu Malta əsarətində gözündən şikayətlənir. Gəncliyindən xəstə olan sağ gözü ağrımağa başlayır. Sol gözündə də görmə zəifliyi yaranır. Həbsxana həkimləri kənardan həkim tövsiyə edirlər. Tədqiqatçı qeyd edir ki, gələn həkim görməyən gözün çıxarılmalı olduğunu, yoxsa sol gözün də kor olacağını söyləyir və əməliyyat üçün 50 ingilis lirəsi istəyir: "Bu iş üçün məsləkdaşı,
zəngin bir dostundan pulu imkan olduğu zaman ödəmək, ölərsə,
uşaqlarının dostunun uşaqlarına ödəməsi şərtilə şahidli borc istəyir. Ancaq dostu: "Xeyr, Əhməd bəy, insan əsarətdə nə borc istəyər, nə də borc verər" deyərək borc verməyi rədd edir. Bundan sonra Ə.Ağaoğlu məsələni göz həkimi Esat paşaya danışır. Esat paşa bu əməliyyatı aparır, Ə.Ağaoğlunun sağ gözü əməliyyatla çıxarılır. Bu hadisə Ə.Ağaoğlunu
dərindən yaralamışdı. Malta əsarətindən bəhs edərkən insan ruhunun mayasındakı bütün eybəcərliklərin açıqlandığını yazır. Səməd Ağaoğlu Ə.Ağaoğlunun Maltadan göndərdiyi məktublarında atasının İstanbulda yalqız və pulsuz qoyduğu ailəsi üçün çırpındığını yazır. Səməd Ağaoğlu anasının atasına yazdığı məktublara həmişə Əhməd can deyə başladığı, bu xitab tərzinin üsyan duyğuları içərisində olan atası üçün böyük təsəlli olduğunu qeyd edir.
Ə.Ağaoğlu qızı Sürəyyaya göndərdiyi şəklin arxasına yazdığı
yazıda gələcəkdə uşaqlarına söyləyəcəyi laylalarda türk millətinin və özünün məruz qaldığı hadisələri anlatmasını, uşaqlarına intiqam alınacaq günləri öyrətməyi istəyir.
Ə.Ağaoğlu üçün artıq İstanbul hökuməti və padşah əhəmiyyətini itirmişdi. Onlar toplum üçün fədakarlıq göstərməyən, şəxsi istəklərini hər şeydən üstün tutan rəhbərlərdir. Bu cür analiz Ə.Ağaoğlunun yeni türk dövlətinin quruluşu üçün çalışan Ankara hökumətinin və M.Kamal paşanın yanında yer almasına səbəb olacaq.
Ə.Ağaoğlu artıq Maltadan azad olunduqdan sonra türk inqilabında iştirak edəcək. Bu inqilab Ə.Ağaoğlunun yaşadığı coğrafiya içərisində gördüyü ikinci, sonuncu və ən böyük inqilab olacaqdı.
Maltada yazdığı məqalədə aşağıdakı sətirlər diqqətimizi cəlb edir: "...Türkün əsrlərdən bəri despot altında əzilmiş ruhu, zülm və cəhalət içində yuvarlanmış həyatı ona yol göstərəcək, ümid verəcək, iman aşılayacaq bir öndər axtarır. Bu öndərliyi kim edərsə, ona minnətdar olacaq". Ə.Ağaoğlunun bu sözlərdəki səmimiyyəti M.Kamal paşaya olan böyük ehtiramıdır".
Əhməd bəy Ağaoğlunun həyatı, fəaliyyəti, gördüyü misilsiz işlər barədə danışdıq. Təbii ki, onun kimi böyük şəxsiyyətlər barədə fikirlər bir-iki yazıya sığışan deyil.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq
- Aralıq dənizini müharibə zonasına çevrilməyin…
26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi
26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?)
- PJAK-la müharibə...
26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam
26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...
26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov
26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...
26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə
- Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…
26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir
26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır
- 3 noyabr dərs olmadı...
26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər
- FOTO
26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir
26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı -
Müəmma…
26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...
26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)
26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...
26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...
26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var
- nə baş verir...
26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri
26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...
26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı
26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...
26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat
- ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…
26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram
26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı”
- Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?
26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır
- Əliyevin Konqresə müraciəti...
26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab
- Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...
26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir
26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb
26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb
26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı
26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...
26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir
- 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...
26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə
– İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...
26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir
–Aerokosmik Qüvvələrin generalı da saxlanıldı
26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır
– Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...
26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi
– sanksiyalardan yayınma halları artır...
26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi
- vəziyyət ürəkaçan deyil...
26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi
– pulu dörd Avropa ölkəsi ödəyəcək...
26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb
26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır
– Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...
26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir
26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi
– qırıcılar anqarlarda gizlədilir...
26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır
– 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...
26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi
26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı
26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır
- 2 günlük...
26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...
26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi
– 30 nəfər öldü, 15 yaralı var...
26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı
– nöqsanlar aşkarlandı...
26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI
– iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...
26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı
- Azərbaycan neftinin bir barreli 100 dolları keçdi
26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə
– Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...
26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir
26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab -
“Mən çemodan deyiləm” -
25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır
– Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...
25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi
– Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı
25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu
– “O, məndən nə etməyimi istəyir?”
25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...
25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı
- İrəvan hər fürsətdə “vurulur”...
25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır -
ABŞ nə edəcək...
25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...
25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...
25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...
25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...
25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...
25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər
- “Düşmənlər” hərəkətə keçdi...
25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb
- Nazir narahat eyham vurdu...
25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi
25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...
25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb -
qiymətlər əsas rol oynayır...
25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal
– Tonoyana ağır ittiham irəli sürüldü...
25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama
– ondan sonra Belarusu kim idarə edəcək...
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...
XƏBƏR ARXİVİ