Cümə günü, 27 noyabr 2026
     

Ünsizadələrin ana dili təəssübkeşliyi...

Image


(Əvvəli ötən saylarımızda)
Azərbaycan mətbuat tarixinin formalaşmasında rolu olan bir sıra qəzet və jurnallar var ki, onların fəaliyyəti, gördüyü işlər, daşıdığı missiya çox şərəflidir. XIX əsrin son 25 ilində Azərbaycan və rus dillərində saysız nəşrlər mövcud olub.
1875-ci il iyulun 22-də milli mətbuatımızın ilki olan "Əkinçi" meydana gəldi. "Əkinçi"yə qədər müxtəlif vərəqələr çap olunurdu. O vərəqələrdə əsasən çarın qərar və göstərişləri işıq üzü görürdü. "Əkinçi" isə tamam başqa bir missiya ilə meydana atıldı. Onu da bildirək ki, "Əkinçi"nin açdığı cığırla "Kaspi", "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül" və digər nəşrlər gedib.
Tədqiqatçılar yazır ki, Tiflisdə - regionun baş şəhərində yaşamaq imkanı C.Ünsizadəni milli əhəmiyyətli işlərlə məşğul olmağa sövq edir. N.Nəsrəddinovun bildirdiyinə görə, Bakıdan Qafqaz Canişinliyinə rəhbər vəzifəyə dəvət alan C.Ünsizadə hələ Şamaxıdan tanıdığı D.Staroselski ilə dosluq münasibətlərindən istifadə edərək Tiflisdə çap işləri ilə məşğul olmaq fikrinə düşür. Əvvəlcə daş basmaxanası (litoqrafiya) açır, İstanbuldan müxtəlif mətbəə avadanlıqları alıb gətizdirir: "C.Ünsizadə Azərbaycan dilində mətbəə və mətbuat işlərini qüvvətləndirmək üçün ortancıl qardaşı Cəlaləddin əfəndini də Tiflisə dəvət edir. Ünsizadələr nəslinin bir neçə gənc üzvü də mətbəə işinə - müəyyən mətbəə peşəsi üzrə fəhləliyə dəvət edilir. C.Ünsizadə 1878-ci il dekabrın 12-də Tiflisdə "Ziya" adlı həftəlik qəzetin nəşrinə icazə alır. Hakim dairələrə tanışlıq üçün göndərilən proqramında "Ziya" qəzetində dövlət sərəncamları, xarici və daxili xəbərlər, müxtəlif növ həvadislərin (əhvalatların), felyetonların çap ediləcəyi bildirilirdi. Qəzetin ilk nömrəsi 1879-cu ilin yanvar ayının əvvəllərində çap edilib. Qəzetin 1879-cu il yanvar ayında çıxan ilk 2 nömrəsi tədqiqatçılara məlum deyil. "Ziya"nın 1879-cu il fevralın 8-də çıxan 3-cü nömrəsinin tarixinə əsasən ilk nömrənin 1879-cu il yanvarın 18-də çıxdığını söyləmək olar. "Ziya"nın birinci səhifəsində iki sünbül çələngi arasında adı və dərc olunduğu il göstərilib. Başlığın yerləşdirildiyi çələngin sağında oxuculara mətbu orqanın imtiyaz sahibi tanıdılır: "Qəzetəni verən Səid Ünsizadə. Qəzetəmiz basılmaqdan (litoqrafiya çapından-N.N.) ötrü göndərilən kağızları idarəmiz basmaqda muxtardır. "Ziya" qəzetəsinin idarəxanəsi Vorontsov küçəsində Ağa Əli Əsgərovun 35 nömrəli xanəsindədir. Yazı işləri və qəzetə mütəəlliq hər bir növ kağızlar qəzetə müdirinin adına göndərilir". Qəzetin başlığı yerləşdirilən çələngin sol tərəfində qəzetin çıxarılmasında Cəlaləddin əfəndinin səlahiyyəti və qəzetin reklamla bağlı şərtləri sadalanır: "Qəzetə ümuratının (işlərinin, əmrlərinin-N.N.) müdir və mühərriri Cəlal Ünsizadə. Qəzetəmizin bir sənəlik qiyməti-1 manat, altı aylığı 4 manat, bir nüsxəsi-15 qəpik, elannamələrin hər bir sətrinə 10 qəpik. Mənfəətlü və yaxşı xəbərlər pulsuz qəbul və təb olunur". Qısa bir müddətdə "Ziya" türk dili başa düşülən bütün türk torpaqlarına qanad açır, yerlərdən qəzetin idarəxanəsinə məktublar axışır. Rusiyanın mərkəzi yerlərinin birində - Tambovda sürgündə olan "Əkinçi"nin əkinçisi Mirzə Həsən Əlqədari, İstanbuldan şirvanlı Şahin əfəndi, Münif əfəndi, Bağçasaraydan İsmayıl bəy Qaspralı, Şamaxıdan S.Ə.Şirvani, Zərdabdan Həsən bəy Məlikzadə-Zərdabi, Göyçaydan İsmayıl Nazirzadə, İrəvandan Abbas ağa Məhəmmədzadə, Tiflisdən şeyxülislam Əhməd Hüseynzadə, müfti Əbdülhəmid Əfəndizadə, anası alman, atası fransız olan məşhur rus şərqşünası və qafqazşünası A.P.Berje, vaxtilə Rusiyanın İstanbulda və sonralar Təbrizdə konsulu olan Valerian Vladimiroviç Bezobrazov, Moskvadan Əlisəfa, R.Əliyev, N.Vəzirov və başqaları "Ziya"ya məktublar göndərir. Müxtəlif məzmunlu bu məktub və məqalələr türk dünyasının ziddiyyətlərlə dolu olan bir zaman kəsimini öyrənmək baxımından çox maraqlıdır".
Tədqiqatçı bildirir ki, C.Ünsizadə türk dünyasını öz ətrafına toplaya bilib. Onun qeyd etdiyinə görə, həftədə bir dəfə çıxan qəzet çətinliklərlə qarşılaşsa da, Ünsizadə qardaşları türkdilli mətbuatın tərəqqisi yolunda israrlı idilər: "Qəzetdə bəzən süni qarşıdurma yaradılırdı. C.Ünsizadə qəzetin baş məqalələrinin birində təklikdə deyə biləcəyi sözləri bərkdən söyləyir, Cəlal əfəndidən qəzetin dilinə ciddi fikir verməyi ona irad tutur, "hər kəsə öz xörəyini verməyi ondan tələb edirdi". Böyük qardaşının yanında zəngin mühərrirlik məktəbi keçən Cəlal əfəndi 1882- ci il may ayının 12-də hökumət dairələrində 1882-ci ilin sentyabr ayından ayda bir dəfə çıxarmaq şərtilə Tiflisdə "Kəşkül" adlı məcmuə çıxarmağa icazə istəyir. Qafqaz Senzor Komitəsi 1882-ci il oktyabrın 20-də Cəlal Ünsizadəyə "Kəşkül" adında jurnal ("Kəşkül" səhifələrində onu "məcmuə", "cəridə" də adlandırırlar) çıxarmağa icazə verir. Cəlal Ünsizadə əqidəsinə, ağıl və fərasətinə inandığı ziyalıları ətrafına toplayaraq, əvvəlcədən müəyyənləşdirdiyi və dostları ilə məsləhətləşdiyi proqram əsasında 1883-cü ilin yanvar ayının 31-də 28 səhifəlik "Kəşkül" jurnalını qardaşı Səid Ünsizadənin "Ziya" adı ilə tanınan mətbəəsində çap etdirdi. Türk dünyasında yaxşı təbliğ edilən, yaxşı işıqlandırılan, "Ziya" qəzetində böyük təcrübə qazanan və bunu dəfələrlə özü etiraf edən İsmayıl bəy Qaspralının "Tərcüman" qəzetinin nəşrinə hələ 2 ay 10 gün qalırdı. (İ.Qaspralının "Tərcüman" qəzetinin ilk nömrəsi 1883-cü il aprelin 10-da çıxıb). Kəşkül hind qozu qabığından hazırlanan dərviş çantasıdır. "Kəşkül" sözü klassik Şərq ədəbiyyatında "ədəbiyyat, şeir toplusu" məzmununu da verir.
Cəlal Ünsizadə jurnalın müqəddəməsində bu münasibətlə özü belə yazırdı: "Bu cəridədə nə növ mətləblər yazılacağını bugünkü nüsxənin elanat səhifələrində zikr edirik, amma burada bunu demək istəyirik ki, məcmuəmizin əsl dili və ibarəsi məmləkətimiz müsəlmanlarının məfhumi olan Türki Azərbaycan dilindən ibarət olacaq. Amma bununla belə, ərəbi və farsi dili sevən müsəlman qardaşlarımız dəxi bu cəridə vasitəsilə faidə alıb, faidə verməklər üçün aradabir məzkur dillərdə dəxi əhvalat və məqalət qəbul və dərc olunacaq. Nə fənuni-maddi və ülumi-dünyəvi təxmlərin müstəhəqqinə (toxumların layiq olanına-N.N.) əta etməgə qüdrəti olan (Əkinçilərdən) olduğumuzdan və nə də zülməti-zəlalət və cahi-cəlalətdə qalmışlara ziyanəxş olmaq qüvvəsinə nail olan ürəfadan hesab olunduğumuzdan, yəni ülumi-zahiri və batinidən ari (təmiz-N.N.) bir fəqir dərviş olduğumuz məlum ikən dər-öhdə aldığımız ƏMƏK VƏ ƏMƏL ÇANTASI dəxi kəşküldən ibarət olacaq. Bu səbəbdən təb və nəşrinə rüxsət aldığımız cəridə "Kəşkül" namını (adını-İ.S) alır".
"Kəşkül"ün üz qabığında məcmuənin adı, adın altında ilk nömrənin tarixi hicri və miladi təqvimlə göstərilib: hicri-1200, miladi-1883. Sonrakı sətrdə jurnalın ədəbiyyat və siyasiyyatdan bəhs edəcəyi yazılıb. Mötərizədəki sözlər xüsusilə qabardılır: türki və farsi və ərəbi məqalatı dərc edir. Sonra aylıq məcmuə olduğu göstərilir".
Tədqiqatçı qeyd edir ki, daha sonrakı sətirlər belədir: Birinci sənə. Mah-rəbiüləvvəl -1300 (müsəlman qəməri ilinin üçüncü ayı- N.N.). Ədəd-1 (birinci nömrə- N.N.) Jurnalın birinci nömrəsi mənzumə şəklində yazılmış dua ilə başlayır. "Kəşkülün müqəddiməsi" başlıqlı yazının müəllifi Cəlaləddindir: "Yazıda Azərbaycan mətbuat tarixinə ekskurs edilir, "Əkinçi", "Ziya" qəzetlərinə düzgün qiymət verilir. "Kəşkül"ün birinci nömrəsindəki "Mətbəə və mətbuat" başlıqlı yazının müəllifi göstərilmir. Yazının bu nömrədəki hissəsinin sonunda müəllif göstərilməyib. Oxucu onun davamını məcmuənin ikinci nömrəsində axtarmalı olur. Bu yazıdakı fikirlərin çoxu "Ziya" qəzetində dəfələrlə səslənib. Görünür, "Ziya"da imzasız çap olunan məqalələrin müəyyən hissəsi Cəlal Ünsizadənindir. O da təzə mətbu orqanda "Ziya"dakı fikirlərini "Kəşkül"ün oxucuları ilə bölüşmək fikrinə düşür. Cəlal Ünsizadə "Kəşkül"də yazır: "Bizlərdən çoxu var ki, mətbəə və mətbuat nə olduğunu bilməz və bilmək dəxi istəməz".
Müəllif bilmək, öyrənməkdən üz çevirənlərə onların məşğul olduqları boş və bihudə xəyal aləmindən ayırmalarını vacib sayır. Oxucu ilə belə fikir mübadiləsinə başlayan müəllif cəmiyyətin inkişafında mətbəə və mətbuatın rolunu düzgün qiymətləndirərək, mətbəə və mətbuatın millət və qövmin düşüncə tərzində öz əksini tapdığı qənaətinə gəlir. "Kəşkül"dəki felyetonlar da oxucuları narahat edən məsələlərə həsr olunub. XIX əsrin 70-80-ci illərində felyeton qəzetin, jurnalın indikindən fərqli məna bildirirdi. Felyeton əvvəllər ciddi janr sayılırdı. Felyetonun qəzet və jurnallarda daimi yeri olurdu. Sonralar felyetonlarda qaldırılan məsələlərdə özünü göstərən bir sıra nöqsanlar oxucuda gülüş doğurub, felyetonlar əvvəlki müsbət çalarlarını itirib. Jurnaldakı felyetonların birinin müəllifi S.Atamalıbəyovdur. Bu yazı "Aldığımız bir vərəqədir" adlanır".
Tədqiqatçının yazdığına görə, jurnalın ilk nömrəsində A.Bakıxanovun "Təhzibül-əxlaq" əsəri haqqında yazı müəlifinin düşüncələri (davamı ikinci nömrədədir-N.N.) də özünə yer tapır. Jurnalda 1877-ci il Dağıstan hadisələrinin də işıqlandırıldığını qeyd edən müəllif bildirir ki, dərgidəki ədəbiyyat bölümünün yazıları da oxucuların diqqətini cəlb edir. Onun qeyd etdiyinə görə, "Əmsali-Loğman"dan seçilən yazı "Bir arslan ilə iki Öküz" adlanır:
"Tərcümənin müəllifi Cəlaldır. Jurnalın 24-ü səhifəsində dərc olunan "Qurani-Əzim Alişan" şeirinin müəllifi (Seyyid) kimi göstərilib. Mövzusu itirilən rejimin ideologiyasına uyğun gəlmədiyinə görə bu şeir S.Ə.Şirvaninin heç bir əsərinə daxil edilməyib. Jurnalda rus poeziyasından verilmiş tərcümə nümunələri tərcümə sənətkarlığı baxımından maraqlı görünür".
Ünsizadə qardaşlarının milli mətbuatımızın inkişafında göstərdikləri əvəzsiz xidmətləri müasir oxucuların diqqətinə çatdırdıq. Azərbaycanda hər zaman təəssübkeş ziyalılar, elm xadimləri, mətbuat pərvanələri yaşayıb fəaliyyət göstərib.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 07:57
Zaxarova Vadefulu “ağ yudu, qara sərdi” - “… səsləndirdiyi bəyanatlar yeni heç nə ifadə etmir”

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ