Cümə günü, 27 noyabr 2026
     

Azərbaycan mətbuatı və Ünsizadə qardaşları...

Image


(Əvvəli ötən sayımızda)
Azərbaycan mətbuat tarixinin formalaşmasında rolu olan bir sıra qəzet və jurnallar var ki, onların fəaliyyəti, gördüyü işlər, daşıdığı missiya çox şərəflidir. XIX əsrin son 25 ilində Azərbaycan və rus dillərində saysız nəşrlər mövcud olub. 1875-ci il iyulun 22-də milli mətbuatımızın ilki olan "Əkinçi" meydana gəldi.
"Əkinçi"yə qədər müxtəlif vərəqələr çap olunurdu. O vərəqələrdə əsasən çarın qərar və göstərişləri işıq üzü görürdü. "Əkinçi" isə tamam başqa bir missiya ilə meydana atıldı. Onu da bildirək ki, "Əkinçi"nin açdığı cığırla "Kaspi", "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül" və digər nəşrlər gedib.
Tədqiqatçılar yazır ki, Şamaxıda qəzetin 11 nömrəsi çıxır və bununla da "Ziyayi-Qafqaziyyə" qəzeti bağlanır. Qafqaz Senzura Komitəsinin 1885-ci il hesabatında nəşri dayandırılmış qəzetlərdən bəhs edilərkən "Ziyayi-Qafqaziyyə"nin sonuncu nömrəsinin 1884-cü il iyun ayında çıxdığı yazılır. Qəzetin fəaliyyətinin dayandırılması səbəbi Bakı qubernatoruna göndərilən məktubda bəlli olur. Məktubda qeyd olunur ki, qəzetin çapı redaktor-naşirin maddi vəsaitinin olmaması səbəbindən dayandırılır. Səid Ünsizadənin özü də maddi vəziyyətinin ağırlığından dönə-dönə "Ziyayi-Qafqaziyyə"də bəhs edib.
Qəzetin bağlanmasından bir neçə il keçdikdən sonra Səid Ünsizadə "Ziyayi-Qafqaziyyə"ni bərpa etməyə çalışır, 1900-cu ildə bu istəklə Bakı qubernatoruna ərizə verir. Lakin Bakı qubernatoru Səid əfəndinin xahişini rəsmi cavabla rədd edib.
Tədqiqatçıların yazdığına görə, dini dünyagörüşünə malik olan və qəzetin ideya istiqamətində islamçılığı başlıca qayə kimi götürən Hacı Səid əfəndi dövrünün ziyalıları, tanınmış xadimləri tərəfindən birmənalı şəkildə müsbət mənada qəbul olunmurdu.
Onu vurğulayaq ki, Azərbaycanın sovetləşməsi dönəmində mətbuat və ədəbiyyat tariximizin araşdırıcıları ideoloji nöqteyi-nəzərdən yanaşaraq "Ziya" ("Ziyayi-Qafqaziyyə") qəzetlərinin ideya-siyasi istiqamətlərini obyektiv şəkildə təhlil etməyərək, bu mətbu orqanın yalnız islam ideologiyasını və xurafatı təbliğ etdiyini iddia edirdilər. Hətta qəzetin ciddi senzuraya məruz qalmadığını "qara xidmətlə" bağlayırdılar. Müasir tədqiqatçıların son araşdırmaları nəticəsində əldə olunan faktlar bu deyilənlərin tam əksini ortaya qoyur. "Ziya" ("Ziyayi-Qafqaziyyə") qəzetinin çox ağır şəraitdə, ciddi senzor basqıları ilə nəşr olunduğu faktlarla aydınlaşır. Qafqaz Senzura Komitəsinin "Şərq və yerli dillər" üzrə baş senzoru V.Bezabrazov "Ziya"nın yaradıcılıq mühitinə ciddi mənfi təsir göstərib, Azərbaycan dilində mətbuatın və nəşriyyat işinin "dövrü çatmadığını" iddia edib, Səid Ünsizadə kimi ziyalıların əməyini "izafi iş" adlandırıb. Hacı Səid Əfəndinin işi təkcə senzorlarla deyil, özünün də mənsub olduğu ruhani zümrəsinin təhdid və təzyiqlərini dəf etmək idi. 1879-cu ilin zilhiccə ayının 10-da Tiflisdə Qurban bayramı münasibətilə keçirilən mərasim barədə "Qurban bayramı" başlıqlı məqalə dərc edən "Ziya"nın ruhanilərlə uzun bir çəkişməsi başlayır. Mərasimdə xütbə oxuyan Əhməd Əfəndi barəsində məqalədə əksini tapmış "pis, xoşagəlməz səsə malik olub, özünü xoş avaz sayan" ifadəsi kəskin etiraz doğurur. Ən böyük təşvişə düşən, məqalə barəsində etiraz edən isə şübhəsiz ki, Əhməd əfəndi və onun baş üzvü olduğu müfti idarəsi idi. Özünü təhqir olunmuş hesab edən Əhməd əfəndi müfti Hüseyn Əfəndi Qayıbova şikayət etməklə kifayətlənmir, Qafqaz canişinliyinin ruhani idarələri üzrə nəzarətçisi knyaz Çordcadzeyə də ərizə verib tədbir görülməsini xahiş edir. Əhməd əfəndi "Qurban bayramı" məqaləsini rus dilinə çevirib şikayət ərizəsinə əlavə edir. Təhqir olunduğunu iddia edən Əhməd əfəndi özünün sonrakı donoslarında qeyd etdiyi kimi ruhani idarələri üzrə nəzarətçi onun şikayətinə laqeyd yanaşıb, Səid Ünsizadə cəzasız buraxılıb. Bu barədə də tədqiqatçılar yazır.
Tədqiqatçılar onu da bildirir ki, "Ziyayi-Qafqaziyyə" qəzeti süquta doğru getdiyi dövrdə Tiflisdə "Kəşkül" adlı jurnal buraxılmağa başlanır. Jurnalın naşiri "Ziyayi-Qafqaziyyə"nin redaktoru Hacı Səid əfəndi Ünsizadənin ortancıl qardaşı Cəlal Ünsizadə idi.
Tədqiqatçılar yazır ki, Cəlal Ünsizadə 1876-cı ildə Tiflisə köçüb. İlk illər o, pedaqoji fəaliyyətini davam etdirir, Tiflisdə azərbaycanlılar üçün oğlan məktəbi açır. Səid Ünsizadə "Ziya" qəzetini nəşr etməyə başlayanda Cəlalı da qəzetçiliyə cəlb edib.
C.Ünsizadə müstəqil qəzet çıxarmaq fikrinə 1882-ci ildə düşüb. Həmin il mayın 1-də Qafqaz canişininin baş idarəsinə yazdığı məktubda o, "Kəşkül" adlı jurnal çıxarmaq istədiyini bildirirdi. Onun xahişi 1883-cü ildə yerinə yetirildi. Həmin ilin yanvar ayında jurnalın birinci nömrəsi çıxdı.
Arxiv sənədlərini araşdıran tədqiqatçılar yazır ki, Cəlal Ünsizadə jurnalı çətin şəraitdə buraxırdı. Mətbəə avadanlığı çatışmırdı. İşçi qüvvəsi yox idi. Şagird dəftərindən azca böyük olan, iki həftədə bir dəfə çıxarılan, cəmi 10-15 səhifədə buraxılan jurnala böyük əmək sərf edilirdi. Cəlal Ünsizadə təhsil görmüş gəncləri redaksiyaya cəlb etmək üçün lazımi səy göstərirdi. O zaman Tiflisdə işləyən azərbaycanlı müəllimləri tez-tez redaksiyaya dəvət edirdi. 1883-cü ildə Tiflis Gimnaziyasının 6-cı sinfində təhsil alan Məmməd Kəngərli redaksiyada məsul katib vəzifəsinə işə götürülür.
Tədqiqatçıların yazdığına görə, jurnalın redaksiyası Tiflisdə dar bir küçədə iki yarıqaranlıq otaqda yerləşirdi. Bu otaqların birində tən ortada iri masa, divarın yanında isə yazı masası qoyulmuşdu. Masanın üzərində redaksiyanın abunə yazdırıb gətirtdiyi müxtəlif rus qəzetlərinin dəstləri düzülürdü. M.Kəngərlinin vəzifələrindən biri həmin qəzetləri diqqətlə oxumaq, lazımi materialları tərcümə etmək idi.
C.Ünsizadə və M.Kəngərli məqalələrin tərtibi və jurnalın nəşri məsələlərinə də bilavasitə özləri nəzarət edirdilər.
"Kəşkül" 11 nömrə jurnal şəklində çıxdıqdan sonra C.Ünsizadə onu qəzetə çevirdi.
"Ziya" qəzetinə nisbətən "Kəşkül"ün həm mövzu dairəsi geniş, həm də məqalələrin yazılış forması müxtəlif idi. "Kəşkül" həyatın hər sahəsindən məlumat verən zəngin materiallar "çantasına" bənzəyirdi. Qəzetə "Kəşkül" adı verilməsi elə bununla əlaqədar idi.
C.Ünsizadə "Kəşkül"də ərəb, fars və rus dillərində də materiallar verməyi nəzərdə tuturdu. O bir sıra Şərq ölkələrində qəzet üçün müxbirlər yetişdirmək, həmin ölkələrdən maraqlı yazılar dərc etmək niyyətində idi.
Redaktor bu təşəbbüsünü yerinə yetirə bilmədi. O təkcə qəzetdə ara-sıra farsca və rusca verilən məqalələrlə kifayətləndi.
"Kəşkül"ün müxbir heyəti və müəllifləri özündən əvvəlki qəzetlərə nisbətən geniş idi. Özü də bu müəlliflərin tərkibi beynəlmiləl idi. Azərbaycan yazıçı və publisistlərindən H.Zərdabi, S.Ə.Şirvani, F.B.Köçərli, M.Şahtaxtinski, S.M.Qənizadə, M.Sultanov, S.Vəlibəyov, G.Kəngərli, Ə.Qayıbov, R.Axundov qəzetə bədii əsərlər, publisist məqalələr yazdıqları kimi, rus pedaqoqu və publisisti A.Çeriyayevski, gürcü şairi İ.Çavçavadze, Ukrayna yazıçısı N.Qulak, erməni yazıçılarından Raffi, A.Şirvanzadə və başqaları da qəzetin işinə cəlb olunub.
Qəzetdə dil, ədəbiyyat, incəsənət, elm, maarif və s. məsələlərə dair nəzəri və publisist məqalələr, orijinal bədii əsərlər, rus, Avropa və Şərq ədəbiyyatından tərcümələr çap olunurdu. "Kəşkül" "Əkinçi" ilə "Ziya" arasında orta bir mövqe tutmuşdu, lakin "Əkinçi"yə daha artıq dərəcədə meyli hiss edilir. Klassiklərin irsini yaymaqda qəzet mütərəqqi iş görüb.
Respublikanın əməkdar müəllimi, tədqiqatçı Nazim Nəsrəddinov milli mətbuat tariximizin formalaşmasında, mətbuatın inkişafında xüsusi rolu olan Ünsizadə qardaşları barəsində maraqlı fikirlər irəli sürür.
N.Nəsrəddinovun bildirdiyinə görə, türk dünyasının mətbuat tarixində vaxtilə - Bakıdan əvvəl Azərbaycanın paytaxtı olan Şamaxıda dünyaya göz açan Ünsizadə qardaşlarının əvəzsiz xidmətləri olub: "Ünsizadələr üç qardaş idilər. Şamaxı mədrəsəsində müəllim işləyən, klassik üslubda "Ünsi" təxəllüsi ilə şeirlər yazan və bu yazıları ilə Şamaxı ədəbi mühitində özünə layiqli yer tutan Əbdürrəhman əfəndi oğlanlarına yaxşı adlar seçib. Böyüyün adı Səid idi. Ata ortancıl oğluna Cəlaləddin, lap kiçiyinə isə Kamal adı vermişdi.
Qardaşlardan böyüyü Səid əvvəlcə Şamaxıda, sonra isə Şərq ölkələrində oxumuş, ali dini təhsil alandan sonra Şamaxıya qayıdır, məktəbdarlıqla məşğul olur, bir müddətdən sonra - 1870-ci ildə iqamətgahı Şamaxıda yerləşən Bakı Quberniyası Əhli -Təsənni İdarəsinə üzv seçilib. Sonralar M.F.Axundovun yaxın dostlarından biri olan Əbdülhəmid Əfəndi Zaqafqaziya müftisi seçilərək Tiflisə gedəndən sonra Səid Ünsizadə Bakı qubernatoru D.Staroselskinin əmri ilə Şamaxı qazısı və Ruhani İdarəsinin sədri vəzifəsinə təyin olunur. S.Ünsizadə bu vəzifədə işləyərkən həm öz vəzifə borcunu ləyaqətlə yerinə yetirib, həm də maarif və mədəniyyət məsələləri ilə ciddi məşğul olub, Bakı qubernatorunun hüsn və rəğbətini qazanıb. Onun bu istiqamətdəki ən önəmli işi 1874-cü ildə D.Staroselskinin icazəsi ilə yaradılan Şamaxı "Məclis məktəbi" idi. Bu məktəb adı pedaqogika tariximizə düşən məktəblərdəndir. "Məclis məktəbi" yeni tipli təhsil ocaqlarından idi. Quberniyanın digər məktəblərindən fərqli olaraq, burada şagirdlərin sağlamlığına, təhsil və tərbiyəsinə də fərqli yanaşma var idi. Şagirdlər skamyada oturur, yazılar yazı lövhəsində yazılır, ana dili ilə yanaşı, burada ənənəvi Şərq dilləri keçilir, müəllimlər dərslə yanaşı, dərslik və müxtəlif risalə və kitabçaların yazılmasında fəallıq göstərirdilər.
Təkcə bu faktı göstərmək gərəkli görünür ki, bu məktəbdə işləyən müəllimlər XIX əsrin 80-ci illərində Azərbaycan dilində uzun müddət məktəblilərin oxu və dərslik kitabları kimi tanınan bir neçə mükəmmməl əsərin müəllifləridir.
1876-cı ildə Səid Ünsizadəni Tiflisə dövlət əhəmiyyətli bir layihənin hazırlanma işinə çağırırlar. Söhbət dini idarələrin fəaliyyəti ilə ilgilidir. S.Ünsizadə ona tapşırılan işin öhdəsindən gəldiyinə görə Tiflisdə daimi işdə qalır. O, Zaqafqaziya Əhli-Təsənni İdarəsinin əvvəlcə ştatda olmayan əməkdaşı kimi fəaliyyətə başlayır".
Ardı var
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 07:57
Zaxarova Vadefulu “ağ yudu, qara sərdi” - “… səsləndirdiyi bəyanatlar yeni heç nə ifadə etmir”

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ