Cümə günü, 27 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Qloballaşma şəraitində ana dilinin qorunması...
Tarix: 14.07.2015 / 02:34
Bölmə: Layihə
(Əvvəli ötən sayımızda)
Ana dili anamızın südü, atamızın çörəyi, Vətən torpağı qədər əziz və müqəddəsdir. Dilini bilməyən və sevməyən insan Tanrının da nəzərindən düşər. Hər bir xalq öz ana dili ilə fəxr edir, qürur duyur, onu yaşatmaq naminə mücadilələr verir. Bildiyimiz kimi, türk dil ailəsinə məxsus olan ana dilimiz tarixin müxtəlif dövrlərində sınaq qarşısında qalıb.
Elə çağlar olub ki, ana dilində yazan şairlər, mütəfəkkirlər o qədər də çox olmayıb.
Onu da bildirək ki, «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair» Dövlət Proqramında nəzərdə tutulan müddəaların yerinə yetirilməsi üçün AMEA, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası kimi qurumların qarşısına konkret vəzifələr qoyulub.
Tədqiqatçı İlham Abbasov qeyd edir ki, müstəqillik illərində ana dilimizin dövlət dili statusunun təmin edilməsi üçün qeyd etdiyimiz rəsmi sənədlərdən əlavə, bir sıra mühüm əməli tədbirlər də həyata keçirilib: «Bu baxımdan ali məktəblərə qəbul zamanı Azərbaycan dili üzrə imtahanın bütün ixtisas qrupları üçün mütləq olmasını, rus bölməsi üzrə orta məktəblərin buraxılış, ali məktəblərin qəbul imtahanlarında Azərbaycan dili üzrə sualların zəruri xarakter daşımasını, telekanallarda veriliş və filmlərin Azərbaycan dilində yayımlanmasını xüsusi vurğulamaq lazımdır. Görülən tədbirlərin praktik nəticələri də göz önündədir. Ölkəmizdə toplu halında yaşayan digər xalqların (milli azlıqların) ünsiyyət vasitəsi kimi Azərbaycan dilindən istifadə edilməsi nəzərəçarpacaq qədər artıb. Əvvəllər Azərbaycan dilində danışa bilməyən, yaxud danışmaq istəməyən çoxlu sayda ictimai xadimlər, siyasətçilər, ziyalılar, sənətçilər, məmurlar, sıravi vətəndaşlar indi bu dildə danışır (ən azı buna cəhd edirlər). Ancaq ana dilimizin taleyinə maksimum tələbkarlıq mövqeyindən yanaşmaq zərurəti göstərir ki, bütün bunlar hələ kifayət deyil. Görüləsi işlər hələ də çoxdur. Dövlət dilinin işlədilməsinə biganə münasibətə bütün sahələrdə qəti olaraq son qoyulmalıdır. Bu dili işlətməyin şərəfliliyini, nüfuz və hörmət gətirdiyini insanların beyninə yeritmək, ictimai şüurun atributuna, ümumi davranış normasına çevirmək lazımdır. Dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğunu nəzərə almayan bəzi mətbuat orqanlarında, telekanallarda, elektron informasiya vasitələrində ədəbi dil normalarının pozulması halları və hətta ictimai rəyin ziddinə olaraq, Dövlət Proqramının tələblərinə müqavimət cəhdləri müşahidə olunur. Tərcümə və dublyaj nümunələrinin mətni dilimizin zəngin ifadə imkanları ilə müqayisə edilməyəcək qədər aşağı səviyyədədir. Küçə və meydanlardakı bir sıra reklam lövhələrində, müxtəlif müəssisələrin ad göstəricilərində, digər tərtibat elementlərində Azərbaycan dilinin leksik və qrammatik normaları, dövlət dilinin tətbiqi prinsipləri kobudcasına pozulur. Bir çox hallarda dilimizin tarixinə və mənşəyinə dair səsləndirilən yanlış və qərəzli mülahizələrə vaxtlı-vaxtında tutarlı cavab verilmir. Bəzi hallarda elmi tədqiqatlar üçün müasir dünya dilçiliyinin nəzəri səviyyəsindən geri qalan, heç bir ciddi praktik əhəmiyyət daşımayan bəsit mövzular seçilir».
Tədqiqatçının qeyd etdiyinə görə, Azərbaycan dilində müasir dövr üçün zəruri kommunikasiya vasitəsi sayılan internet resurslarının azlığı, onlarda Azərbaycanın tarixi və müasir həqiqətlərinin kifayət qədər əks olunmaması, dilimizi öyrənmək istəyən əcnəbilər üçün tədris vəsaitlərinin müasir tələblərə cavab verməməsi real problemlərdir: «Bütün bu çatışmazlıqların aradan qaldırılması məqsədilə Dövlət Proqramında dövlətimizin başlıca rəmzlərindən olan ana dilimizin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, ana dilimizin öyrənilməsi və tədrisi sahəsində vəziyyətin yaxşılaşdırılmasını, dilçi mütəxəssislərin elmi yaradıcılıq axtarışlarının stimullaşdırılmasını, ümumilikdə qloballaşma şəraitində ana dilimizin dövrün tələblərinə uyğun istifadəsini təmin edəcək vəzifələr irəli sürülüb. Azərbaycan torpağı bizim maddi Vətənimiz olduğu kimi, Azərbaycan dili də mənəvi Vətənimizdir. Dövlət dilinin hüdudlarının qorunması dövlət sərhədlərinin qorunması qədər vacib məsələdir və ümummilli vəzifə kimi dərk olunmalıdır».
Onu da qeyd edək ki, sözügedən sənəddə Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi üçün Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yaradılması məsələsi də qeyd edilirdi. Sənəddə bildirilir: «Azərbaycanda müxtəlif sahələrdə tərcümə işinin mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradılsın».
Qeyd edək ki, artıq Tərcümə Mərkəzi yaradılıb, Terminologiya Komissiyası da fəaliyyət göstərir. Sənəddə əks olunan məsələlər operativ şəkildə təmin edildi, bu da dövlətin dil siyasətinin təminindən xəbər verir.
Sənəddə vurğulanırdı ki, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir. Bu dildə dünya ədəbiyyatı xəzinəsinə daxil olan misilsiz əsərlər yaradılıb. Hər bir azərbaycanlı tarixin ayrı-ayrı dövrlərində dilimizin dövlət dili kimi fəaliyyət göstərməsindən böyük qürur hissi keçirir. Ölkəmizin zaman-zaman müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin edib. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur: «Ana dilimiz öz ifadə imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik strukturunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik, yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir. O özünün indiki yüksək səviyyəsinə görkəmli şair və yazıçıların, maarifpərvər ziyalıların zəhməti sayəsində çatıb. Bu prosesdə Azərbaycan dilçilik elminin böyük xidməti var. Azərbaycanda müasir mətbuatın, teatrın və təhsil sisteminin təşəkkül tapması, xalqımızın ictimai-siyasi və mədəni həyatında baş verən dəyişikliklər Azərbaycan dilçiliyinin də inkişaf yolunu müəyyən edib. Ana dili ilə bağlı yeni-yeni dərsliklər, lüğətlər və sanballı elmi tədqiqatlar meydana çıxıb. Bu sahədə görkəmli ziyalılarımız Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məmməd ağa Şahtaxtlı, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov və başqalarının mühüm xidmətləri var. Ana dilimizin tədqiqi xüsusilə ötən əsrin ilk onilliklərindən başlayaraq bilavasitə diqqət mərkəzində olub. Həmin dövrdə Üzeyir Hacıbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Bəkir Çobanzadə, Cavad Axundzadə, Xalid Səid Xocayev və digərlərinin dilimizin qrammatikasına dair bir çox tədqiqatları işıq üzü görüb. 1926-cı ildə Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi ölkəmizdə dilçilik sahəsində əldə olunan nailiyyətlərin məntiqi davamı kimi yeni-yeni tədqiqatların meydana çıxmasına təkan verib. 1920-ci illərdə respublikada aparılan dilçilik tədqiqatları Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində və Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda mərkəzləşib. Sonralar SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsinin və SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Dil və Ədəbiyyat İnstitutunun yaradılması ilə həmin tədqiqatlar daha sistemli və əhatəli aparılmağa başladı. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təşkil olunduqdan sonra Azərbaycan dilçiliyi yeni mərhələyə qədəm qoydu. 1969-cu ildə müstəqil Dilçilik İnstitutunun fəaliyyətə başlaması ilə dilşünaslıq elmimizin sürətli inkişaf yolu tutaraq ardıcıl şəkildə müvəffəqiyyətlər qazanması üçün möhkəm zəmin yarandı. Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Əliheydər Orucov, Səlim Cəfərov, Əlövsət Abdullayev, Fərhad Zeynalov və digər alimlərimizin yüksək elmi səviyyəli tədqiqatları yalnız dilşünaslığımızı yox, ümumən Azərbaycan ictimai fikrini zənginləşdirdi. Xalqımızın böyük oğlu Heydər Əliyev respublikamıza rəhbərlik etməyə başladığı ilk vaxtlardan Azərbaycan ədəbi dilinə ayrıca diqqət yetirib, ana dilimizin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olub. Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dövlət quruculuğu strategiyasının tərkib hissəsi olan dil siyasətinin nəticəsidir ki, 1970-ci illərdə Azərbaycan dilinin tarixi intensiv şəkildə öyrənilib, müasir Azərbaycan dilinin problemləri ilə bağlı çoxsaylı elmi-nəzəri əsərlər yaradılıb. Ali məktəblər üçün yazılmış dörd cildlik «Müasir Azərbaycan dili» dərsliyi 1974-cü ildə məhz ulu öndərin təşəbbüsü ilə milli dilçilik elminin inkişafına töhfə kimi qiymətləndirilərək respublikanın dövlət mükafatına layiq görülüb.
Azərbaycan dilinə və ümumiyyətlə Azərbaycan dilçilərinin əməyinə verilən qiymət və onlara göstərilən qayğı Azərbaycanın keçmiş sovet məkanında, eyni zamanda beynəlxalq elm aləmində türkologiyanın mərkəzlərindən biri kimi tanınmasına gətirib çıxarıb. SSRİ Elmlər Akademiyasının bu istiqamətdə yeganə «Türkologiya» jurnalı məhz Bakıda nəşr edilirdi. Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlayıb».
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
27.11.2026 / 07:57
Zaxarova Vadefulu “ağ yudu, qara sərdi” -
“… səsləndirdiyi bəyanatlar yeni heç nə ifadə etmir”
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq
- Aralıq dənizini müharibə zonasına çevrilməyin…
26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi
26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?)
- PJAK-la müharibə...
26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam
26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...
26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov
26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...
26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə
- Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…
26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir
26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır
- 3 noyabr dərs olmadı...
26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər
- FOTO
26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir
26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı -
Müəmma…
26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...
26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)
26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...
26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...
26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var
- nə baş verir...
26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri
26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...
26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı
26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...
26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat
- ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…
26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram
26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı”
- Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?
26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır
- Əliyevin Konqresə müraciəti...
26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab
- Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...
26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir
26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb
26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb
26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı
26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...
26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir
- 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...
26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə
– İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...
26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir
–Aerokosmik Qüvvələrin generalı da saxlanıldı
26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır
– Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...
26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi
– sanksiyalardan yayınma halları artır...
26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi
- vəziyyət ürəkaçan deyil...
26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi
– pulu dörd Avropa ölkəsi ödəyəcək...
26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb
26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır
– Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...
26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir
26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi
– qırıcılar anqarlarda gizlədilir...
26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır
– 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...
26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi
26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı
26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır
- 2 günlük...
26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...
26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi
– 30 nəfər öldü, 15 yaralı var...
26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı
– nöqsanlar aşkarlandı...
26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI
– iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...
26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı
- Azərbaycan neftinin bir barreli 100 dolları keçdi
26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə
– Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...
26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir
26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab -
“Mən çemodan deyiləm” -
25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır
– Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...
25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi
– Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı
25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu
– “O, məndən nə etməyimi istəyir?”
25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...
25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı
- İrəvan hər fürsətdə “vurulur”...
25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır -
ABŞ nə edəcək...
25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...
25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...
25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...
25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...
25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...
25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər
- “Düşmənlər” hərəkətə keçdi...
25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb
- Nazir narahat eyham vurdu...
25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi
25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...
25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb -
qiymətlər əsas rol oynayır...
25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal
– Tonoyana ağır ittiham irəli sürüldü...
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ