Bazar günü günü, 29 noyabr 2026
     

Azərbaycan kitabı beynəlxalq sərgilərdə...

Image


Azərbaycanda kitab nəşri, kitab yayımı sahəsində böyük ənənə olsa da, sonralar bu sahədə ciddi problemlər yarandı. Lakin Azərbaycan dövlətinin səyi nəticəsində bu sahədə olan çətinliklər arxada qalmaqdadır. Bilirik ki, son illər Azərbaycanın ən müxtəlif yerlərində, şəhər və rayonlarında kitab satış sərgiləri keçirilir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə ölkəmizdə ənənəvi beynəlxalq kitab sərgiləri keçirilir.
Bu satış-sərgiyə dünyanın bir sıra nüfuzlu nəşriyyatları, poliqrafiya mərkəzləri, naşirlər qatılır. Son bir neçə ildir Azərbaycan kitabı, dövri mətbuat nümunələri respublika sərhədlərini aşaraq xarici ölkələrdə nümayiş etdirilir.
Məlum olduğu kimi, 2014-cü ildə "Dövri mətbuat, kitab nəşri sahəsində əməkdaşlıq Protokolu" təsdiq edilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu haqda Fərman imzalayıb. Qeyd edək ki, "Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şuranın yaradılması haqqında" 1999-cu il 4 iyun tarixli Sazişə əlavə və dəyişikliklər edilməsi barədə" 2013-cü il mayın 31-də Minsk şəhərində imzalanmış Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Fərman böyük əhəmiyyətə malikdir. Sözügedən sənəddə qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şuranın yaradılması haqqında" 1999-cu il 4 iyun tarixli Sazişə əlavə və dəyişikliklər edilməsi barədə" 2013-cü il mayın 31-də Minsk şəhərində Azərbaycan Respublikası Hökumətinin qeyd-şərtlə imzaladığı Protokol təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin".
Özündə böyük mahiyyət daşıyan fərmanın imzalanması bu sahədəki mövcud vəziyyətin müsbət istiqamətdə irəliləməsinə səbəb olub.
"AzərTAc" bir neçə ay əvvəl Belarusun paytaxtında MDB İcraiyyə Komitəsində dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şuranın (DŞ) iclası keçiriləcəyi ilə bağlı məlumat yayıb: "Görüşün iştirakçıları təqribən on məsələyə baxmaq niyyətindədirlər. Bunlar ilk növbədə birliyin iştirakçısı olan dövlətlərin "Kitab sənəti" XI Beynəlxalq müsabiqəsinin yekunları və XII müsabiqəyə hazırlıq, XXII Minsk Beynəlxalq kitab sərgi-yarmarkasının təşkili və s. məsələlərdir. İclasda həmçinin "Gələcək naminə tərəfdaşlıq" X Belarus Beynəlxalq mediaforumunun keçirilməsi, "Ahəng" internet layihəsinin yaradılması, kadr hazırlığı sahəsində əməkdaşlıq və s. məsələlərin müzakirəsi planlaşdırılır.
Xatırladırıq ki, profil DŞ 1999-cu ildə yaradılıb. Onun tərkibinə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Ermənistan nümayəndələri daxildir. Şuranın xəttilə keçirilən tədbirlərdə Türkmənistan, Özbəkistan və Ukrayna nümayəndələri də iştirak edirlər. DŞ qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsi, MDB çərçivəsində qəbul olunmuş sənədlərin həyata keçirilməsinə öz səlahiyyəti sahəsində yardım göstərilməsi ilə məşğul olur. Onun təşəbbüsü ilə kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq haqqında yeni saziş və kitaba dəstək haqqında bəyannamə kimi mühüm sənədlər işlənib hazırlanıb və qəbul edilib".
Azərbaycan dövlətinin kitabçılıq sahəsinə göstərdiyi dəstək özünü bir neçə profildə ifadə edir. Bir neçə il əvvələ qədər Azərbaycanda həm kitab nəşri sahəsində ciddi problemlər vardı, həm də kitabların nəinki xaricdə, hətta ölkəmizdə nümayiş etdirilməsi, satış-sərgisinin keçirilməsi sahəsində çətinliklər yaşanırdı. Ancaq bu gün Azərbaycanın müxtəlif nəşriyyat və poliqrafiya mərkəzlərində çap olunan məhsullar Mədəniyyət və Turizm Nazirliyinin və Heydər Əliyev Fondunun xəttilə xaricdə fəaliyyət göstərən kitabxanalarda, muzey mərkəzlərində sərgilənir, nüfuzlu kitab sərgi-yarmarkalarında mükafatlara layiq görülür. İndiyə qədər çoxlu sayda müəllifin əsərləri, nəşriyyatların məhsulları mükafatla respublikamıza qayıdıb.
Son illər ardıcıl olaraq Azərbaycan kitabları Londonda açılan ənənəvi Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilib. Onu da bildirək ki, Azərbaycan sərgidə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi, Londonda fəaliyyət göstərən Azərbaycan Mədəniyyətlərarası Cəmiyyətinin (AMC) təşkilatçılığı və ölkəmizin Böyük Britaniyadakı Səfirliyinin dəstəyi ilə təmsil olunub.
Medianın yazdığına görə, 1971-ci ildən başlayaraq mütəmadi şəkildə hər il təşkil olunan, 40 ildən çox müddətdə uğurla fəaliyyət göstərən sərgidə Avropanın ən böyük ölkələrinin dövlət və özəl nəşriyyatları ilə yanaşı, ABŞ, Kanada, Yaponiya, Çin, Koreya Respublikası, Səudiyyə Ərəbistanı, Hindistan, Türkiyə və s. ölkələrdən 500-ə yaxın təşkilat iştirak edib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti London Beynəlxalq Kitab Sərgisinə ilk dəfə 2009-cu ildə qatılıb. London sərgisində Azərbaycanın tarixindən, mədəniyyətindən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərdən bəhs edən kitablar iştirakçılarda böyük maraq doğurub. Nazirlik yarandığı gündən ölkədə kitab nəşri işinə xüsusi diqqət göstərib, bu sahənin azad düşüncə müstəvisində dünya standartlarına uyğun inkişafı və Azərbaycan kitabının beynəlxalq aləmdə tanıdılması üçün mühüm işlər görüb.
Onu da vurğulayaq ki, Londonda keçirilən sərgidə iştirak zəngin milli mədəniyyətimizin, ölkəmizin sürətlə inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması, ümumən respublikamızda aparılan genişmiqyaslı quruculuq işlərinin dünyaya çatdırılması üçün mühüm vasitədir. Azərbaycanın uğurlu mədəniyyət siyasəti nəticəsində ölkədə kitab nəşri və poliqrafiya məhsullarının istehsalı sahəsində bir çox uğurlar əldə edilib, sahənin inkişafına təkan verən lazımi şərait yaradılıb. Prezident İlham Əliyevin kitab nəşri, kitabın təbliği, yayılması və qorunmasına, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatın işıq üzü görməsi ilə bağlı qərar və göstərişləri əhalinin çap məhsulları ilə təmin olunmasında mühüm rol oynayıb. Azərbaycan kitabı müxtəlif beynəlxalq müsabiqələrdə qalib gəlib, beynəlxalq sərgilərdə yüksək səviyyədə təmsil və təbliğ olunub. Hazırda bu proses davam etməkdədir. Azərbaycan kitablarının Frankfurt kitab yarmarkasında sərgiləndiyi məlumdur. Almaniyanın Frankfurt şəhərində dünyanın ən böyük kitab sərgi-yarmarkası (Frankfurter Buchmesse) 65-ci dəfədir keçirilib. Sərgi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan, ümummilli liderə həsr edilmiş "Heydər Əliyev adına" kitab-albomun təqdimatı da keçirilib. Ümumilikdə ölkəmizin stendində ziyarətçilərə 200 adda kitab, Azərbaycan, ingilis, alman və rus dillərində nəfis tərtibatlı nəşrlər, respublikamızın turizm imkanları haqqında bukletlər və digər çap məhsulları təqdim edilib. Frankfurt kitab yarmarkası 1949-cu ildən ənənəvi olaraq keçirilir. Bu kitab sərgisinin tarixi isə əsrlər öncəyə gedib çıxır.
Tədqiqatçıların qeydlərinə görə, XV əsrdə Frankfurtun yaxınlığındakı Mayns şəhərində yaşayan Yohann Quttenberqin mexaniki çap üsulunu kəşf etməsindən sonra kitab ticarəti inkişaf etməyə başlayıb və ilk yarmarkalar keçirilib. XVII əsrin sonlarında Frankfurt yarmarkası Avropanın ən əhəmiyyətli kitab satış sərgisi hesab edilirdi.
2013-cü ilin sentyabrında Moskvada keçirilən və 20-dən çox ölkənin təmsil olunduğu 26-cı beynəlxalq kitab yarmarkasında Azərbaycan da iştirak edib. Mədəniyyət və Turizm Nazirliyinin yaydığı rəsmi bilgiyə görə, sərgi-yarmarkada 1200-dən çox nəşriyyatın 200 minə yaxın kitabı oxuculara təqdim edilib. Mirzə İbrahimov, İlyas Əfəndiyev, Məmməd Araz, Anar, Elçin, Kamal Abdulla və digər görkəmli ədiblərimizin əsərləri, eləcə də Azərbaycan təbiətinə, incəsənətinə və mədəniyyətinə dair kitablar kitab bayramında yer alıb. MDB ölkələrinin X Beynəlxalq "Kitab sənəti" müsabiqəsinin qalibləri sırasında Azərbaycan kitabları da olub. Mükafatları Çingiz Əlioğlu və "Əfəndi" kitab evinin rəhbəri Leyla Əfəndiyeva qəbul edib.
Bu il ölkəmizi 46-cı Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil edən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi fəaliyyətini uğurla davam etdirir. Ölkəmiz bu beynəlxalq tədbirdə ilk dəfə iştirak etsə də, növbəti ildə bu beynəlxalq tədbirin fəxri qonağı qismində təmsil olunacağı qərara alınıb. Bu məsələ ilə bağlı Misir Kitab Təşkilatının İdarə Heyətinin sədri Əhməd Məcahid və Misir Milli Tərcümə Mərkəzinin səlahiyyətli nümayəndələri görüş zamanı təklif veriblər: "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi bu il Beynəlxalq Sərgidə öz ölkəsini uğurla təmsil etdi. Stendinizdə nümayiş etdirilən kitablardan da görünür ki, ölkəniz rəngarəng nəşr nümunələri ilə olduqca zəngindir. Gələn il Azərbaycanın Beynəlxalq Qahirə Kitab Sərgisində fəxri qonaq kimi iştirak etməsini istərdik".
Üzümüzə gələn ildəki tədbirdə fəxri qonaq qismində təmsil olunacaq ölkəmizin nəşrlərini nümayiş etdirmək üçün Azərbaycana 150 kvadratmetr sərgi ərazisinin verilməsi və 20 nəfər nümayəndə heyətinin bu mötəbər mərasimə qatılması qərara alınıb.
Həmçinin, sərgi müddətində hər gün Azərbaycanın dövlətçiliyi, Qarabağ həqiqətləri, ədəbiyyat və mədəniyyətlə bağlı tədbirlərinin, məruzə və müzakirələrin keçirilməsi üçün ölkəmizə sərginin fəxri zalının ayrılacağına qərar verilib.
Qeyd edək ki, Misirin Qahirə şəhərində 46-cı Beynəlxalq Kitab Sərgisində Azərbaycan pavilyonu sərgidə iştirak edən Misir ictimaiyyəti nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan pavilyonunda Qarabağ həqiqətlərinə, dövlət və dövlətçiliyimizə aid kitablar, ölkə nəşriyyatlarında çap edilən ən dəyərli kitablar, eyni zamanda, Misirdəki səfirliyimizin dəstəyi ilə tərcümə olunmuş kitablar da nümayiş olunub. Bu Beynəlxalq Kitab Sərgisində müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın mədəniyyətini əks etdirən ədəbi-bədii proqramlar təşkil edilib. Proqram çərçivəsində Nizami Gəncəvidən başlayaraq, müasir dövrə qədər Azərbaycan ədəbiyyatı tarixinin müxtəlif mərhələlərinə toxunulub.
Bakubookfair.com (org-az) - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən sayt haqda da qısa danışmaq istəyirik. Saytın rəhbərliyinin mediada gedən fikirlərinə görə, başlıca məqsədləri bu sahədə görülən işlərlə bağlı oxuculara məlumat verməkdir: "2006-cı ildən başlayaraq Azərbaycan kitabı İsgəndəriyyə (MƏR), Frankfurt (Almaniya), Varşava (Polşa), Pekin (ÇXR), İstanbul (Türkiyə), Əbu-Dabi (BƏƏ), Saloniki (Yunanıstan), Moskva (Rusiya Federasiyası), Minsk (Belarus), London (Böyük Britaniya), Tehran (İran), Paris (Fransa) və s. şəhərlərdə keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarında nümayiş etdirilib, dünya səviyyəsində Azərbaycan kitabları qiymətləndirilib. Azərbaycanın beynəlxalq kitab sərgilərində, müsabiqələrdə qazandığı uğurlarla kitabsevərlər tanış edilib, kitab sahəsində ixtisaslaşmış sayt kimi, ölkəmizdə kitabla bağlı tədbirlər, kitab bayramları, sərgilər və müsabiqələr barədə ardıcıl olaraq oxucuları məlumatlandırıb".
Fakt budur ki, Azərbaycanda kitab çapı işi geniş vüsət alır və Azərbaycan kitabı dünyanın nüfuzlu sərgilərində iştirak edir.
(Davamı gələn sayımızda)

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Melonidən Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ