17/02/2020 07:04
728 x 90

İtkin düşmüş qusarlı yaşlı qadını polis tapdı

img

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar rayonu Əcəxur kənd sakini, 55 yaşlı Atakişiyeva Solmaz Əzim qızı fevralın 10-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Danışma və eşitmə qabiliyyəti olmayan yaşlı qadının evə qayıtmamasından narahat olan ailəsi onun tapılması üçün Qusar Rayon Polis Şöbəsinə müraciət edib. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən dərhal rayon ərazisində axtarışlara başlanıb.

Keçirilmiş axtarış tədbirləri nəticəsində itkin düşmüş hesab olunan Solmaz Atakişiyeva fevralın 12-də günorta saatlarında polis əməkdaşları tərəfindən rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Qadının övladları analarının tapılaraq sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə və soyuq qış ayında, qarlı və şaxtalı havada göstərdikləri əvəzolunmaz köməyə görə DİN rəhbərliyinə və bütün polis əməkdaşlarına dərin minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər