Sabiq deputat Gülər Əhmədovanın oğlu Bakıda silahla saxlandı

Sabiq deputat Gülər Əhmədovanın oğlu saxlanılıb. Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
Hüquq-mühafizə orqanları əməkdaşları daxil olan məlumat əsasında keçirdiyi əməliyyat nəticəsində Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədovun idarə etdiyi BMW markalı avtomobil saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı saxlanc yerindən 1 ədəd tapança, güllə ilə dolu daraq aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi qaldırılıb.
Xatırladaq ki, saxlanılan T.Əhmədov sabiq deputat, əvvəllər məhkumluq həyatı yaşayan Gülər Əhmədovanın oğludur.