DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Mingəçevir ŞPŞ əməkdaşları birgə əməliyyat keçirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da Mingəçevir şəhərindəki şirkətlərin birində hasilatçı (ekspeditor) vəzifəsində çalışan E.Abdullayevi evinin girişində fənərə oxşar alətlə vuraraq şirkətə məxsus içərisində 70.000 manat olan çantanı əlindən almaqda şübhəli bilinən qrupun digər üzvü - Mingəçevir şəhər sakini Yaşar Kərimov da saxlanıb.
Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.
Natiq CAVADOV
DİN Mətbuat Xidmətinin əməkdaşı