DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, mayın 11-də Xızı rayonunun Qarabulaq kənd sakini H.İsmayılova Rayon Polis Şöbəsinə müraciət edərək, evindən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Oleq Larkov qısa müddətdə müəyyən edilərək saxlanıb. Həmin qızıl-zinət əşyaları maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanıb.
Nizam HƏMİDOV
polis leytenantı