Mayın 11-də Zərdab rayon sakini olan 3 nəfərin barələrində sosial şəbəkədə rüsvayedici məlumatlar yayma ilə hədələndikləri və onlardan pul tələb edilməsilə bağlı müraciəti əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanın Çallı kənd sakini Qənimət Məmmədovun digər cinayət əməllərinin də üstü açılıb.
Belə ki, onun cari ilin fevral ayından aprel ayınadək olan müddətdə Zərdab şəhərində yanacaqdoldurma məntəqələrinin birinin və Ucar şəhərində 3 aptekin sahiblərinin xidməti fəaliyyətləri ilə əlaqədar barələrində sosial şəbəkəyə rüsvayedici məlumatlar yerləşdirəcəyi ilə hədələməsi, onların ikisindən - hər birindən 100 manat aldığı da müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı