Martın 17-də DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə Ucar rayonunun Müsüslü kəndində yaşayan Z.Əliyevanın evinə girmiş 2 maskalı şəxsin onun əl və ayaqlarını yaylıqla bağlayaraq 1000 manat dəyərində qızıl-zinət əşyalarını aparmaları barədə müraciət daxil olub.
Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanıb. Araşdırmalarla onların kənd sakinləri Rəcəb Hüseynov və Anar Hüseynov olduqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı