Sabirabad Rayon Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Şıxlar kənd sakini, əvvəllər məhkum olunmuş Mürvət Rzayev saxlanıb. Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 4 qram heroin aşkarlanaraq götürülüb. Əməliyyatın davamı olaraq M.Rzayevin yaşadığı evdən ümumi çəkisi 2 kiloqram 250 qram marixuana aşkarlanaraq götürülüb
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elbrus Tağıyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu, habelə yaşadığı evdən çəkisi 3 kiloqram 256 qram tiryək aşkar edilib.
Saxlanan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. Faktlarla bağlı cinayət işləri başlanıb. Araşdırmalar aparılır.
Toğrul NƏSİRLİ polis leytenantı