Şəmkir Rayon Prokurorluğundan qəzetimizə verilən məlumata görə, prokurorluqda istintaq edilən cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Eşqin Murtuzov 12 may 2017-ci il tarixdə saat 17:30 radələrində istintaq hərəkətinin icra edildiyi yerdən mühafizə altından qaçaraq oranı özbaşına qanunsuz tərk edib.
Rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində E.Murtuzovun rayonun Seyfəli kəndi ərazisində gizləndiyi yer müəyyənləşdirilib və o, tutularaq istintaqa cəlb olunub.
Baki-xeber.com