şənbə günü, 27 iyun 2026
     

“Akif Çovdarov dedi ki, 500 min pul, 6 mənzil verməlisən...”

Image


Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin işi üzrə zərərçəkmiş şəxslərdən “Yeni Yasamal” MTK tikinti şirkətinin sədri Cahangir Alışovun ibtidai istintaqa ifadəsində maralıq məqamlar üzə çıxıb.

APA-nın əldə etdiyi məlumata görə, C. Alışov ifadəsində deyib ki, 2010-cu ilin may-iyun aylarında «Yeni Yasamal» MTK-nın icraçı direktoru Nadir Feyziyevlə MTK-nın ofisində söhbət zamanı N. Feyziyev bildirib ki, onu və digər təsisçi Nəsib Əliyevi dünən MTN-ə çağırıb, orada MTK-nın layihə-smeta sənədlərini istəyiblər. Onlar da sənədlərin C. Alışovda olduğunu deyiblər. Bu vaxt ona tanımadığı nömrədən zəng gəlib. Zəng edən şəxs “MTN əməkdaşıyam, adım Alıdır, Siz MTK-nın layihə-smeta sənədlərini götürüb MTN-nə Akif müəllimin yanına gəlməlisiniz” deyib. O, həmin günün səhərisi MTK-nın layihə-sənədlərini götürüb Nadir Feyziyevlə birlikdə MTN-nə gedib.

C. Alışov bildirib ki, özünü Alı kimi təqdim edən MTN əməkdaşı ilə 2-ci mərtəbəyə qalxıblar. Bu vaxt Nəsib Əliyevi və sonradan adlarının Elçin, Ceyhun və Rauf olduğunu öyrəndiyi şəxsləri dəhlizdə görüb. Elçin, Ceyhun və Rauf adlı şəxslər Nəsib Əliyevin onlara borcunun olduğunu iddia ediblər.

Sonra Alı və adını bilmədiyi daha 2 nəfər onu sorğu-suala tutublar: “Əsasən sualları Alı verdi. Məndən Nəsib Əliyevin «Yeni Yasamal» MTK-da payının olub-olmadığını soruşdu. Dedim ki, MTK-da 33 faiz payı var. Alı “rəhbərliyin göstərişi var, Nəsib Əliyevin payına düşən bütün əmlak onların təqdim etdiyi şəxslərin adlarına rəsmiləşdirilməlidir” dedi. Alı mənə rəisi Akif Çovdarovun adından «rəhbərlik bilir, nə deyilirsə, onu da yazıb vermək lazımdır» söylədi. Mən Alı və iki MTN əməkdaşına Nəsib Əliyevin payına düşən yaşayış və qeyri-yaşayış sahələrinin onun özü tərəfindən artıq müxtəlif vətəndaşlara satıldığını və pullarının alındığını bildirdim. Həmin günün səhərisi saat 10-11 radələrində Alı zəng edib Akif Çovdarovun mənimlə görüşmək istədiyini dedi. MTN-nə getdim. Akif Çovdarovla onun otağında görüşdüm. Akif Çovdarov mənə «get sənədləri imzala, 500.000 manat da pul verəcəksən, artıq problem yaratma, başa düşdün, get nə deyirlər icra elə» dedi. Mən Akif Çovdarova o qədər pulumun olmadığını dedim. O, isə əsəbi şəkildə «deyəsən, içəri girmək istəyirsən, get nə deyirəm onu da elə» dedi. Onun çox əsəbi olduğunu gördüm. Həbs ediləcəyimdən qorxduğumdan heç nə demədən otağı tərk etdim. 2-ci mərtəbəyə getdim. Artıq Alı Elçin, Rauf və Ceyhunun təqdim etdikləri şəxsiyyət vəsiqələri əsasında bizim inşa etdiyimiz binadan yaşayış və qeyri-yaşayış sahələrinin rəsmiləşdirilməsi barədə Nəsib Əliyev və Nadir Feyziyevə göstəriş vermişdi. Nəsib Əliyevin borcuna uyğun yaşayış və qeyri-yaşayış sahələri verildikdən sonra Alı və digər iki əməkdaş «Akif Çovdarovun göstərişidir, bizə də həmin binadan mənzil verməlisiniz» dedi. Bundan sonra Alı bir neçə şəxsiyyət vəsiqəsini Nadir Feyziyevə verdi.

O, həmin şəxslərin adlarına yaşayış və qeyri-yaşayış sahələrini sənədləşdirdi, Nəsib Əliyevlə mən isə həmin sənədləri imzamızla təsdiq etdik. Beləliklə, həm mənim, həm də Nəsib Əliyevin imzaları ilə 19 mənzil, 4 qaraj, 3 qeyri-yaşayış sahəsi (market) və 1 zirzəmi həmin vətəndaşların adlarına yazılıb rəsmiləşdirilərək, ümumilikdə 27 müqavilə tərtib olundu. Həmin evlər isə bundan əvvəl başqa şəxslərə satılmış evlər idi, pulu da ödənilmişdi”.

C. Alışov daha sonra ifadəsində bildirib ki, MTK-nın icraçı direktoru Nadir Feyziyev 2 gün ərzində MTN-in nəzarət buraxılış məntəqəsinin inzibati binasının 2-ci mərtəbəsində saxlanılıb. Nadir Feyziyev MTN-dən buraxıldığı gün Alı Akif Çovdarovun adından bildirib ki, Akif Çovdarovun dediyi 500.000 manat, «Yeni Yasamal» MTK-nın inşa etdiyi binadan isə 6 mənzil və 1 qeyri-yaşayış sahəsi də verilməlidir. C. Alışov bununla əlaqədar həmin günün səhərisi Nadir Feyziyevlə birlikdə MTN-ə gedib. O, Alıdan 500.000 manat, 6 mənzil və 1 qeyri-yaşayış sahəsinin onlardan hansı səbəbə tələb edildiyini soruşub.

Alı «Siz MTK işlədirsiniz, haqq vermirsiniz, rəhbərliyin göstərişdir 500.000 manat pul, 6 mənzil və 1 qeyri-yaşayış sahəsi verməlisiniz» deyib. O isə Alıya və adlarını bilmədiyi digər 2 MTN əməkdaşına həmin məbləği verməyə imkanlarının olmadığını, cəmi 100 və ya 150 min manat verə biləcəklərini bildirib. Lakin onunla razılaşmayıblar. Onlar “bu bizim deyil, rəhbərliyin tələbidir, rəhbərliyin dediyi məbləği verməsəniz, başınız ağrıyacaq” deyib, hədə-qorxu gəliblər. Bu söhbətdə Nadir Feyziyev də C. Alışovun yanında olub. C. Alışov MTN-dən çıxandan sonra da Nadir Feyziyev orada qalıb.

Həmin gün Nadir Feyziyevlə bir daha görüşüb: "Nadir bildirdi ki, Alı 350.000 manat istəyib, rəhbərliyin həmin puldan az məbləğə razı olmadığını deyib. Mən Nəsibin başına açılan oyunun mənim də başıma açılacağından qorxub 6 mənzili, 1 qeyri-yaşayış sahəsini və 350.000 manatı verməyə razılaşdım. MTN əməkdaşları 6 vətəndaşın şəxsiyyət vəsiqələrinin surətini müxtəlif vaxtlarda Nadirə vermişdilər. Nadir isə onları MTK-ya gətirmişdi. Bundan sonra müqavilələr tərtib olundu və mən həmin müqavilələri öz imzamla təsdiq edib Nadir Feyziyevin vasitəsi ilə Alıya göndərdim.

350.000 manatı da Alıya Nadir Feyziyev apardı. Pulu Alıya 3 dəfəyə göndərdim. Pulu Nadir Feyziyevə mənzillər satıldıqca verirdim ki, Alıya aparsın".

C. Alışov MTN əməkdaşlarının qanunsuz hərəkətləri barədə hüquq-mühafizə orqanlarına müraciət etmədiyini də deyib: "Buna səbəbi isə Akif Çovdarov və onun əməkdaşları tərəfindən mənə və ailə üzvlərimə qarşı təhlükə yaranacağından qorxmağım idi”.

Qeyd edək ki, istintaq zamanı A. Çovdarov C. Alışovla üzləşməkdən imtina edib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

26.06.2026 / 23:56
Belarusu da Ukrayna ilə müharibəyə sürükləyirlər - Lukaşenko Zelenskiyə mesaj göndərdi...

26.06.2026 / 23:41
İran Körfəz ölkələrinə sərt xəbərdarlıq - qumar oynamayın...

26.06.2026 / 23:10
Silahlı Qüvvələr Gününə həsr olunmuş "Vətənə Sadiqlik" adlı sərgi təşkil olundu

26.06.2026 / 21:10
Silahlı Qüvvələr Günündə iki qızıl medal

26.06.2026 / 20:44
Hörmüzdə gərginlik yenidən artdı - İran yük gəmisini vurdu, ABŞ ordusu hərkətə keçdi..

26.06.2026 / 19:10
Əlincə qalasının 14 illik (1387–1401-ci illər) qəhrəman müdafiəsinin əsil səbəbləri nədir?

26.06.2026 / 18:49
Aşura qazanı və Kərbəlanın kölgəsi

26.06.2026 / 17:20
Kılıçdaroğlunun “nəhəng karvanlı” İstanbul səfəri alınmadı…

26.06.2026 / 16:44
Nazirliyin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edildi - FOTO

26.06.2026 / 16:25
Tramp Suriyanı Hizbullahla müharibəyə təhrik edir - Şəraa narazı, Netanyahu narahat...

26.06.2026 / 16:10
ABŞ-İran müharibəsi OPEC-i dağıdır – BƏƏ-nin ardından İraq da gedir...

26.06.2026 / 16:08
Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət etdi - FOTO

26.06.2026 / 15:46
Xeyrəddin Qocadan deputata sərt reaksiya - “A kişilər, yaltaqlığın başqa yollarını axtarın!..”

26.06.2026 / 15:30
18 yaşında ölümə meydan oxudu - Şəhriyar Mirişli

26.06.2026 / 15:18
Nəsimidə oğurluq edən şəxslər saxlanıdı...

26.06.2026 / 14:57
Türkiyə MN-dən Azərbayan Ordusuna təbrik - hər zaman bir ürək, bir yumruq olacağıq...

26.06.2026 / 14:25
Rusiya-Ukrayna müharibəsi cəbhəboyu dondurulur - ABŞ və Avropanın böyük razılaşması...

26.06.2026 / 14:17
"Vətənpərvərlik Etüdləri" Lənkəranda sərgiləndi

26.06.2026 / 14:07
Azərbaycanın da marağında olan Rəşt-Astara dəmiryolundan təzə xəbər - "dondurulmayıb"...

26.06.2026 / 13:59
ABŞ-la İran razılaşsa da, Fars körfəzində 1150 gəmi gözləyir, 125 milyard dollarlıq tıxac yaranıb...

26.06.2026 / 13:56
Moldova Dnestryanı ilə birlikdə Rumıniyanın tərkibinə daxil olur...

26.06.2026 / 13:49
Bütün qadınları evlərdə dustaq edirlər - daha bir dözülməz müsəlman ölkəsi...

26.06.2026 / 13:38
SEPAH ABŞ-a İsraillə bağlı xəbərdarlıq edib

26.06.2026 / 13:35
Təbəs dünyanın ən isti şəhəri oldu

26.06.2026 / 13:22
Lənkəranda keçmiş məhkum 26 kq narkotiklə tutuldu

26.06.2026 / 13:15
Nazir Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.06.2026 / 13:09
DİN-dən narkotik əməliyyatı - 46 kq narkotik, 2087 psixotrop həb... 9 nəfər həbs olundu - VİDEO

26.06.2026 / 12:57
Naxçıvanda hərbi yürüş olub - FOTO

26.06.2026 / 12:45
Silahlı Qüvvələr Günü Laçında hərbçilər yürüş ediblər - FOTO

26.06.2026 / 12:10
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

26.06.2026 / 11:00
" Kılıçdaroğlu, Ünal Erzenin verdiyi 270 milyon lirəni neynədin? Televiziya filan da qurmadın"- Dəniz Zeyrək pis yerdən vurdu...

26.06.2026 / 10:50
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel göndərildi

26.06.2026 / 10:32
İyunun 26-sı Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günüdür

26.06.2026 / 10:23
Xankəndidə hərbi yürüş keçirilib

26.06.2026 / 09:00
Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini bir il uzadıb

26.06.2026 / 08:46
Vens: "ABŞ və İran Dohada birbaşa hərbi rabitə kanalı barədə razılığa gəliblər"

26.06.2026 / 08:43
Bloomberg: "Körfəzdən neft ixracı müharibədən öncəki səviyyənin 75%-nə qədər bərpa olunub

26.06.2026 / 08:34
Tramp açıqladı - İran ABŞ-ın kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni bazara çevrilir

26.06.2026 / 00:38
İranın vurduğu F-15 pilotunun səmada gördüyü sirli texnologiya ABŞ-ı qarışdırdı - "yadplanetli işi"... Pentaqon və ABŞ kəşfiyyatı ŞOKDA...

26.06.2026 / 00:24
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26.06.2026 / 00:05
Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

25.06.2026 / 23:22
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı VİDEOÇARX paylaşılıb

25.06.2026 / 23:04
Vüsal Tahirov haqqında deyilənlərdən…

25.06.2026 / 22:57
Netanyahudan ABŞ-a ilginc mesaj - “İran üçün icazə istəmədim, sadəcə planlarımı dedim….”

25.06.2026 / 22:48
İsrail prezidentinin helikopteri qəza enişi etdi

25.06.2026 / 22:33
"Bu məsələ Kamal bəylə mənim yox, əməkçi teyzə ilə Ərdoğanın məsələsidir"...

25.06.2026 / 22:25
‘’BAYATI-ARAZ’’ AZƏRBAYCAN HƏRB ƏDƏBİYYATI TARİXİNDƏ HADİSƏDİR

25.06.2026 / 22:10
Prezidentin sosial şəbəkə səhifələrində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edilib

25.06.2026 / 21:30
Kreml G-7 zirvəsindən sonra Trampın Ukrayna siyasətinin dəyişdiyinə hələ inanmaq istəmir...

25.06.2026 / 21:06
Ermənistan konstitusiyasının dəyişdirilməsi problemlə üzləşdi - Paşinyan yeni üsula əl atır...

25.06.2026 / 20:35
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub

25.06.2026 / 20:33
Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

25.06.2026 / 20:26
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb - FOTO

25.06.2026 / 20:05
ABŞ konqresmeni erməniləri Qarabağa qaytarmaq istəyir - Friman 1000-ə kimi saydı...

25.06.2026 / 19:43
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşdü

25.06.2026 / 19:28
Əliyev AP və AŞPA-nı islam düşmənçiliyində suçladı...

25.06.2026 / 19:04
Vüqar Rəhimzadə: AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib

25.06.2026 / 18:46
Ukraynanın Moskvanı birbaşa ABŞ-ın kəşfiyyat dəstəyilə vurduğu ortaya çıxdı…

25.06.2026 / 18:35
Hərbçilərimiz Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - FOTO/VİDEO

25.06.2026 / 18:22
Yavər Hüseynova vəzifə verildi

25.06.2026 / 18:10
“Azərbaycanın arxeoloji irsi” kitabı İtaliyada…

25.06.2026 / 18:05
Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə - Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından seçmələr

25.06.2026 / 18:01
Fransa Rusiyanın “kölgə donanması”na aid daha bir tankeri ələ keçirdi…

25.06.2026 / 17:50
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 160-ə leçdi...

25.06.2026 / 17:38
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

25.06.2026 / 17:17
Qazaxıstan, Azərbaycan və Gürcüstan “Orta Dəhliz”lə bağlı vahid tarif modeli hazırlayır…

25.06.2026 / 16:34
Reyqan "Ulduz müharibələri" ilə SSRİ-ni yıxdı - Trampın "Qızıl Günbəz"i kimə qarşıdır?..

25.06.2026 / 16:26
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olundu

25.06.2026 / 16:23
Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif olundu

25.06.2026 / 16:22
Müdafiə Nazirliyinin 5 hərbi qulluqçusuna “general-mayor” rütbəsi verildi

25.06.2026 / 16:19
İran Hörmüzdən pulsuz keçidin qəti əleyhinədir - ABŞ-la yenidən sərt ritorika başlayır...

25.06.2026 / 16:14
“İntellektual gömrük” informasiya sistemi yaradıldı

25.06.2026 / 16:10
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTO

25.06.2026 / 16:04
Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak edib

25.06.2026 / 15:50
Putinin 20 sentyabra təyin etdiyi seçkinin vaxtı dəyişdirilə bilər - Medvedyevin spikerlik iddiaları...

25.06.2026 / 15:49
Bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi

25.06.2026 / 15:46
Xamneyi ABŞ-İran sazişində 8-ci bəndin əleyhinədir - "Nüvə ləğv oluna bilməz"...

25.06.2026 / 15:26
Qərbi Azərbaycana qayıdış mövzusu Bakı-İrəvan sülh prosesinə daxil edilə bilər...

25.06.2026 / 15:25
İslamofobiya fəlakəti bəşəriyyətin “qapısını döyür”...

25.06.2026 / 15:24
Avropa Orta Dəhliz məsələsini siyasiləşdirməyə başlayır - Azərbaycansız mümkün deyil...

25.06.2026 / 15:20
“Ermənistan və Moldova oyuncaqdır, Ukrayna yolu gedirlər” - Medvedev 4 ölkəni təhqir etdi...

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ