Qaraçuxurda üzərində xəsarətlər olan kişi meyiti tapılıb.
Bu barədə “Trend”-ə Suraxanı rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, üzərində xəsarətlər olan meyit oktyabrın 12-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində küçədə aşkarlanıb. Aparılan araşdırmalar nəticəsində onun Məmmədov Zakir Fərrux oğlu olduğu müəyyənləşib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. İstintaq orqanında cinayətin baş vermə səbəbləri araşdırılır.