Rusiya Mərkəzi İstintaq idarəsində kriminal avtoritet Zaxari Kalaşovun (Şakro Molodoy) cinayət işinin materialları yoxa çıxıb.
Baki-xeber.com-un xəbərinə görə, “Rosbalt” həmin materialların 2015-ci ildə digər işlərdən ayrılaraq təkrar araşdırılması üçün istintaq şöbəsinə göndərilib. Agentliyin hüquq-mühafizə orqanlarındakı mənbəsinin bildirdiyinə görə, Denis nikandrov və Mixail Maksimovun Kalaşovdan rüşvət alma ittihamı ilə həbsindən sonra prokurorluq onun barəsində digər materialları incələməyə başlayıb. Bu arada Kalaşovun 15 il öncə iri paytaxt kazinolarına basqınları üzrə materiallar diqqət çəkib. Bundan sonra isə həmin materiallar “yoxa çıxıb”.