şənbə günü, 27 iyun 2026
     

Cahangir Hacıyevin sürücüsünə 9 milyon manat kredit kimin göstərişilə verilib… Məhkəmədə şok ifadələr… (YENİLƏNİB)

Image


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, prosesdə C.Hacıyevin vəkili Fəxrəddin Mehtiyev məhkəmə proseslərinin tez-tez keçirilməsinə etiraz edib. O bildirib ki, proses həftədə 3 dəfə olduğundan təqsirləndirilən şəxslərlə görüşə bilmirlər.

Hakim isə qeyd edib ki, təqsirləndirilən şəxslər dindiriləndən sonra məsələyə baxılacaq.

Prosesdə təqsirləndirilən şəxs Anar Sultanov ifadə verib. O bildirib ki, 1997-ci ildən 2004-cü ilə qədər ABB-də müxtəlif vəzifələrdə çalışıb. "2004-cü ildən 2010-cu ilə qədər filial rəhbəri olub. Onun sözlərinə görə, bankın qaydalarına əsasən, filial təminatsız 2000, təminatlı 5000 manat kredit verə bilərdi: "Bundan yuxarı məbləğ kreditlər İdarə Heyəti, kredit komitəsinin qərarı ilə ayrılıb. İstintaqa ifadəmi təsdiqləyirəm. İdarə Heyətinin qərarları mənim üçün məcburi idi. Baş idarə qərar verəndən sonra kredit ayrılmasında filial texniki rol oynayırdı. Banka müştərilər göndərilirdi, İdarə Heyəti qərar verirdi, biz də icra edirdik. Zamirə Hacıyeva, Cahangir Hacıyev, Leyla Mahmudova və digərlərinə kredit verilməsi ilə bağlı mənə Cahangir Hacıyev göstəriş vermişdi. Cahangir Hacıyevlə bağlı sənədləri mən ondan tələb edə bilməzdim. Bizim sırf texniki rolumuz olub".

Dövlət ittihamçısının "Siz bilirdinizmi ki, banka aidiyyəti olan şəxslərə kredit ayırmaq üçün Müşahidə Şurasının icazəsi olmalıdır" sualına cavab verən A.Sultanov deyib ki, filiala İdarə Heyətindən qərarlar çıxarış formasında gəlib və filial da həmin çıxarışlar əsasında kredit verib.

O bildirib ki, C.Hacıyevin sürücüsü Aydın Mehtiyevə kredit İdarə Heyətinin 57 saylı qərarı ilə verilib: "Mən heç nəyi saxtalaşdırmamışam. Aydın Mehtiyev Cahangir Hacıyevin sürücüsü idi, başı qarışıq olurdu, ona görə ayrılan kredit müqavilələrini yığıb baş idarəyə göndərmişəm. Sənədlər imzalanıb gələndən sonra kredit vermişəm. Həmin kredit 2009-cu il avqustun axırında bağlanılıb. Həmin sənədlər imzalanıb qayıdandan sonra imzalara baxmamışam".

Sürücünün adına 9 milyon manat məbləğində kreditin verilməsi məsələsinə münasibət bildirən A.Sultanov deyib ki, İdarə Heyətinin qərarı onun üçün məcburi icra olub: "Mən heç bir mütəşəkkil dəstədə olmamışam, verilən qərarları icra etmişəm. Cahangir Hacıyev, Leyla Mahmudova, Zamirə Hacıyeva və digərləri mərkəz filialının müştərisi olub, onların imza nümunələri və hesabları mərkəz filialında olub. İlkin sənədləri toplamaq da mərkəz filialının səlahiyyətində olub".

Təqsirləndirilən şəxs İlqar Abdullayev isə bildirib ki, 2004-cü ildən ABB-də işləyib: "2006-cı idən filial müdirinin müavini, 2014-2015-ci illərdə filial müdiri olub. Cahangir Hacıyevi bir dəfə - məni filial müdiri təyin edəndə görmüşəm. Heç bir dəstə üzvü olmamışam, vəzifəmi icra etmişəm. İdarə Heyəti müavinlərinin qərarlarını icra etmişəm. 3 kredit müqaviləsinə imza atmışam. Həmin vaxt filial müdiri işdə olmadığı üçün mən imzalamışam. Müqavilələrin üçünün də bir gündə imzalanması təsadüfdür, sadəcə kreditlərlə bağlı qərarlar ayrı-ayrı vaxtlarda verilib".

Fasilədən sonra təqsirləndirilən şəxs İ.Abdullayev sualları cavablandırıb. Bildirib ki, tapşırıqla verdiyi kreditlər 2014-cü ilin iyul ayında bağlanıb, şərtləri də kredit komitəsi müəyyənləşdirib. İdarə heyətinin qərarı ilə A.Mehtiyevin krediti 2015-ci ilə qədər uzadılıb. O, C.Hacıyevlə görüşmədiyini bildirib.

Digər təqsirləndirilən şəxs Yusif Əkbərov deyib ki, 2001-ci ildən 2012-ci ilə qədər Azərbaycan Beynəlxalq Bankında işləyib: "Mən 1 milyon 800 min manat vəsaiti mənimsəməkdə ittiham olunmuşam. Əgər mütəşəkkil dəstədə olsaydım, 2013-cü ildə məhkum olunmazdım. Kreditlər rəsmiləşdiriləndən sonra pullar baş idarədən götürülürdü. Cahangir Hacıyev mənim işimi prokurorluğa göndərdi".

Kənan Orucov isə bildirib ki, 1993-cü ildən ABB-də işləyib: "2013-dən 2015-ci ilə qədər filial rəhbəri olmuşam. Öz ərizəmlə işdən çıxmışam. "Intersecurity" şirkətinin 18 əməkdaşının adına 16 milyon 910 min manat ayrılmalı idi. Filialda pul olmadığından biz rəsmiləşdirdik, pulu baş idarədən götürüblər. Həmin kreditlərin hara yönəldilməsindən xəbərim olmayıb".

Təqsirləndirilən şəxs Məmməd Cahangirov ifadəsində deyib ki, 2001-ci ildən 2011-ci ilə qədər Nərimanov filialının, sonra Sənaye filialının müdiri olub. Onun sözlərinə görə, böyük kreditləri baş idarənin qərarı ilə verib: "Cahangir Hacıyevin sürücüsü Aydın Mehtiyevin adına ayrılan kreditlər Ukraynada metal alverinə ayrılırdı. Kredit komitəsinin qərarından sonra kreditin ayrılması ilə bağlı sənədlər gəlirdi. Həmişə etiraz edirdim ki, adamlar özü gəlsin, sonra kredit verilsin. Pulların hara xərclənməsindən xəbərim olmayıb. Biz memorandumda yaza bilərdik ki, kredit təhükəlidir. Bunu isə yazmaq bizim ölümümüzə qol çəkmək demək idi".

C.Hacıyev isə deyib ki, onun sürücüsü vasitəsilə ayrılan kredit Albaniyada Armatur Zavodunun tikiintisinə ayrılıb. O əlavə edib ki, sürücüsü ilə M.Cahangirovun şərik armatur biznezi olub. Aralarında problem yarandığı üçün də M.Cahangirov başqa filiala keçirilib.

M.Cahangirov isə C.Hacıyevi təkzib edib.

Təqsirləndirilən şəxs, "Intersecurity" şirkətinin rəhbəri İbrahim Hüseynov isə deyib ki, onun 37 işçisinin adına kredit götürülüb: "İşçiləri kredit götürməyə özüm göndərmişəm. Mənə elə gəlir ki, kreditlərin götürülməsi bank rəhbərliyinin tapşırığı idi. Mənim bundan xəbərim olmayıb. Mən qərarları icra etmişəm".

Proses avqustun 29-da davam edəcək.

Qeyd edək ki, C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

27.06.2026 / 09:50
Venesuelada son 126 ilin ən DƏHŞƏTLİ FƏLAKƏTİ - ölənlərin sayı minə çatır, ən azı 50 min nəfərdən xəbər yoxdur...

27.06.2026 / 09:32
Yaxın Şərqdə müharibə yenidən başladı – ABŞ İranı, İran Körfəz ölkələrini bombaladı...

26.06.2026 / 23:56
Belarusu da Ukrayna ilə müharibəyə sürükləyirlər - Lukaşenko Zelenskiyə mesaj göndərdi...

26.06.2026 / 23:41
İran Körfəz ölkələrinə sərt xəbərdarlıq - qumar oynamayın...

26.06.2026 / 23:10
Silahlı Qüvvələr Gününə həsr olunmuş "Vətənə Sadiqlik" adlı sərgi təşkil olundu

26.06.2026 / 21:10
Silahlı Qüvvələr Günündə iki qızıl medal

26.06.2026 / 20:44
Hörmüzdə gərginlik yenidən artdı - İran yük gəmisini vurdu, ABŞ ordusu hərkətə keçdi..

26.06.2026 / 19:10
Əlincə qalasının 14 illik (1387–1401-ci illər) qəhrəman müdafiəsinin əsil səbəbləri nədir?

26.06.2026 / 18:49
Aşura qazanı və Kərbəlanın kölgəsi

26.06.2026 / 17:20
Kılıçdaroğlunun “nəhəng karvanlı” İstanbul səfəri alınmadı…

26.06.2026 / 16:44
Nazirliyin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edildi - FOTO

26.06.2026 / 16:25
Tramp Suriyanı Hizbullahla müharibəyə təhrik edir - Şəraa narazı, Netanyahu narahat...

26.06.2026 / 16:10
ABŞ-İran müharibəsi OPEC-i dağıdır – BƏƏ-nin ardından İraq da gedir...

26.06.2026 / 16:08
Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət etdi - FOTO

26.06.2026 / 15:46
Xeyrəddin Qocadan deputata sərt reaksiya - “A kişilər, yaltaqlığın başqa yollarını axtarın!..”

26.06.2026 / 15:30
18 yaşında ölümə meydan oxudu - Şəhriyar Mirişli

26.06.2026 / 15:18
Nəsimidə oğurluq edən şəxslər saxlanıdı...

26.06.2026 / 14:57
Türkiyə MN-dən Azərbayan Ordusuna təbrik - hər zaman bir ürək, bir yumruq olacağıq...

26.06.2026 / 14:25
Rusiya-Ukrayna müharibəsi cəbhəboyu dondurulur - ABŞ və Avropanın böyük razılaşması...

26.06.2026 / 14:17
"Vətənpərvərlik Etüdləri" Lənkəranda sərgiləndi

26.06.2026 / 14:07
Azərbaycanın da marağında olan Rəşt-Astara dəmiryolundan təzə xəbər - "dondurulmayıb"...

26.06.2026 / 13:59
ABŞ-la İran razılaşsa da, Fars körfəzində 1150 gəmi gözləyir, 125 milyard dollarlıq tıxac yaranıb...

26.06.2026 / 13:56
Moldova Dnestryanı ilə birlikdə Rumıniyanın tərkibinə daxil olur...

26.06.2026 / 13:49
Bütün qadınları evlərdə dustaq edirlər - daha bir dözülməz müsəlman ölkəsi...

26.06.2026 / 13:38
SEPAH ABŞ-a İsraillə bağlı xəbərdarlıq edib

26.06.2026 / 13:35
Təbəs dünyanın ən isti şəhəri oldu

26.06.2026 / 13:22
Lənkəranda keçmiş məhkum 26 kq narkotiklə tutuldu

26.06.2026 / 13:15
Nazir Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.06.2026 / 13:09
DİN-dən narkotik əməliyyatı - 46 kq narkotik, 2087 psixotrop həb... 9 nəfər həbs olundu - VİDEO

26.06.2026 / 12:57
Naxçıvanda hərbi yürüş olub - FOTO

26.06.2026 / 12:45
Silahlı Qüvvələr Günü Laçında hərbçilər yürüş ediblər - FOTO

26.06.2026 / 12:10
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

26.06.2026 / 11:00
" Kılıçdaroğlu, Ünal Erzenin verdiyi 270 milyon lirəni neynədin? Televiziya filan da qurmadın"- Dəniz Zeyrək pis yerdən vurdu...

26.06.2026 / 10:50
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel göndərildi

26.06.2026 / 10:32
İyunun 26-sı Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günüdür

26.06.2026 / 10:23
Xankəndidə hərbi yürüş keçirilib

26.06.2026 / 09:00
Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini bir il uzadıb

26.06.2026 / 08:46
Vens: "ABŞ və İran Dohada birbaşa hərbi rabitə kanalı barədə razılığa gəliblər"

26.06.2026 / 08:43
Bloomberg: "Körfəzdən neft ixracı müharibədən öncəki səviyyənin 75%-nə qədər bərpa olunub

26.06.2026 / 08:34
Tramp açıqladı - İran ABŞ-ın kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni bazara çevrilir

26.06.2026 / 00:38
İranın vurduğu F-15 pilotunun səmada gördüyü sirli texnologiya ABŞ-ı qarışdırdı - "yadplanetli işi"... Pentaqon və ABŞ kəşfiyyatı ŞOKDA...

26.06.2026 / 00:24
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26.06.2026 / 00:05
Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

25.06.2026 / 23:22
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı VİDEOÇARX paylaşılıb

25.06.2026 / 23:04
Vüsal Tahirov haqqında deyilənlərdən…

25.06.2026 / 22:57
Netanyahudan ABŞ-a ilginc mesaj - “İran üçün icazə istəmədim, sadəcə planlarımı dedim….”

25.06.2026 / 22:48
İsrail prezidentinin helikopteri qəza enişi etdi

25.06.2026 / 22:33
"Bu məsələ Kamal bəylə mənim yox, əməkçi teyzə ilə Ərdoğanın məsələsidir"...

25.06.2026 / 22:25
‘’BAYATI-ARAZ’’ AZƏRBAYCAN HƏRB ƏDƏBİYYATI TARİXİNDƏ HADİSƏDİR

25.06.2026 / 22:10
Prezidentin sosial şəbəkə səhifələrində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edilib

25.06.2026 / 21:30
Kreml G-7 zirvəsindən sonra Trampın Ukrayna siyasətinin dəyişdiyinə hələ inanmaq istəmir...

25.06.2026 / 21:06
Ermənistan konstitusiyasının dəyişdirilməsi problemlə üzləşdi - Paşinyan yeni üsula əl atır...

25.06.2026 / 20:35
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub

25.06.2026 / 20:33
Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

25.06.2026 / 20:26
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb - FOTO

25.06.2026 / 20:05
ABŞ konqresmeni erməniləri Qarabağa qaytarmaq istəyir - Friman 1000-ə kimi saydı...

25.06.2026 / 19:43
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşdü

25.06.2026 / 19:28
Əliyev AP və AŞPA-nı islam düşmənçiliyində suçladı...

25.06.2026 / 19:04
Vüqar Rəhimzadə: AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib

25.06.2026 / 18:46
Ukraynanın Moskvanı birbaşa ABŞ-ın kəşfiyyat dəstəyilə vurduğu ortaya çıxdı…

25.06.2026 / 18:35
Hərbçilərimiz Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - FOTO/VİDEO

25.06.2026 / 18:22
Yavər Hüseynova vəzifə verildi

25.06.2026 / 18:10
“Azərbaycanın arxeoloji irsi” kitabı İtaliyada…

25.06.2026 / 18:05
Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə - Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından seçmələr

25.06.2026 / 18:01
Fransa Rusiyanın “kölgə donanması”na aid daha bir tankeri ələ keçirdi…

25.06.2026 / 17:50
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 160-ə leçdi...

25.06.2026 / 17:38
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

25.06.2026 / 17:17
Qazaxıstan, Azərbaycan və Gürcüstan “Orta Dəhliz”lə bağlı vahid tarif modeli hazırlayır…

25.06.2026 / 16:34
Reyqan "Ulduz müharibələri" ilə SSRİ-ni yıxdı - Trampın "Qızıl Günbəz"i kimə qarşıdır?..

25.06.2026 / 16:26
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olundu

25.06.2026 / 16:23
Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif olundu

25.06.2026 / 16:22
Müdafiə Nazirliyinin 5 hərbi qulluqçusuna “general-mayor” rütbəsi verildi

25.06.2026 / 16:19
İran Hörmüzdən pulsuz keçidin qəti əleyhinədir - ABŞ-la yenidən sərt ritorika başlayır...

25.06.2026 / 16:14
“İntellektual gömrük” informasiya sistemi yaradıldı

25.06.2026 / 16:10
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTO

25.06.2026 / 16:04
Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak edib

25.06.2026 / 15:50
Putinin 20 sentyabra təyin etdiyi seçkinin vaxtı dəyişdirilə bilər - Medvedyevin spikerlik iddiaları...

25.06.2026 / 15:49
Bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi

25.06.2026 / 15:46
Xamneyi ABŞ-İran sazişində 8-ci bəndin əleyhinədir - "Nüvə ləğv oluna bilməz"...

25.06.2026 / 15:26
Qərbi Azərbaycana qayıdış mövzusu Bakı-İrəvan sülh prosesinə daxil edilə bilər...

25.06.2026 / 15:25
İslamofobiya fəlakəti bəşəriyyətin “qapısını döyür”...

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ