Bu gün Naxçıvan Apelyasiya Məhkəməsində Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində olan hökmdən verilmiş apelyasiya şikayətinə baxılıb. Trend-in məlumatına görə, prosesdə şikayətin ilkin baxış mərhələsi keçirilib.
V.Ələsgərovun vəkilləri sabiq nazirə bəraət verilməsini istəyiblər.
Nahar fasiləsindən sonra prosesdə qərar elan olunacaq.