Azərbaycanlı "qanuni oğru" "Tolik Noqinski" ləqəbli Taleh Qəribxan oğlu Dağlıyev Ukraynadan deportasiya edilib. Lent.az bildirir ki, 32 yaşlı Dağlıyev Kiyevə toya gəlibmiş. Amma paytaxtın "Borispol" aeroportunda saxlanılan "oğru" başqa təyyarə ilə Minskə yola salınıb.
Kiyev polisinə daxil olan məlumata görə, Noqinski toydan sonra hansısa "sxodka"da iştirak edəcəkmiş.
"Tolik Noqinski"yə "qanuni oğru" titulu 2014-cü ilin sentyabrında Türkiyədə verilib. Onun "xaç atası" "Blondin" ləqəbli şəxsdir. İstanbulda kriminal aləmin marağında olan "söhbət"ə görə daha iki nəfərə - "Vlad Şarap" və "Maks Pioner Penzenski"yə də ad verilib.