Xaçmazda dəhşətli qətl törədilib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Uzunoba kəndində qeydə alınıb.
Kənd sakini, 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlov sərxoş halda gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.
Hadisəni törədən M. Adıgözəlov saxlanılıb.