Ağdam rayon sakini Aygün Cabbarovanı qətlə yetirməkdə şübhəli bilinən atası Nəsib Cabbarov tutulub.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 20-də Xırdalan şəhərində yaşayan Zəhra Əliyarovanın evindən qardaşının qızı, Ağdam rayon sakini Aygün Cabbarova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.