DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakinləri G.Həsənova və R.Yəhyayev sonuncunun idarə etdiyi “Mercedes” markalı avtomobildə saxlanıblar. Şəxsi axtarış zamanı onlardan 3 ədəd bağlamada ümumi çəkisi 1 kiloqram 847 qram narkotik vasitə heroin və bir bağlamada 67 qram psixatrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.