Cümə günü, 23 oktyabr 2026
     

Lotu Qulinin güllələnməsində kim maraqlı, kim təşkilatçı…

Image


Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyədə qətlə yetirilib. O, Antalyada şam etdiyi zaman yaxınları tərəfindən sui-qəsdə məruz qalıb. Lotu Qulinin başından 4 güllə yarası aldığı bildirilir. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Türkiyə KİV-i Nadir Səlifovun öldürülməsinin bəzi təfərrüatlarını yayıb. Bildirilir ki, o, Antalyanın Serik rayonundakı otellərdən birində birlikdə yemək yediyi şəxs tərəfindən başından güllələnib. Ətrafdakılar təcili yardım çağırıb, təcili yardım briqadası onu xəstəxanaya çatdırsa da, bütün müdaxilələrə baxmayaraq keçinib. Hadisə yerindən qaçan şəxsin tutulması üçün genişmiqyaslı əməliyyat başlayıb. Son məlumata görə, “Lotu Quli”ni güllələyən şəxs Antalya-Denizli yolunda növbə çəkən polislər tərəfindən saxlanıb. “Lotu Quli”ni güllələyən şəxs “Xan Əhmədlinski” ləqəbi ilə tanınan kriminal avtoritetdir. Bildirilir ki, “Xan” son vaxtlar “Lotu Quli”nin təşəbbüsü ilə onun yaxın ətrafına daxil olubmuş. Sosial şəbəkələrdə “Lotu Quli”nin “Xan Əhmədlinski” ilə birlikdə çəkilmiş fotoları da yer alır. Xatırladaq ki, "Lotu Quli" 2018-ci ildə Azərbaycanda həbsdən buraxıldıqdan sonra Türkiyəyə yerləşmişdi. Lakin daha sonra Türkiyə hüquq-mühafizə orqanları onu saxlayaraq ölkədən deportasiya edib. Kriminal avtoritet bir müddət Birləşmiş Ərəb Əmirliklərində və Balkan ölkələrində olub, yenidən, bu dəfə başqa ad-soyadla Türkiyəyə yerləşib. Onun barəsində Rusiya və Ukrayna hüquq-mühafizə orqanları tərəfindən axtarış elan edilmişdi.

Rusiyanın kriminaldan yazan məşhur saytlarından biri isə baş verən qətl hadisəsini başqa cür təsvir edir. Portal yazır ki, “Quli” qətlə yetirilərkən onunla eyni masa arxasında daha 2 nəfər olub: “Zeynalov içəri daxil olanda arxası qapıya tərəf oturan “Quli” ilə yanaşı otaqda başqa iki nəfər də olub. Onlardan biri “Quli”nin cangüdəni olub, digəri ilə isə “qanuni oğru” kart oynayıb. Qatil içəri girəndə “Quli” çevrilərək ona tərəf baxıb, daha sanra kart oynamağa davam edib. Elə bu vaxt da Zeynalov ona atəş açıb. “Quli”nin cangüdəninin cavab atəşilə yaralanan Zeynalov hadisə yerindən uzaqlaşa bilib. Lakin o, polis tərəfindən Antalya-Dənizli yolunda yaxalanıb”.

Lotu Qulinin öldürülməsində kim və niyə maraqlı ola bilərdi?

Biz bu məsələ ilə bağlı adının çəkilməsini istəməyən krimianl aləmə aid şəxslərdən biri ilə fikir mübadiləsi apardıq. Həmin şəxsin dediyinə görə, bu qətllə bağlı müxtəlif versiyalar irəli sürülsə də, onun ağlına batan ən inandırcısı qisas amildir: “Qulinin bir qrup əslən azərbaycanlı "oğrularla" konfliktinin tarixi 2005-ci ilə gedib çıxır. Həmin vaxt bir neçə Azərbaycan əsilli nüfuzlu "oğru"  Qulini titulundan məhrum edən "proqon" ("oğru"ların adından yayılan məktub) vermişdi. “Quli” uzun illər bu qərarla razılaşmayıb, elə “oğru” kimi yaşadığını iddia edib. Bundan sonra həmin "proqona" imza atan bütün "oğrular" Rusiyada və Türkiyədə qətlə yetirildi. Kriminal aləmdə gedən söhbətlərdə “Rövşən Lənkəranski”nin ölümünün də “Quli”nin sifarişi ilə baş verdiyi versiyası çox səslənir. Təsadüfi deyil ki, iki il əvvəl Rövşən Canıyevin qardaşı Namiq Canıyev və onun bir neçə yaxın adamı Türkiyədə “Quli”yə sui-qəsd şübhəsilə həbs edilmişdi. “Quli”nin öldürüldüyü tarix də çox mətləblərdən xəbər verir. İş burasındadır ki, “Rövşən Lənkəranski” də 4 il əvvəl məhz bu tarixdə güllələnərək qətlə yetirilmişdi. Bundan əlavə, Rövşənin qətlinin üstündən 4 il vaxt keçir və Quliyə də 4 il sonra 4 güllə vurulur. 22 ilini məhbəs divarları arasında keçirmiş bir avtoriteti, kriminal aləmə mənsub şəxsi, əlbəttə, mülki cəmiyyətdə sakit güzəran, dinc həyat gözləmədiyi barədə hələ o, həbsdən azad olunan dövrdə söz-söhbətlər dolaşırdı. “Sabirabadlı Hikmət”lə “Lotu Quli”nin düşmənçiliyi ötən əsrin sonlarından məhbəs divarları arasından başlayıb. Gəzən söz-söhbətlərə görə, həmin dövrdə eyni cəzaçəkmə müəssisəsində məhbəs həyatı yaşayan “Lotu Quli” Hikmət Muxtarova əl qaldırıb. “Lotu Quli”nin bu hərəkəti kriminal aləmdə normal qarşılanmayıb. Həmin vaxtdan kriminal aləmin əfsanələri kimi tanınan bu şəxslərin, həmçinin tərəfdarları arasında böyük savaşların başlandığı qeyd olunur. Kriminal aləmdə bu tanınmış şəxslər iki qüvvəyə çevrilib və bir-biri ilə mübarizə aparmağa başlayıblar. “Lotu Quli”nin kriminal aləmdə ən böyük düşməni olan “Sabirabadlı Hikmət” ləqəbi ilə tanınan Hikmət Muxtarov 2006-cı ildə Moskavada qətlə yetirilib.

“Sabirabadlı Hikmət” qətlə yetirilən dövrdə “Lotu Quli”nin Bakıda ağır cinayət işləri üzrə mühakiməsi gedirdi. “Sabirabadlı Hikmət” qətlə yetiriləndən sonra “Lotu Quli” ilə Hikmət Muxtarovun davamçısı olan Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyev arasında “müharibə” başlayıb. Uzun sürən davadan sonra “Rövşən Lənkəranski” 2016-cı il avqustun 18-də Türkiyənin İstanbul şəhərində qətlə yetildi. Həmin qətl hadisəsindən bir il iki ay sonra “Lotu Quli” həbsdən azad edilir. Elə həmin vaxtdan da Rövşənin adamlarının onu nə vaxtsa öldürə biləcəyi söz-söhbətləri dolaşırdı. “Quli”ni öldürən Xan bir zamanlar Şüvəlan və  Kürdəxanı türmələrində “vəziyyətə baxıb”. Rövşən Lənkəranski 2009-cu ildə Kürdəxanıda olanda bu baş verib. Özü də Rövşənin adamı kimi tanınıb. Həmin vaxt Mamed Masallinski də Kürdəxanıda olub. Rövşənin ölümündən sonra bir çoxları Qulinin tərəfinə keçmişdi. Yəqin ki, “Xan” da bu adla onun yanına yerləşib və əsl simpatiya bəslədiyi  Rövşənin qisasını alıb”.

İstənilən halda, nə qədər inandırıcı və məntili olsa da, bunlar hələ ki, versiyalardı. Qətllə bağlı əsl həqiqətlər isə istintaq zamanı ortaya çıxır. Ancaq kriminal dünyada baş verən qətllərin əsl səbəbləri çox vaxt elə gizli də qalır.

Məhəmmədəli QƏRBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ