Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınmış Nadir Səlifov Türkiyədə qətlə yetirilib.
Bakı-xəbər.com Türkiyə mediasına isinadən xəbər verir ki, "Lotu Quli" Antalyanın Serik rayonunda otel restoranında nahar etdiyi şəxs tərəfindən güllə ilə başından vurulub. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Kriminal avtoriteti qətlə yetirən şəxs hadisə yerindən qaçsa da, onun Antalya-Dənizli şosesində saxlanıb.
Mətbuat yazır ki, ilkin məlumata görə, hadisəni törədən "Lotu Quli"nin yaxın çevrəsindən olan Xan Əhmədlinskidir.«Прайм Крайм» da yazır ki, Qatilin kriminal avtoritet Xan Əhmədlinski olduğu deyilir. O, Qulinin yaxın ətrafına daxildir.
Qeyd edilir ki, qatil gizlənməyə macal tapıb, ancaq Dənizli şəhərinə gedən yolda polislərin əlinə keçib.
1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub. O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.
Loyu Quli müasir oğru dünyasının ən məşhur üzvlərindəndi. 1972-ci ildə doğulan Nadir Səlifov Azərbaycanın koloniyalarında uzun illər keçirib. 2000-ci ildə qanuni oğru olub. Son vaxtlar Rusiyada da koloniyalara nəzarət edən Quli ilə rəqibləri arasında münaqişələr artmışdı.
2019-cu il mayın 6-da xəbər yayıldı ki, Azərbaycandan olan qanuni oğrular Lotu Qulini onun Rusiyadakı obyektlərindən sıxışdırıb çıxarmağa başlayıblar. Onlar arasında Rafiq Eyvazov (Rafiq Masallinski), Cavid Məmmədov (Dato Ağcabədinski), Emin Əhmədov (Emin Hacıqabulski), Ceyhun Əsgərov (Ceyhun Gəncinski), Zaur Şipilov (Zaur Naxçıvanski), eləcə də Əli Heydərovun (Kürən Albert) adları çəkilir.
Fevral ayında İstanbulda müxtəlif cinayətlərdə iştirak etdiyi və Rusiya ilə əlaqəli olduğu müəyyən edilən cinayətkar dəstəyə qarşı əməliyyat keçirildi. Əməliyyatda 17 şübhəli yaxalanaraq nəzarətə alınıb. Həmin vaxt şübhəlilərin Türkiyəyə azərbaycanlı kriminal avtoritet "Lotu Quli" ləqəbli Nadir Səlifovu ldürmək üçün gəldikləri bildirilirdi.