06/04/2020 13:27
728 x 90

“Niva”lardan oğurladıqları əşyaları onlayn alış-veriş saytlarında satırdılar, Binəqədi polisi isə... - FOTO

img

Binəqədi rayonu ərazisində ayrı-ayrı şəxslərə məxsus, əsasən “VAZ 2121” markalı avtomobillərin şüşəsini sındıraraq oğurluq edən şəxs saxlanıb. Zərərçəkənlərdən daxil olan çoxsaylı şikayətlər əsasında Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Kazımov tutulub.

Qeyd edək ki, saxlanan şəxs avtomobillərdən oğurluq edərkən ərazidə olan kameralar vasitəsilə onun əməlləri lentə alınıb. Əli Kazımov ifadəsində bildirib ki, “Niva”lardan oğurladığı səsgücləndirici, maqnitafon və s. əşyaları onlayn alış-veriş saytlarında satışa çıxarıb.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi daha bir əməliyyat nəticəsində ötən ilin dekabrında rayon ərazisində bir qadına qarşı törədilən soyğunçuluq hadisəsinin də üstü açılıb. Belə ki, həmin vaxt naməlum şəxs zərərçəkənin mobil telefonunu əlindən alaraq hadisə yerindən yayınmışdı. Tədbir zamanı həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Mehdi Zeynalov tutulub.

Qeyd edək ki, hadisə zamanı zərərçəkən qadın yaşadığı yerə getmək üçün olduğu məkana taksi sifariş edib. Zərərçəkən şəxs sürücüyə yeri izah etməkdə çətinlik çəkdyi üçün təsadüfən rastlaşdığı Mehdi Zeynalova mobil telefonu verərək ondan kömək istəyib. O isə əvəzində qadının telefonunu ələ keçirərək hadisə yerindən qaçıb.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. ong>

Son xəbərlər