Ağdaş sakinləri Ruslan, Müşfiq narkotik vasitə ilə yaxalandı - FOTO

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı Ağdaş şəhər sakini Ruslan Rəsulov saxlanıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd sellofan torbada ümumi çəkisi 1 kiloqram 10 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi digər bir əməliyyat tədbiri nəticəsində Ağdaş şəhər sakini Müşfiq Əzizov şübhəli şəxs qismində saxlanıb. Ondan da üzərində gəzdirdiyi sellofan torbada çəkisi 1 kiloqram 40 qram qurudulmuş marixuana aşkar edilib, qablaşdırılaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.