Bazar günü günü, 01 noyabr 2026
     

Sabunçu rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Image


Uzun illər Sabunçu rayonunda yaşamışam, tələbəliyim burada keçib, bir sözlə, bu rayon həmişə mənə doğma olub. Bu rayonun inkişafı gözlərim qarşısında baş verib. Onun inkişafdan geri qaldığı dövrləri də, küçə və parklarının, məhəllələrinin miskin kökdə olduğu zamanları da unutmamışam. Ancaq bu keçmişdə qalıb. Bu gün rayon ərazisində tamam başqa bir ab-hava, atmosfer müşahidə olunur.
Sabunçu rayonunun hər qarışı inkişaf yolu tutub. Düşünürük ki, rayon yaxın illərdə ən qabaqcıl, abad bir yaşayış məntəqəsi kimi özünü göstərə biləcək. Bunu deməyə rayonda həyata keçirilən genişmiqyaslı layihələr, indiyə qədər əldə olunan nailiyyətlər, başa çatmış abadlıq işləri əsas verir. Sabunçu Bakının elə bir rayonudur ki, burada günü-gündən dəyişiklik, yenilik baş verir. Bildirək ki, bu rayon ərazisində yenidənqurma işlərinin həyata keçirilməsi üçün dövlət büdcəsindən lazımi vəsait ayrılıb. Bu da məlumdur ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın qəbul edilməsi Bakıda, onun kənd və qəsəbələrində əsaslı işlər görülməsinə rəvac verib. Dövlətin sosial-iqtisadi cəhətdən apardığı bu siyasət ictimai maraqların müdafiəsi sahəsində böyük addımdır. Sabunçu rayonu Bakının keçmişdə bir sıra problemləri olan rayonlarından biri kimi diqqəti cəlb edib.
Araşdırmalarımız göstərir ki, bu rayon ərazisində müəyyən problemlər olub ki, onlar rayon ictimaiyyətini həmişə ciddi narahat edib. Ancaq hazırda o qayğılar öz ömrünü başa vurmaqdadır. Rayonun Bakıxanov qəsəbəsində reallaşan yenidənqurma işləri, təhsil müəssisələrində, uşaq bağçalarında, poliklinikalarda həyata keçirilən əsaslı təmir "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun aparılıb. Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 1490 nömrəli, 4 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunan "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" və sonradan həmin proqrama əlavədə ümumən 16 sahəni əhatə edən 171 bəndin tələblərinin Sabunçu rayonunun qəsəbələrində həyata keçirilməsi nəzərdə tutulmuşdu ki, bunlardan da 82 bənd, yəni 48 faizi təhsil sahəsinə aid olub. Ümumiyyətlə, proqramda 2011-2013-cü illər ərzində rayonda cəmi 3472 şagird yerlik 4 yeni məktəb binasının tikintisi həyata keçirilib. Bundan əlavə, Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycanda yeni məktəb" layihəsi çərçivəsində Pirşağı qəsəbəsindəki 112 saylı məktəbin köhnə binası sökülərək yerində yeni 3 mərtəbəli, 650 şagird yerlik binanın tikintisi başa çatdırılıb. Proqramda nəzərdə tutulan 5 səhiyyə obyektindən də ikisində əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilib, Prezidentin Ehtiyat Fondundan ayrılmış maliyyə vəsaiti hesabına Sabunçu qəsəbəsindəki 12 saylı şəhər poliklinikasının köhnə binası sökülərək yerində müasir tipli 3 mərtəbəli poliklinikanın tikintisi başa çatdırılıb. Rayonun inkişafı, onun tərəqqi yolunda irəliləməsi bizə bu yaşayış məntəqəsinin daha böyük uğurlara qovuşacağından xəbər verir. Sabunçu qəsəbə sakini dövlətin qəsəbələrin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bütün qərarlarını müsbət qarşılayıb. Sabunçu rayon ictimaiyyəti dövlət səviyyəsində görülən işlərdən razılıq edir və  bütün işlər rayon ictimaiyyətinin diqqət mərkəzindədir. Qeyd edək ki, icrası keçən il başa çatan Dövlət Proqramında elektrik enerjisi, qaz, su, istilik təchizatı və rabitə sahələri üzrə nəzərdə tutulan tədbirlərin əksəriyyəti başa çatdırılıb. Nəticədə bu sahələrdə mövcud olmuş əsas problemlər aradan qaldırılıb. Qaz və istilik təchizatındakı mövcud bir sıra çətinliklərin də aradan qaldırılması üzrə əlavə tədbirlər görülüb. Rəsmi məlumatlara görə, Bakıxanov qəsəbəsinin mərkəzi sayılan Y.Əliyev, M.Fətəliyev və Mehmandarov küçələrində yenidənqurma və abadlıq işləri ilə bağlı onlarla yöndəmsiz obyekt, hasar və çəpərlər sökülüb, bir sıra çoxmərtəbəli yaşayış binalarının yastı dam örtükləri metal örtüklərlə əvəz olunmaqla, fasadlarının bərpası, onların təbii üzlük daşlarla müasir üslubda üzlənməsi həyata keçirilib. Artıq bu işlər 30-a yaxın binada həyata keçirilib. Ümumiyyətlə, 2013-cü ilin sonuna kimi Bakıxanov qəsəbəsindəki mərkəzi küçə boyu Qaraçuxur qəsəbəsinə və İcra Hakimiyyətinin yanından 8-ci km qəsəbəsinə qədər gedən yol imkan daxilində genişləndirilməklə, mövcud tikililərin və ticarət obyektlərinin MKTB-nin qarşısındakı boş əraziyə köçürülməsi, eyni zamanda, 15-dək müasir çoxmərtəbəli ictimai yaşayış binalarının tikintisi və köhnə binaların fasadlarının bərpası və abadlaşdırılması həyata keçirilib. Bütün bu işlər qeyd olunan küçələrin yenidən qurulması üçün razılaşdırılmış perspektiv plan-layihələr əsasında həyata keçirilib. Eyni zamanda, Bakıxanov dəmir yolu stansiyasının ətrafındakı onlarla primitiv ticarət obyektinin sökülərək yerində modern tipli yeni ticarət mərkəzinin də tikintisi üçün layihə hazırlanıb və bu barədə həm obyekt sahibləri ilə, həm də həmin işləri yerinə yetirəcək təşkilatla ilkin razılaşma əldə edilib. Məqsəd birinci mərhələdə qəsəbənin həmin mərkəzi küçələrini zövqlə, tələb olunan müasir səviyyəyə, görkəmə salmaqdır. Bakıxanov qəsəbəsindəki 96, 252 və 271 nömrəli məktəblərin əsaslı təmirdən sonra istifadəyə verilməsi ilə əlaqədar həmin məktəblərə gedən yollarda və ətraf sahələrində də geniş abadlıq işləri aparılıb, yeni asfalt örtükləri vurularaq binaların fasadları təmizlənib və rənglənib, oradakı bir çox yöndəmsiz tikililər sökülərək Rayon İcra Hakimiyyəti tərəfindən nümunəvi layihə əsasında bir cərgə üzrə yenidən tikilib. Sakinlərin müraciətləri nəzərə alınaraq İcra Hakimiyyətinin daxili imkanları hesabına 271 nömrəli məktəbin yaxınlığındakı Hacınski küçəsində ümumi sahəsi 300 kv. m-ə yaxın xeyir-şər evi tikilib və hazırda bura sakinlərin ixtiyarına verilib. Rayonun digər iri qəsəbələrindən biri olan Zabrat qəsəbəsi ərazisində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ əlilləri və şəhid ailələri üçün ikinci yeni 9 mərtəbli, 81 mənzilli yaşayış binası istifadəyə verilib ki, buradan da Sabunçu rayonundan həmin kateqoriyadan olan şəxslərə verilmək üçün 61 mənzil ayrılıb. Bundan başqa, Zabrat qəsəbəsində 307 saylı məktəb inşa edilib. Qəsəbədə müasir tipli Müalicə-Diaqnostika Mərkəzinin fəaliyyətə başlaması da Zabrat ictimaiyyətinin ürəyincə olub. Bundan başqa, qəsəbə ərazisində təmir-bərpa işləri aparılır, məhəllədaxili yollar təmir edilir. Rayonda mərkəzi dövlət orqanlarının və təşkilatların planlarına əsasən də bir sıra sosial əhəmiyyətli obyektlərin və inzibati binaların inşa olunub. Onu da deyək ki, 2013-cü il dekabr ayının 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Ramana qəsəbəsindəki 200 yerlik Peşə Reabilitasiya Mərkəzi yenidənqurma və əsaslı təmirdən sonra dövlət başçısının iştirakı ilə istifadəyə verilib. Hazırda Heydər Əliyev Fondu tərəfindən Pirşağı qəsəbəsindəki 226 nömrəli uşaq bağçası üçün üçmərtəbəli yeni bina inşa olunur və onun tikintisi başa çatmaq üzrədir. Gələn ay rayonda fəaliyyətə başlayacaq "ASAN xidmət"in Bakıxanov qəsəbəsində inşa edilmiş binası artıq istismara hazırdır.
Rayon ərazisində olduğumuz zaman onu da müşahidə etdik ki,    Sabunçu qəsəbəsindəki Elşən Mehdiyev küçəsi boyu Bakıxanov körpüsünə qədər olan yolun hər iki tərəfində hasar və tikililər aqlay daşlarla üzlənib, ərazidə yaşıllaşdırma və abadlıq işləri aparılıb. Rəsmi xəbərlərə görə, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində rayon ərazisində görülən işlərdən biri də köhnə neft-mədən ərazilərində rekultivasiyası, çirkli gölməçələrin doldurulmasıdır. Belə ki, Yeni Ramana və Sabunçu qəsəbələri arasında köhnə yod zavodunun tikililəri sökülərək oradakı zərərli tullantılar təmizlənib, 6,5 hektar sahədə Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni park salınıb. Həmin istiqamətdə Yeni Ramanadan keçən yolun hər iki tərəfində geniş abadlıq və təmir işləri aparılaraq, asfalt örtüyünün salınması həyata keçirilib. Rayonda digər tədbirlərin də həyata keçirildiyini qeyd edə bilərik. Məlumatlara görə, indiyədək bir sıra daxili və mərkəzi yolların kənarlarında 8500 kvadratmetrə yaxın sahəyə həmişəyaşıl örtük, 3 minə yaxın müxtəlif növ ağac və kol əkilib, Zabrat-Maştağa, Zabrat-Pirşağı yollarının istifadəyə verilməsi ilə bağlı həmin ərazilərdə böyük həcmli abadlıq işləri aparılıb. Qeyd edək ki, Sabunçu rayon rəhbərliyi bildirib ki, ümumiyyətlə, 2014-cü ilin sonuna kimi bir sıra mərkəzi küçələrin, yolların genişləndirilməsi, yeni səkilərin salınması, yaşayış binalarının aqlayla üzlənməsi, dam örtüklərinin, qapı və pəncərələrin dəyişdirilməsi, müasir küçə işıqlarının quraşdırılması, yaşıllıq zolaqlarının salınması, habelə digər abadlıq işlərinin aparılması nəticəsində Bakıxanov qəsəbəsinin siması əsaslı surətdə dəyişəcək. "2004-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın əhəmiyyəti də görülən işlərə təsir edib.
Bildirək ki, sayca üçüncü olan bu Dövlət Proqramında da rayon rəhbərliyinin təklifləri əsasında rayon üzrə bütün sahələri əhatə edən 68 bənddən ibarət tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub ki, onların da icrası nəticəsində əksər məsələlər öz həllini tapacaq.
Hesab edirik ki, şəhərimizin inkişaf yolunda olan rayonlarından biri kimi Sabunçu öz yeni siması və tərəqqiyə hesablanan perspektivi ilə hər zaman özünü göstərə biləcək.
İradə SARIYEVA
Yazı Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ