Cümə günü, 16 oktyabr 2026
     

Dünya sürətlə xarici borc uçurumuna gedir, Azərbaycan sabit və təhlükəsiz zonada…

Image


Bu gün dünya iqtisadiyyatında ciddi narahatlıq predmetinə çevrilən əsas məqamlardan biri də artan xarici borclarla bağlıdır. Hesablamalar göstərir ki, cari il dünya dövlətlərinin xarici borcları ticarət müharibələrinin artması və qlobal iqtisadi artım tempinin yavaşlaması fonunda bir qədər də artaraq yeni rekord həddə çatmaqla 69,3 trilyon dollar təşkil edib.

Beynəlxalq Valyuta Fondu bildirir ki, hazırda ən çox borcu olan dövlət ABŞ-dır. Bu ölkə 23 trilyon dollar borcla öndə gedir. Dövlət borcunun artması prezident Donald Trampın hakimiyyətdə olduğu dövrdə müşahidə olunmağa başlayıb. Belə ki, 2017-ci ildə onun prezident vəzifələrini yerinə yetirməyə başladığı vaxt borcun həcmi 19,9 trilyon dollar olub. 2019-cu ildə büdcə defisiti 3 trilyon dollar səviyyəsində dayanıb. Trampın 2017-ci ildən həyata keçirdiyi vergi siyasəti gələcək onillər ərzində büdcə defisitini 2 trilyon dollar artırmalıdır. Bir müddət öncə Amerikanın "AllianceBerstein" investisiya şirkətinin analitikləri də ABŞ-ın dövlət borcunu hesablayıblar. Onlar qeyd edirlər ki, bu il dövlət borcu göstəricisi iqtisadiyyatın ümumi həcminin 1832 faizini təşkil edib. Onların bildirdiyinə görə, 2026-cı ilədək dövlət borcu 30 trilyon dollaradək arta bilər.

Bir sıra digər dövlətlər də borc məsələsində ABŞ-dan geri qalmır. ABŞ-dan sonra 11,8 trilyon dollar borcla Yaponiya və 6,8 trilyon dollar borcla Çin ən çox borclu ölkələr sırasında ikinci və üçüncü yerdə qərarlaşıb. Hazırda qlobal borcun dünya üzrə ümumi daxili məhsulun dəyərinə nisbəti 82% təşkil edir ki, bu da bəşər tarixində rekord göstəricidir. Sözügedən nisbətin ən yüksək hədləri Yaponiya (238%), Sudan (207%) və Yunanıstandadır (177%).  MDB məkanında ən çox borclu ölkə qismində Rusiya, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan çıxış edir. Burada, eləcə də dünya miqyasında borc məsələsində ən əlverişli mövqeyə sahib ölkələrdən biri isə Azərbaycandır. Hazırda Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği 8,9 milyard dollardır. Bu isə ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Burada onu da qeyd edək ki, xarici borclanma səviyyəsinin və artım templərinin qiymətləndirilməsi üzrə əsas meyar mütləq rəqəmlər deyil, xarici borcun ümumi daxili məhsula nisbəti sayılır. Belə ki, beynəlxalq maliyyə təşkilatlarının qiymətləndirməsinə görə hesab edilir ki, xarici borcun həcmi illik ümumi daxili məhsulda 40%-dən artıq olarsa, xarici borcun dayanıqlı idarəedilməsi üçün təhlükə yaranır. Avropa Birliyində isə xarici borcun maksimum həddi hətta ÜDM-in 60% səviyyəsində müəyyənləşdirilir. Bu fonda görünür ki, Azərbaycanda sözügedən göstərici olduqca aşağıdır. Amma qarşıdakı dövr ərzində Azərbaycan bu məbləği daha da azaltmağı düşünür. Qeyd edək ki, gələn il daxili borclanma ilə bağlı limit 400 milyon manat, xarici borclanma ilə bağlı limit 1 milyard manat, dövlət zəmanətləri ilə bağlı limit isə 1 milyard manat nəzərdə tutulub. Bütün bunlar o deməkdir ki, Azərbaycan getdikcə daha az xarici borclanmaya gedir. Digər tərəfdən, Azərbaycan xarici borcun bir hissəsini daxili borca transformasiya etməyi düşünür. Bu isə özəl sektora, biznesə dövlət tərəfindən əlavə dəstək demək olacaq. Hələlik isə Azərbaycanda dövlət borcunun idarə edilməsinin təkmilləşdirilməsi mexanizmlərinin işlənməsi planlaşdırılır və ölkə xarici valyutada dövlət borcunun azaldılmasını,  onun milli valyutada borclarla əvəzlənməsini planlaşdırır. Bu sxem, ekspertlərə görə, dövlət borcunun tənzimlənməsinin dayanıqlılığını önəmli dərəcədə artıracaq. Gözlənir ki, dövlət borcunun ABŞ dollarından və ya digər beynəlxalq valyutalardan manat borclarına çevrilməsi borc dayanıqlılığının artırılmasına imkan verəcək və xarici iqtisadi şoklara daha yaxşı müqavimət göstərmək məsələsində Azərbaycanın imkanlarını gücləndirəcək. Buna qədər isə xarici valyutada borcun azaldılması nəzərdə tutulur. Xatırladaq ki, hələ ötən il  “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” təsdiq edilib. Burada da əsas məqsədlərdən biri xarici borcun tədricən azaldılmasıdır. Belə ki, 2025-ci ildə Azərbaycanda xarici dövlət borcunun məbləğinin 6,5 milyard dollaradək azalması nəzərdə tutulur. Bu, ÜDM-də borc səviyyəsinin indiki 19 faizdən 12 faizədək azalması deməkdir. Hazırda 50 milyard dollar təşkil edən valyuta ehtiyatları isə borc məsələsində Azərbaycana yeni manevr imkanları qazandırır. Digər tərəfdən, dövlət zəmanəti altında götürülmüş xarici kreditlər iqtisadiyyatın real sektoruna yönəldilib ki, bu da son nəticədə Azərbaycan iqtisadiyyatının artım templərinin yüksəlməsinə səbəb olacaq.  

Bütün bunlar, yuxarıda qeyd olunduğu kimi, xarici borc məsələsində Azərbaycanın nümunəvi bir model yaratmasına imkan verir. Belə vəziyyət Azərbaycanın beynəlxalq miqyasda mövqeyinə də təsir edir. Məsələn, məlumdur ki, Azərbaycan Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində 11 pillə irəliləyib. Ölkəmiz  reytinq siyahısında 58-ci yeri tutur. Qeyd edək ki, Ermənistan siyahıda 69-cu, Gürcüstan isə74-cü yerdə qərarlaşıb. Burada  Azərbaycanın göstəricilərinin yaxşılaşmasına ölkədə inflyasiyanın aşağı səviyyədə olması və xarici borcun aşağı olması təsir göstərib. Xarici borcun azalması fonunda qarşıdakı dövrdə bu istiqamətdə Azərbaycanın göstəricilərinin daha da yaxşılaşması gözlənilir.

Ölkəmizdə dövlət borcunun aşağı səviyyədə olması və onun keyfiyyətli strukturlaşması Rusiyanın reytinq agentliyi RAEX tərəfindən də bu yaxınlarda Azərbaycana verilmiş BB+ kredit reytinqi ilə sübuta yetirilir. Agentliyin hesablamalarına görə, sabit reytinq ölkənin kredit qabiliyyətinin yetərli səviyyəsini əks etdirir və digər məsələlərlə yanaşı, borcun aşağı səviyyədə olması ilə şərtlənir: "Azərbaycanın dövlət borcu ödəniş müddəti üzrə yaxşı strukturlanıb və xarici borcun yalnız 2,3%-i qısamüddətli borclanmalara aiddir. 2016-cı ildən etibarən ölkənin beynəlxalq ehtiyatlarının həcmi durmadan artıb və xarici borc üzrə bütün xərclərdən artıq olub".

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ