Cümə günü, 16 oktyabr 2026
     

Geyim sahəsində xaricdən asılılığımızı gücləndirən neqativ faktor – emal müəssisələri niyə azlıq edir…

Image


Araşdırmalar göstərir ki, bu gün Azərbaycandan valuytanın xaricə axmasına rəvac verən əsas sahələrdən biri də tekstil sənayesi ilə bağlıdır. Ölkəyə geyim məhsullarının idxalının artması  hər il külli miqdarda valyutanın xaricə getməsinə rəvac verir. Hesablamalar göstərir ki, 2019-cu ilin yanvar-oktyabr aylarında xaricdən gələn geyim vasitələrinə 341 milyon dollardan artıq vəsait sərf olunub. 2018-ci ilin ilk 10 ayında isə eyni məqsədlər üçün 321 milyon dollar vəsait sərf edilmişdi.

Bu il adıçəkilən istiqamətdə 6,2 faizdən çox artım qeydə alınıb. Halbuki, yerli istehsal  hesabına da idxal məhsullarının böyük bir hissəsini əvəzləmək mümkündür. Düzdür, son dövrlərdə yerli istehsal da artır. Rəsmi statistikaya əsasən, 2019-cu ilin ilk 10 ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 332,4 milyon manat dəyərində məhsul istehsal edilib. Amma yerli istehsaldakı artım idxaldakı artımın qarşısını ala bilmir. Ekspertlər bildirir ki, bunun ümdə səbəbi yerli isthesal həcminin hələ də daxili tələbat üçün az olması və ən əsası, emal sənayelərinin sayının kifayət qədər olmamasıdır. Məsələn, məlumdur ki, son illərdə Azərbaycanda pambıq istehsalı xeyli artıb. Amma pambığın böyük hissəsi hələ də xam məhsul şəklində xaricə satılır. İqtisadçılar isə bildirir ki, pambığın xammal formasında deyil, emal edilərək ixrac olunması daha məqsədəuyğundur. Bu, həm də iqtisadi diversifikasiya baxımından vacibdir. Eləcə də, belə olan təqdirdə Azərbaycanda yüngül sənayenin inkişafı daha dinamik xarakter alar. Pambıqçılığın həm də emaledici istiqamətdə formalaşması idxalın azalmasına gətirib çıxaracaq. Bununla bir sıra tələb olan məhsulları yerli istehsal hesabına ödəmək mümkün olar. Eləcə də pambıqçılıqla bağlı emal sektorunun inkişaf etdirilməsi həm idxaldan asılılığın aradan qaldırılmasına, həm yeni iş yerlərinin açılmasına, həm də valyutanın ölkə daxilində qalmasına şərait yaradacaq. Bu baxımdan vacibdir ki, pambıqdan yalnız xammal kimi deyil, yeni istehsal sektorlarını inkişaf etdirməklə, həm də məhsul əldə olunsun. Emal prosesinin bərpası həm pambıqçılığın inkişaf etdirilməsinə, həm də yerli istehsalın artırılması hesabına idxaldan asılılığın azaldılmasına gətirib çıxarmaq iqtidarındadır. Biznes menecer Səbuhi Rüstəmov isə məsələnin başqa tərəfləriən də nəzər salır: bildirib ki, ölkədə adi tikiş aksesuarlarının istehsalı mövcud deyil: "Məsələn, hər hansı bir geyim üçün astar parça, düymə, tikiş sapları xaricdən idxal olunur: "Bunlara əlavə gömrük rüsumları tikiş məhsullarının, geyim məhsullarının, hazır məhsulların maya dəyərinin daha yüksək olmasını təmin edir. Bu zaman yerli məhsulların idxal məhsulları ilə rəqabət aparması çətinləşir. Gömrük rüsumları aşağı salınarsa, gələcəkdə idxaldan asılı olan məhsulların maya dəyəri ən az 15 faiz aşağı düşəcək. Azərbaycanda istehsal olunan tekstil məhsullarının xarici məhsullarla müqayisədə nə dərəcədə rəqabətə davamlı olduğuna gəldikdə, tekstil fabrikləri beynəlxalq sertifikatlara malikdir. Bu da onun göstəricisidir ki, Azərbaycanda da keyfiyyətli məhsullar istehsal oluna bilər. Sadəcə, bəzi çətinliklərin aradan qaldırılması üçün dəstəyə ehtiyac var. Rüsumların azaldılması tikiş istehsalının inkişafına gətirib çıxaracaq". O da qeyd edir ki, istehsal olunan pambığın böyük bir hissəsi xammal şəklində ixrac olunur: "Amma bunun həm də emalını dərinləşdirmək və hazır məhsullar edərək ixracına nail olmaq olar. Pambıq istehsalının artması toxuculuq məmulatlarının idxalına xərclənən vəsaitin də azalmasına səbəb olacaq. Burada, düzdür, pambıqçılıq məhsulları ilə yanaşı digər məhsullar da var. Amma yerli istehsal təşviq olunandan sonra bu məhsulların da idxalı azalacaq".

Onun sözlərinə görə, ölkəmizdə geyimə olan tələbatın 15 faizi yerli istehsal hesabına ödənir: "Bu da o deməkdir ki, istifadə etdiyimiz paltarların böyük hissəsi xaricdən gətirilir. Həmin məhsullar əsasən Türkiyə, Çin və Avropa ölkələrindən idxal olunur. Xüsusən də Çindən keyfiyyəti nisbətən aşağı olan, amma eyni zamanda qiyməti də yüksək olmayan geyim məhsulları idxal olunur. Nəticədə yerli məhsullar həmin geyim məhsulları ilə rəqabət apara bilmir. Bu, nəticə etibarı ilə ucuz idxal olunan geyim məhsullarının daha çox satılmasına səbəb olur". Digər ekspertlər də bildirir ki, məsələnin həlli üçün yerli emal sənayelərinin iknkişafı daha sürətli hala gəlməlidir. Pambıqla yanaşı, istehsal olunan yunun da yüngül sənayeyə, geyim hazırlanmasına yönəldilməsi olduqca mühümdür.

Ekspertlər bildirir ki, Azərbaycan son istehsal məhsulu ixrac edərsə, daha çox gəlir əldə edər. Burada xatırladaq ki, dünya ölkələri iqtisadiyyatına görə iki kateqoriyaya ayrılır: xammal ixrac edən və son məhsul ixrac edən ölkələr. Hesablamalar və bu günə qədər aparılan tədqiqatlar onu göstərir ki, məhsul istehsalı ilə məşğul olan və bu məhsulları ixrac edən ölkələr daha çox gəlir əldə edir. İstehsal müddətində xammal əlavə dəyər əldə edir. Bu prinsipdən yanaşıldıqda, Azərbaycanda da pambığın, eləcə də xammal şəklində deyil, son məhsul şəklində satışının təmin olunması ölkə üçün yaradılan əlavə dəyərin, eyni zamanda ixracın şaxələnməsinə, yeni valyuta gəlirlərinin axınına müsbət təsir göstərə bilər. Amma bunun üçün uyğun infrastrukturun olmasına da ehtiyac var. Düzdür, dövlət dəstəyi sayəsində Azərbaycanda yüngül sənayenin inkişaf etdirilməsi üçün indi bütün şərait var. Pambıqçılığın, yunçuluğun, yüngül sənayenin və ixracın şaxələndirilməsi bir-biri ilə əlaqələndirilərsə, geyim üçün xaricə böyük həcmdə valyuta getməsinin də qarşısı alına bilər. Özü də nəzərə almaq lazımdır ki, yerli geyim sənayesi üçün xammalla ölkə kifayət qədər zəngindir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ