Cümə günü, 16 oktyabr 2026
     

Yerli taxıl istehsalı artsa da, Azərbaycana idxalı da azalmır – paradoks, ya…

Image


Aqrar sahədə görülən işlərin, fermerlərə verilən dəstəyin məntiqi nəticəsi olaraq burada müxtəlif növ məhsul növləri üzrə istehsal həcminin əhəmiyyətli dərəcədə artması müşahidə olunur. Qeyd edilən hal taxıl istehsalında da özünü qabarıq şəkildə büruzə verir.

Məlumat üçün bildirək ki, Azərbaycanda 2018-ci ildə taxıl istehsalı 2017-ci illə müqayisədə 13 faiz artaraq 3,3 milyon ton təşkil edib, buğda istehsalı isə 13 faiz artaraq 2 milyon  ton olub. Həmçinin, taxılçılıq sahəsində özünütəminat səviyyəsi 66 faizdən 74 faizə, buğdada isə bu göstərici 58 faizdən 65 faizə çatıb. Cari ilin ilk üç rübündə də məhsuldarlırıq göstəricisi artıb. Belə ki, oktyabrın 1-nə Azərbaycanda taxıl istehsalı 3,4 milyon tona, buğda istehsalı isə 2,2 milyon tona çatıb. Amma istehsal göstəricilərinin yüksək olmasına rəğmən, idxal sahəsində də yeni artım qeydə alınır. Məsələn, cari il iyulun 1-dən indiyə kimi Azərbaycan Rusiyadan 857 min ton taxıl və taxıl emalı məhsulları idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur. Bununla da Rusiyanın Azərbaycana taxıl ixracı ümumi ixracının 4 faizinə bərabər olub və Azərbaycan Rusiyadan taxıl idxal edən ölkələrin siyahısında ilk beşilkdə yer alıb. Ümumiyyətlə, 2019-cu ilin 10 ayı ərzində Azərbaycana xarici ölkələrdən 294 milyon 984 min dollar dəyərində 1 milyon 371 min ton buğda idxal olunub. 2018-ci ilin 10 ayında isə Azərbaycana 176 milyon 5 min dollar dəyərində 939 min 22 ton buğda idxal edilib. 2018-ci ilin 10 ayı ilə müqayisədə 2019-cu ilin 10 ayında buğda idxalı dəyər ifadəsində 118 milyon 979 min dollar, miqdar ifadəsində isə 431 min 999 ton çoxdur.  Beləliklə, səslənən rəqəmlərdən görünür ki, yerli taxıl istehsalı əhəmiyyətli dərəcədə artsa da, idxalda da azalma baş verməyib. Özü də idxal Azərbaycana heç də ucuz başa gəlmir. Ən azı ona görə ki, dünya bazarlarında taxılın qiymətində yeni artım qeydə alınır. Məsələn, indi Qazaxıstandan buğda idxalı artıq kifayət qədər baha başa gəlir. Səbəb də Qazaxıstanda taxıl istehsalının azalmasıdır. Xatırladaq ki, noyabr ayının əvvəlindən etibarən Qazaxıstanda un və un məmulatlarının qiymətində bahalaşma müşahidə olunur. Bu ölkənin kənd təsərrüfatı naziri Saparxan Omarov bildirir ki, bu il məhsul əlverişsiz hava şəraitinə görə az olub, Qazaxıstan ötənilkinə nisbətən 1.5 milyon ton az buğda yığıb. Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, Qazaxıstan Türkiyə, Gürcüstan, İtaliya, İspaniya, Azərbaycan, Əfqanıstan və İrana buğda satır. Bu il Azərbaycana buğda ixracı ötənilkinə nisbətən 30 faiz artıb. Eləcə də  2016-cı ildə Çinə 300 min ton taxıl və un satılmışdısa, ötən il bu rəqəm iki dəfə çox olub. Artan daxili və xarici tələb fonunda Qazaxıstan buğdanın satış qiymətini artırıb. Rusiyada da eyni hal qeydə alınır. Qeyd edək ki, Azərbaycan ərzaq buğdasını əsasən Qazaxıstan və Rusiyadan idxal edir. Bu baxımdan qonşu ölkələrdəki bahalaşmanın Azərbaycana təsiri  indi xüsusi maraq doğurur. İqtisadçı-ekspert Vüqar Bayramov bununla bağlı bildirir ki, ölkəmizdə müvafiq qurumlar çalışırlar çörəyin qiymətində artımlar olmasın: "Çörəyin qiymətinin bazar tərəfindən formalaşmasına baxmayaraq, qurumlar çörəyin qiymətini tənzimləməyə çalışırlar. Müvafiq hökumət qurumları çalışırlar ki, hətta idxal olunan məhsulların xərcində artımlar baş versə, bu, çörəyin qiymətinin artmasına gətirib çıxarmasın. Bunun üçün vergilərin azaldılması, iş adamları ilə müzakirənin aparılması və digər fərqli metodlardan istifadə edilir".

O bildirib ki, Azərbaycanda çörəyin qiymətinin bahalaşmaması hər zaman ərzaq bazarında bir növ prioritet məsələlərdən biridir: "Çünki çörəyin qiymətinin artması psixoloji olaraq digər məhsulların qiymətində də artımlara gətirib çıxarır. Amma çörəyin qiyməti sabit qalsa da belə, biz digər un məmulatlarının və xüsusən şirniyyat məhsullarının qiymətlərində artımları müşahidə edirik. Azərbaycan buğdanı daha çox Qazaxıstan və Rusiyadan idxal edir. O baxımdan, Qazaxıstandan idxal etdiyimiz buğda və un məhsullarının qiymətində artım olarsa, Qazaxıstanda un və un məmulatlarında bahalaşma davam edərsə, qiymətlər əvvəlki vəziyyətə qayıtmazsa, bu, yerli istehsal olan şirniyyat məhsullarımızın qiymətinin artmasına gətirib çıxaracaq. Çünki nəticədə xərc yaranır, iş adamları qiymət artımlarına getmək məcburiyyətində qalırlar". Ekspert onu da vurğulayır  ki, Azərbaycanda çörəyin qiymətinin tənzimlənməsi prosesi davam edəcək:"Amma adətən tendensiya ondan ibarətdir ki, hətta çörəyin qiymətində dəyişiklik olmasa belə, çörəyin çəkisinin azalmasını müşahidə edirik. Ona görə də çörəyin çəkisi ilə bağlı standartlar və standartların icrasına nəzarətin gücləndirilməsi çox vacibdir. Çünki qiymət dəyişmirsə, çəki azalırsa, bu, gizli inflyasiyadır. Qazaxıstanda qiymət artımları davam edərsə, ölkəmizdə şirniyyat məhsullarının qiymətlərində artımlar olacaq. Amma hökumət çörəyin qiymətini mövcud səviyyədə saxlamağa çalışacaq. Çörəyin çəkisinə, keyfiyyət standartlarına nəzarətin gücləndirilməsinə ehtiyac var ki, iş adamları tərəfindən bu standartlara əməl olunsun".

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə isə bildirib ki, Qazaxıstandakı qiymət dəyişikliyi daxili bazarda cərəyan edir:"Bunun dünya bazarına, o cümlədən Azərbaycana aidiyyəti yoxdur. Azərbaycana idxal olunan buğdanın 70 faizi Rusiyadan gətirilir. Bundan başqa, Azərbaycanda buğda idxalı və istehsalı əlavə dəyər vergisindən də azaddır. Ona görə də regionda baş verən proseslərin Azərbaycana heç bir təsiri olmayacaq". Ekspertlər isə bildirir ki, yaranmış vəziyyətdə əsas məqam ərzaq buğdasına tələbin yerli istehsal hesabına ödənilməsini təmin etməkdir. Sadəcə, bunun üçün fermerlərlə ərzaq buğdasının istehsalı istiqamətində təşviqat işləri aparılmalıdır. Əks təqdirdə dünya taxıl bazarlarında baş verənlərin Azərbaycana təsiri qaçılmaz olacaq.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ