Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycanda islahatların sürəti ilə elektron ticarətə keçid arasında uyğunsuzluq var…

Image


Bu gün ölkədə geniş vüsət alan islahatların əsas istiqamətlərindən biri də şəffaflıq dərəcəsinin yüksəlməsi, bunun, xüsusən iqtisadi müstəvidə təmin edilməsidir. Belə vəziyyətdə aktuallaşan məqamlardan biri də elektron ticarətlə bağlıdır. Bu barədə danışmazdan öncə qeyd edək ki, elektron ticarət artıq dünya miqyasında ənənəvi ticarətin mövqeyini sürətlə sarsıdır və həcmi sürətlə artır.

Təkcə ötən il qlobal pərakəndə ticarətin ümumi dövriyyəsi 24 trilyon dollar olub ki, bunun 3,5 trilyon dolları elektron ticarətin payına düşüb və dövriyyənin 12 faizini təşkil edib. Bundan öncəki göstərici isə 10 faiz idi. Cari ilin sonunda elektron ticarətin həcminin 21 faiz artaraq 4 trilyon dollar olacağı gözlənilir, bu da pərakəndə ticarətin 14 faizini təşkil edəcək. Növbəti 5 ildə isə elektron ticarətin həcminin 6,5 trilyon dollara çatacağı və pərakəndə ticarətin 22 faizini təşkil edəcəyi gözlənilir. Proqnozlara görə, bu ilin sonunda dünya əhalisinin dörddəbiri rəqəmsal alıcı olacaq. Bu isə 2 milyard əhali deməkdir. Hesablamalar göstərir ki, 2040-cı ilədək dünya əhalisinin 95 faizi öz ticarətini rəqəmsal ödənişlər vasitəsilə həyata keçirəcək. Belə vəziyyətdə ölkəmizdə də elektron ticarətin həcminin sürətlə artımı zərurətə çevrilir. Bu, yuxarıda qeyd olunduğu kimi, şəffaflıq baxımından da olduqca vacibdir və həm də dövrün tələbi kimi çıxış edir. İndilikdə isə ölkədə bu sahədə vəziyyətin qənaətbəxş olduğunu söyləmək olmaz. Məsələ burasındadır ki, ölkəmizdə elektron ticarətin artım sürəti ildə 2 dəfəyə yaxın olsa da, pərakəndə ticarət dövriyyəsində payı 0,2 faizdir. Halbuki, ABŞ və Avropa ölkələrində bu göstərici 10-15 faizə çatır. Elektron ticarət həcminə görə ilk beşlikdəki ölkələr hazırda ABŞ, Çin, İngiltərə, Yaponiya və Almaniyadır. Ekspert hesablamaları göstərir ki, ölkədə yüksək internet təminatı fonunda Azərbaycanda pərakəndə satışlarda elektron ticarətin payı ilk mərhələdə 7 faizə çata bilər. Digər tərəfdən nəzərə alaq ki, prosesdə hökumət özü də maraqlıdır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu xüsusda qeyd edir ki, Azərbaycanda elektron ticarətin inkişafı prioritet olaraq müəyyən edilib. Prioritet istiqamətlər əsasən elektron ticarətin əhatə dairəsinin genişləndirilməsi və pərakəndə satışlarda elektron ticarətin payının artırılmasını ön plana çəkir:“Azərbaycanda elektron ticarətin əhatə dairəsinin genişləndirilməsi, o cümlədən pərakəndə satışlarda elektron ticarətin payının artırılması, transsərhəd ticarətin inkişafı prioritet müəyyən edilib. Ölkədə nağdsız ödənişlərin həcminin genişləndirilməsi üçün hüquqi zəmin yaranıb. Hesab edirik ki, elektron ticarətin inkişafı üçün 3 tərəf - vətəndaş, biznes subyektləri və dövlət strukturları birgə məsuliyyət daşıyır. Vətəndaşın əsas məsuliyyəti rəqəmsal biliklərə yiyələnmək, ödənişləri elektron qaydada həyata keçirməkdən ibarətdirsə, sahibkar istehsal və ixrac etdiyi malların onlayn satışını təşkil etməklə əhalinin bu prosesə marağını artıra bilər. Dövlət isə tənzimləmə sahəsində addımlar atmaqla bu sahədə olan ekosistemin effektivliyini artıra, eləcə də elektron ticarəti təşviq edə bilər. Bir sözlə, iqtisadi subyektlər arasında nağdsız dövriyyənin artması və əhalidə nağdsız ödəniş vərdişlərinin formalaşması elektron ticarətin böyüməsi üçün əsas amillər rolunda çıxış edir”.

Bu açıqlamadan bir daha görünür ki, dövlət elektron ticarətin inkiaşfında maraqlı tərəf qismində çıxış edir. Bu, həm də nağdsız dövriyyənin həcminin genişlənməsi üçün olduqca mühümdür. Belə vəziyyət iqtisadi dövriyyələri şəffaflaşdırmaqla nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına da gətirib çıxarır. Bu da, öz növbəsində, vergi bazasının, əhali və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, bank sektorunun kreditləşmə və investisiya imkanlarının gücləndirilməsinə və son nəticədə iqtisadi artıma təkan verir. Digər tərəfdən o da faktdır ki, Azərbaycanda elektron hökumətin imkanları getdikcə artır. Dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin sayı və çeşidi də çoxalır. Artıq dövlət büdcəsinə ödənişlərin aparılması tam elektronlaşdırılıb. Hər bir vətəndaş və ya biznes subyekti internet vasitəsilə mobil və ya internet bankçılığın, o cümlədən plastik kartların köməyilə bu ödənişləri edə bilir. Bu isə o deməkdir ki, əhali elektron ticarətin reallaşmasında da yaxından iştirak edə bilər. Qeyd olunduğu kimi isə. elektron ticarətin böyüməsi üçün əsas şərt iqtisadi subyektlər arasında nağdsız dövriyyənin artmasına və əhalidə nağdsız ödəniş vərdişlərinin formalaşmasına nail olmaqdır. Bunun üçün dövlət sahibkarlara hərtərəfli dəstəyi də nəzərdə tutur. Elə Vergi Məcəlləsinə nəzərdə tutulan son dəyişikliklərin üstünlüklərindən biri də nağdsız ödənişlərə görə sahibkarlara vergi güzəştinin tətbiqinin nəzərdə tutulmasıdır. Ekspertlərə görə, bu güzəştlər sahibkarları elektron məhsul satışına maraqlandıra bilər. Qeyd edək ki, ölkədə nağdsız əməliyyatların həcminin artırılması üçün artıq müxtəlif addımlar atılır, o cümlədən stimullaşdırıcı tədbirlər görülür. Məsələn, cari ilin əvvəlindən Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliyə əsasən, pos-terminalla həyata keçirilən ödənişlərə görə sahibkarlara müəyyən güzəştlər verilib. Bu dəyişikliyə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 3 il müddətinə 25 faiz həcmində azaldılır. Amma bunun üçün sahibkarın satışı pos-terminal vasiətsilə həyata keçirməsi mühüm şərtdir. Bu güzəştin alınması hüququ müəyyən edilərkən, vergi orqanında uçotda olan şəxslər tərəfindən pos-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır. Onu da xatırladaq ki, ölkədə nağdsız ödəmələrin tətbiqi səviyyəsinin artırılması üçün ən mühüm sənədlərdən biri Mərkəzi Bank tərəfindən hazırlanan “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” hesab olunur. Sənədin əsas məqsədi iqtisadiyyatda nağdsız ödənişlərlə aparılan maliyyə əməliyyatlarının həcminin əhəmiyyətli dərəcədə genişlənməsi, nağd pul tədavülü ilə bağlı yaranan tranzaksiya xərclərinin azaldılmasıdır. Proqram bütövlükdə ölkənin nağdsız cəmiyyətə transformasiyasına dair yol xəritəsini ehtiva edir. 

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ