Bazar günü günü, 01 noyabr 2026
     

"Sabunçu rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"

Image


Bakı günü-gündən böyüyür və gözəlləşir. Sabunçu rayonu da yenidənqurma-abadlıq axarından geri qalmır. Son illər Sabunçu rayonunda onlarla park, məktəb, uşaq bağçası yenidən qurulub, yeni idman kompleksləri, stadionlar tikilib, bir çox binalar əsaslı təmir edilib. Həyata keçirilən və perspektiv layihələr Sabunçu rayonunun əhəmiyyətini daha da artırır. Rayonda yeni iş yerlərinin açılmasında, əhalinin maddi-mədəni ehtiyacının ödənilməsində vacib rol oynayan bu layihələr Azərbaycanın inkişafının təzahürü və göstəricisidir.
Son illər paytaxt Bakıda yenidənqurma işləri həyata keçirilir. Bu yenidənqurma paytaxtın bir sıra rayonlarında gözə çarpır, o cümlədən Sabunçu rayonunda. Bakıətrafı qəsəbə və rayonların inkişafı ilə bağlı Dövlət Proqramı hazırlanıb. 2011-ci il mayın 4-də ölkə başçısı İlham Əliyev Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramını təsdiq edib. Proqrama əsasən Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı sürətləndirilməlidir. Bu proqram Sabunçu rayonuna da şamil olunub.
Qeyd edək ki, Sabunçu rayonunun əsası 1920-ci ildə qoyulub. Bu rayon həm əhalisinin sayına, həm də iqtisadi potensialına görə paytaxtın iri rayonlarından biridir. Əsasən sənaye, xüsusən neft rayonu kimi tanınan bu inzibati əraziyə 10 qəsəbə daxildir. Təxminən 234 min nəfər əhalisi olan, eyni zamanda 21 min məcburi köçkünün məskunlaşdığı rayonda 45 idarə və müəssisə, 7 bank filialı və digər müxtəlif təyinatlı çoxsaylı təşkilatlar fəaliyyət göstərir.
Hələ keçmiş SSRİ dövründə öz sənaye potensialına görə fərqlənmiş bu rayon müstəqilliyin bərpasından sonrakı illərdə, xüsusən son 10 ildə çox böyük inkişaf yolu keçib. Bu illər ərzində dəyişən təkcə rayonun adı (1958-ci ildən 1992-ci ilədək Leninin adını daşıyib) olmayıb. İndi rayonun təkcə inzibati mərkəzi sayılan Bakıxanov (keçmiş Razin) qəsəbəsinin yox, digər yaşayış məntəqələrinin də siması büsbütün dəyişib. Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin icrası sayəsində rayonun əksər infrastrukturu yenilənib, iş yeri kimi sosial problemin həllində ciddi tədbirlər görülüb, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə normal təchizatı üçün layihələr həyata keçirilib. Bir sözlə, Sabunçu bu gün paytaxtın bütün sahələr üzrə dinamik inkişaf edən rayonuna çevrilib. Elə rayonun ötən il üzrə sosial-iqtisadi yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr edilmiş yığıncağında da məruzə və çıxışların əsas mövzusu bu olub. Hesabat məruzəsi ilə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirib ki, ölkə başçısı İlham Əliyevin elmi əsaslara söykənən praqmatik siyasəti və gərgin əməyi sayəsində ölkəmizdə yüksək sosial-iqtisadi inkişafa nail olub. Onun dediyinə görə, Prezidentin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş "2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası başa çatıb: "Bu Dövlət Proqramı çərçivəsində Sabunçu rayonu ərazisində çox mühüm iqtisadi və sosial əhəmiyyətə malik obyektlər tikilib, yollar salınıb, əhalinin elektrik enerjisi, qaz, su və istilik təchizatının yaxşılaşdırılması, yeni kanalizasiya sistemlərinin qurulması, ekoloji layihələrin həyata keçirilməsi, mənzil fondunun təmir-bərpası, yaşayış məntəqələrinin, küçə və meydanların, istirahət guşələrinin abadlaşdırılması üzrə böyük işlər görülüb. 3 min şagirdlik məktəb və 5 tədris korpusu, uşaq bağçası və səhiyyə müəssisələri tikilib, eləcə də 18 orta və 3 peşə məktəbində, 12 uşaq bağçasında, 3 səhiyyə ocağında əsaslı təmir işləri aparılır".
A.Vəliyev həmçinin rayonda görülən infrastruktur işləri barədə də məlumat verərkən qeyd edib ki, əhalinin fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün rayon ərazisində 33 yarımstansiya, 861 KTM və TM fəaliyyət göstərir: "01 yanvar 2013-cü il tarixinədək 32390 metr ÖİN kabeli çəkilib, 38 TM və KTM-də ÖİN kabelləşmə işləri aparılıb. Ümumilikdə 35000 metr uzunluğunda müxtəlif ölçülü kabel xətləri çəkilib, 9 ədəd yeni TM quraşdırılıb. Rayonun bütün qəsəbələri fasiləsiz olaraq təbii qazla təmin edilir. Dövlət Proqramı çərçivəsində rayon üzrə 938293 metr uzunluğunda qaz kəmərləri çəkilib. 2012-ci il ərzində 7298 fərdi ev qazlaşdırılıb. Rayonun su təchizatının yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. 01.10.2013-cü il tarixədək rayon ərazisində 37946 metrə yaxın yeni su xətti çəkilib, ümumi tutumu 3500 kub.m. olan 4 ədəd su anbarı tikilib. Bütün bu tədbirlər nəticəsində rayon əhalisi hazırda içməli su ilə təmin olunur. Rayonun ərazisində 599,2 km yol şəbəkəsi vardır ki, onlardan da 130,6 km-i mərkəzi, 468,6 km-i isə yerli daxili yollardır. 01.10.2013-cü il tarixinədək 45000 metrə yaxın mərkəzi və məhəllədaxili yollarda təmir-bərpa işləri aparılaraq asfaltla örtülüb. Bu işlər bu günə qədər davam etdirilir.
Rayon ərazisindən Bakı-Sumqayıt dəmiryolu xətti keçir ki, onun da 22 km-i rayon ərazisinə düşür. 01.10.2013-cü il tarixinədək olan məlumata görə, Sabunçu Telefon Qovşağı üzrə ATS-in ümumi tutumu 69771 ədədə, əhalinin istifadəsində olan nömrələrin sayı isə 62935 ədədə çatıb. Bütün EATS ümumi tutumu 10550 port olan genişzolaqlı internet xətti quraşdırılaraq rayon üzrə ADSL istifadəçilərinin sayı 10322 nəfərə çatıb. Bu istiqamətdə işlər davam etdirilir".
Sabunçu rayonunun infrastrukturunun yenilənməsi ilə tanış olmaq məqsədilə ölkə başçısı İlham Əliyev adıçəkilən rayona dəfələrlə səfər edib. Prezidentin sonuncu səfəri 2014-cü ilin fevral ayında baş tutub. Səfər zamanı Prezident  Sabunçu qəsəbəsi, "Koroğlu" metrostansiyasının yaxınlığında tikilməkdə olan "Olimpiya" stadionunda aparılan tikintinin gedişatı ilə tanış olub. 
Sabunçu rayonunda yol infrastrukturunun inkişafı da sürətlə davam etdirilir. Prezident İlham Əliyevin 18 iyun 2013-cü il tarixli Sərəncamına əsasən, Sabunçu rayonunun Zabrat, Nardaran və Maştağa qəsəbələrindəki avtomobil yollarının tikintisi və yenidən qurulması üçün Rayon İcra Hakimiyyətinə 2 milyon manat vəsait ayrılıb. Həmin vəsait hesabına RİH-in sifarişi ilə Zabrat qəsəbəsində 14 küçədə 106 min, Nardaranda 13,5 min, Maştağada 17,5 min kvadratmetr yol tikintisi və asfalt örtüklərinin vurulması başa çatıb. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Maştağa qəsəbəsinin bir sıra küçələrində 65 min kvadratmetrə yaxın yolda təmir işləri aparılıb. Ümumiyyətlə, bu və digər mənbələr hesabına rayonun qəsəbədaxili yollarına il ərzində 380 min kvadratmetrdən çox asfalt döşənib, ətraf sahələr abadlaşdırılıb. Bundan başqa, dəmir yolu vağzalı ətrafında ötən əsrin 80-90-cı illərində plansız inşa edilmiş onlarca ticarət, ictimai iaşə və obyekt sahiblərinə kompensasiya ödənilərək orada müasir tələblərə cavab verən yeni ticarət mərkəzinin tikintisi üçün hazırlıq işlərinə start verili. Bakıxanov qəsəbəsinin bir sıra küçələrində aparılan yenidənqurma və abadlıq işləri ilə bağlı tikinti norma və qaydalarına cavab verməyən çoxsaylı obyekt, eyvan, hasar, qaraj və çəpərlər sökülüb, xüsusi layihələr əsasında yaşayış binalarının fasadları aqlayla üzlənib, bir çox qapı və pəncərələr dəyişdirilib, yastı dam örtükləri çardaqlı metal örtüklərlə əvəzlənib. Artıq bu binaların 28-də üzlənmə, 24-də dam örtüyünün qurulması işləri yekunlaşıb. Əlbəttə qurulan və təmir olunan yollarla yanaşı, rayonun kənd və qəsəbədaxili yolları da asfalt örtüyü ilə döşənib, sakinlərin gediş-gəlişi üçün münbit şərait yaradılıb. 
Sabunçu rayonunda ekoloji təmizliyin təmin olunması istiqamətində də mühüm işlər aparılır. Təbii ki, aparılan işlər həm Bakının, həm də əhalinin sağlamlığının qorunması prinsipini əsas tutur.
Rayonun köhnə neft-mədən ərazilərində rekultivasiya işləri aparılır ki, bu da çirkli gölməçələrin, çirkab suların qurudulması ilə nəticələnir. Qeyd olunanlarla yanaşı, ekoloji mühitin mühafizəsi istiqamətində Yeni Ramana və Sabunçu qəsəbələri arasında köhnə yod zavodunun tikililəri sökülərək oradakı zərərli tullantılar təmizlənib, 6,5 hektar sahədə Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni park salınıb.
Sadalanan  uğurlarla yanaşı, rayonda mərkəzi dövlət orqanlarının və təşkilatların planlarına əsasən də bir sıra sosial əhəmiyyətli obyektlər və inzibati binalar inşa olunub. 2013-cü il dekabr ayının 14-də  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Ramana qəsəbəsindəki 200 yerlik Peşə Reabilitasiya Mərkəzi yenidənqurma və əsaslı təmirdən sonra dövlət başçısının iştirakı ilə istifadəyə verilib. Həmçinin, Heydər Əliyev Fondu tərəfindən Pirşağı qəsəbəsində 112 nömrəli məktəbin köhnə binası sökülərək yerində yeni layihə əsasında müasir məktəb binası tikilib. Bu məktəbin açılışında ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva da iştirak edib.
Məlumata görə, əhalinin sənədləşdirmə işlərinin tez bir zamanda həll olunması üçün adıçəkilən rayonda "ASAN xidmət" mərkəzi fəaliyyət göstərəcək.
Məlumat üçün qeyd edək ki, Bakıətrafı qəsəbələrin tam qazlaşdırılması üzrə işlərin başa çatdırılması 2014-2016-cı illərdə paytaxtın və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının prioritet istiqaməti elan edilib.
Sabunçu rayonunda sahibkarlığı inkişafı üçün də müəyyən işlər görülüb. Belə ki, İqtisadiyyat və Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda adıçəkilən rayonun Maştağa qəsəbəsində tədbir keçirib. Tədbir zamanı Sabunçu rayonunda fəaliyyət göstərən sahibkarlara müəyyən məbləğdə kredit ayrılıb.
Günel CƏLİLOVA
Yazı Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ