Böyük Britaniyanın “BP” şirkəti Azərbaycanın “Azəri-Çıraq-Günəşli” layihəsində “Exxon” və “Chevron”un paylarının satın alınmasını nəzərdən keçirməyə hazırdır.
Baki-xeber.com “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru Robert Dadli məlumat verib.
“AÇQ”-da iştirakımız bizi məmnun edir. Düşünürəm ki, payımızı artırmaq imkanı meydana gələrsə, bu bizim üçün təbii seçim olacaq, lakin hər şey qiymətdən asılı olacaq”, - deyə o bildirib.
Baş icraçı direktor qeyd edib ki, hələlik “Exxon” və “Chevron” öz paketlərini qiymətləndirirlər və satış üzrə tenderə başlamayıblar.
Qeyd edək ki, “Azəri-Çıraq-Günəşli” layihəsində BP-nin payı 30,37%, ARDNŞ-nin - 25%, “Chevron” və “ExxonMobil”in – müvafiq olaraq 9,57% və 6,79%, “ONGC”-nin - 2,31%, “Inpex Corp. və “Itochu Oil”un - müvafiq olaraq 9,31% və 3,65%, “Statoil”un - 7,27%, “TPAO”-un - 5,73% təşkil edir.
Onu da xatırladaq ki, ötən ilin dekabr ayında “ExxonMobil” AÇG-dəki 6,79%-lik payını, "Chevron” isə layihədəki 9,57%-lik və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərindəki 8,9%-lik payını satmaq niyyətində olduqlarını bildirmişdi.