şənbə günü, 17 oktyabr 2026
     

Əhalinin keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər

Image


Bu gün respublikamızda əhalinin keyfiyyətli enerji təminatı tam olaraq təmin edilir desək yanılmarıq. Ölkənin elə bir bölgəsi tapılmaz ki, orada müasir standartlara cavab verən stansiya və yarımstansiyalar qurulmasın, əhali elektrik enerjisi ilə təmin olunmasın. Belə bir bölgəni təsəvvür etmək çətindir. Azərbaycan dövləti, şəxsən ölkə başçısı özü bölgələrə, ən ucqar kəndlərə diqqətlə yanaşır, bütün yaşayış məntəqələrinin elektrik enerjisi ilə təmin olunmasını nəzarətdə saxlayır.

Energetika sektorunun inkişafı prioritet sahələrdən biridir. Əsası mərhum prezident Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində ölkəmizin mövcud potensialının milli maraqlar naminə səfərbər olunması tərəqqi yolunda dinamikliyi və məqsədyönlülüyü təmin edir. Müstəqilliyimizin bərpasından sonra təsdiq olunmuş dövlət proqramları çərçivəsində bütün istiqamətlərdə olduğu kimi, energetika sektorunda da ciddi nailiyyətlər nəzərə çarpır və bu sahə daha da inkişaf etdirilərək dünya standartlarına uyğun səviyyədə yenidən qurulmaqdadır. Əhalinin, eləcə də iqtisadiyyatın elektrik enerjisi ilə davamlı və etibarlı şəkildə təmin olunması ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan enerji sisteminin qoyuluş gücünün həcminə, yeni istifadəyə verilmiş və yenilənmiş generasiya güclərinin xüsusi çəkisinin yüksəkliyinə görə MDB ölkələri və bir sıra Avropa dövlətləri arasında qabaqcıl ölkələrdən hesab olunur.

"Azərişıq" ASC tərəfindən icra olunan layihələr

Məlumdur ki, 2015-ci ilin fevral ayının 10-da "Azərişıq" ASC yaradıldı. Adıçəkilən qurum yaradılan zaman qarşısına qoyulan əsas vəzifə regionlardakı elektrik şəbəkələrinin yenidən quraşdırılması, əhalini keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz etmək, enerji satışında yığımın faizini artırmaqdan ibarət idi. Bu məqsədlə respublikanın şəhər və rayonlarında paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması və inkişaf etdirilməsi üzrə 2016-2025-ci illər üzrə Tədbirlər Planı - Master Plan hazırlandı və 2016-cı ilin aprel ayında Nazirlər Kabineti tərəfindən təsdiqləndi. Qeyd olunan Tədbirlər Planında regional elektrik şəbəkələrinin normal istismar vəziyyətinə çatdırılması üçün irihəcmli investisiya qoyuluşları və irihəcmli tikinti, yenidənqurma və bərpa işləri nəzərdə tutulurdu. Məhz həmin işləri həyata keçirmək üçün "Azərişıq" ASC tərəfindən çox mühüm layihələr icra olunub.

Məlumat üçün bildirək ki, MDB məkanında ilk dəfə olaraq gücü 400 MVt olan müasir qaz-turbin tipli “Şimal” ES-in istifadəyə verilməsi, müxtəlif bölgələrdə ümumi gücü 850 MVt olan modul tipli elektrik stansiyalarının tikilməsi, sistem əhəmiyyətli elektrik veriliş xətlərinin və yarımstansiyaların quraşdırılması və digər addımlar müvafiq istiqamətdə dinamik yüksəlişə cığır açmaqla sənaye mərkəzinin enerji təchizatında mövcud disproporsiyanı nəzərəçarpacaq dərəcədə aradan qaldırdı.

Qeyd edək ki, son bir il ərzində "Azərişıq" ASC tərəfindən 20450 ədəd Smart və SMS tipli, 174550 ədəd elektron tipli sayğaclar quraşdırılıb, 2500-dən artıq bağlantıda elektrik enerjisinin uçotu dəqiqləşdirilib.  Həmçinin,  "Azərişıq" ASC tərəfindən 110 kV-luq elektrik şəbəkələri üzrə 6 ədəd yarımstansiya tikilib və yenidən qurulub, 88,4 km elektrik verilişi xətlərinin çəkilişi, 35 kV-luq elektrik şəbəkələri üzrə 11 ədəd yarımstansiyanın tikintisi, 221,6 km elektrik verilişi xətlərinin çəkilişi həyata keçirilib, 10-6 kV-luq elektrik şəbəkələri üzrə 705 ədəd yarımstansiyanın tikintisi, 854,5 km elektrik verilişi xətlərinin çəkilişi, 10-6 kV-luq elektrik şəbəkələri üzrə 2182,7 km ÖİN xətlərinin tikintisi həyata keçirilib. Bakı şəhərində 110 kV-luq dairəvi elektrik təchizatı sisteminin yaradılması istiqamətində 2017-ci ilin birinci yarımilliyində təkmilləşdirmə işlərinin davamı olaraq "Ağ Şəhər" layihəsinin 1-ci hissəsi üzrə "Həzi Aslanov" və "Ağ şəhər-1" yarımstansiyaları arasında 2 dövrəli 110 kV-luq kabel xətləri quraşdırılıb.

Ancaq ekspertlər hesab edirlər ki, qeyri-elektron və xəta ilə işləyən sayğacların dəyişdirilməsi üçün 1 milyon ədədə yaxın müasir tipli sayğacların quraşdırılmasına ehtiyac var.

Cəbhə bölgəsində yerləşən rayonlarda yeni sayğaclar quraşdırılır

Onu da bildirək ki, “Azərişıq” ASC bölgələrdə də elektrik təchizatı ilə bağlı yenidənqurma işləri həyata keçirməkdədir. Hazırda “Azərişıq” ASC-nin 6 rayonu əhatə edən Aran regional elektrik təchizatı və satış idarəsi tərəfindən qeyd olunan bölgədə genişmiqyaslı tikinti və yenidənqurma işləri aparılır. Məlumat üçün bildirək ki, Aran regionunun cəbhə bölgəsində yerləşən Ağdam rayonunun Sarıçoban, Ayaq Qərvənd, Təzəkənd və Çəmənli kəndlərində 0,4 kV-luq şəbəkələrin yenidənqurma işləri yekunlaşıb və hazırda sayğacların quraşdırılması işləri aparılır. Həmçinin, rayonun Sarıcalı, Əhmədağalı və Çıraqlı kəndində yenidənqurma işlərinə başlanıb. Əkin sahələri, demək olar ki, mexaniki suvrama ilə suvarılan Ağdam rayonu Ergi ərazisində subartezian quyularının, nasosların dayanıqlı elektrik təchizatının təmin edilməsi məqsədilə hazırda 110/35/10 kV-luq yarımstansiya tikilir. İşlər yekunlaşdıqdan sonra Ağdam rayonu ərazisində əhalinin və perspektivdə nəzərdə tutulan əkin sahələrinin keyfiyyətli elektrik təchizatı təmin ediləcək.

Həmçinin, onu da vurğulayaq ki, ARAN regionunun cəbhə bölgəsində yerləşən digər rayonu Füzulinin isə Zobucuq-1. Zobucuq-2, Zobucuq-3 qəsəbələrində magistral kabel çəkilişi işləri başa çatdırılıb.

İstehlakçılara satılan faydalı elektrik enerjisinin yığım səviyyəsi artmaqda davam edir

“Azərişıq” ASC yarandığı gündən etibarən qarşısına qoyulan tapşrıqları layiqincə icra edir. Açıqlanan statistik rəqəmlərə nəzər salsaq, bunun şahidi olarıq. Belə ki, cari ilin ilk 6 ayının statistik göstəricilərinə əsasən, elektrik enerjisinin keyfiyyətli təminatı üçün 6 ay ərzində 192 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. Eyni zamanda, hava xətləri çəkilib və təmir olunub, müxtəlif gərginlikli dayaqlar quraşdırılıb.

Xatırladaq ki, 2018-ci il fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin, 2018-ci il iyunun 5-də Goranboy rayonunda 110/35/10 kV-luq 2x40 MVA gücündə “Dəliməmmədli” və 110/35/10 kV-luq 2x40 MVA gücündə “Kürəkçay” yarımstansiyalarının açılışında iştirak edib. Mərkəzdə elektrik enerjisinin alış nöqtəsindən istehlak nöqtəsinə qədər bütün mərhələlərdə şəbəkənin idarə olunması, balansın real vaxt rejimində təhlil edilməsi, sayğacların oxunması, yüksək və aşağı gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsi, sərfiyyat göstəricilərinin monitorinqinin aparılması mümkün olacaq.

Onu da bildirək ki, “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2017-ci il 22 dekabr tarixli, 3535 saylı Sərəncamının icrası ilə əlaqədar “Azərişıq” ASC-nin balansına verilmiş Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən külək elektrik stansiyalarında təmir və bərpa işləri aparılır. Stansiyaların istehsal etdiyi elektrik enerjisinin ötürülməsi üçün Yeni Yaşma Külək Elektrik Stansiyasının ərazisində 20/110 kV-luq 2x40 MVA gücündə və 10/35 kV-luq 4 MVA gücündə yarımstansiyalar inşa edilib. 110 kV-luq “4-cü Yaşma” və 35 kV-luq “Yaşma Bağları” hava xətləri ilə əlaqələndirilib.

Statistik rəqəmlərə əsasən, 6 ay ərzində, ümumilikdə, 135.494 ədəd olmaqla, əhali istehlakçılarına aid 122.602 ədəd, qeyri-əhali istehlakçılarına aid 12892 ədəd uçot dəstləri bərpa olunub. Ümumilikdə, 100.799 ədəd, o cümlədən əhali istehlakçılarına aid 90.369 ədəd, qeyri-əhali istehlakçılarına aid 2.462 ədəd köhnə elektrik sayğacları yenisi ilə əvəz edilib. Görülmüş işlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjisinə görə ümumi yığım səviyyəsi hesabat dövründə 94,6 faizə çatdırılıb.

Xaricdən enerji asılılığının aradan qaldırılması istiqamətində hansı işlər görülüb?

Kommunal sahə üzrə ekspert Nüsrət Qasımov bizimlə söhbətində qeyd etdi ki, fəaliyyətə başladığı andan etibarən “Azərişıq” ASC əhalinin elektrik enerjisi ilə təminatı sahəsində xeyli irəliləyişə nail olub və öz fəaliyyətində səmərəliliyi artırmağa səy göstərib: “Ölkədə həyata keçirilən islahatlar elektrik təchizatı ilə bağlı müasir infrastrukturun yaradılması istiqamətində mühüm nailiyyətlərin əldə olunması üçün əlverişli şərait yaradıb. Azərbaycanın müstəqil enerji infrastrukturunun formalaşdırılması, xaricdən enerji asılılığının aradan qaldırılması istiqamətində bir sıra zəruri tədbirlər həyata keçirilib”.

Sonda qeyd edək ki, "Azərişıq” ASC  istehlakçıları dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün hər cür şərait yaradır. İnanırıq ki, qarşıdakı illər üçün qəbul edilən Master-Plan ölkəmizdə elektrik enerjisi sisteminin dinamik tərəqqisinə yol açacaq.

Günel CƏLİLOVA

Yazı “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ