şənbə günü, 17 oktyabr 2026
     

Əhalinin keyfiyyətli enerji təminatı:görülmüş işlər, real vəziyyət və perspektivlər

Image


İşıqlı, yaraşıqlı Bakı, gecələrin nur saçır aləmə, gündüzlərin bir başqa gözəlliklə insanlara qucaq açır. Qucağın işıqlıdır, Bakı. İşıq selinə qərq olur insanlar! Bir zamanlar ilk olaraq Bakı işıqlandırılırdısa, bu gün bütün Azərbaycan işıq içindədir. Hər bir evdə işıq yanır. Bu da olduqca böyük mənəvi və texniki əhəmiyyəti olan hadisədir. Reallıq budur ki, biz insanların həyatında elektrik enerjisinin rolu, yeri çox böyükdür. Müasir dünyanı işıqsız təsəvvür etmək çətindir. İnsanın yaşaması üçün hava, su, çörək qədər elektrik enerjisi də lazımdır. Çünki elə bir sahə yoxdur ki, orada işıqdan, elektrik enerjisindən müxtəlif məqsədlər üçün istifadə edilməsin. Belə bir ünvan göstərmək mümkünsüzdür.

Dünyanın əsas enerji təminatçılarından biri olan ölkəmizdə əhalinin elektrik enerjisi ilə əngəlsiz təmin edildiyi bir həqiqətdir. Ölkə əhalisinin keyfiyyətli enerji ilə təmin edilməsi dövlətimizin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi bir istiqamətdir. Bu gün müsbət hal ondan ibarətdir ki, Azərbaycanın hər bir yerində, hətta ucqar dağ kəndlərində, yaylaqda yaşayan insanlar da elektrik enerjisindən istifadə edirlər. Müsbət cəhətlərdən biri odur ki, əhali elektrik enerjisindən kəsintisiz istifadə edir.

Bu gün ölkəmizdə əhalinin keyfiyyətli, kəsintisiz enerji təminatı “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Qurumun səmərəli fəaliyyət göstərməsində dövlətin bu sahəyə göstərdiyi diqqət, qayğı və ayırdığı maliyə vəsaitinin rolu əvəzsizdir. Bu da gizlin deyil ki, Azərbaycan ötən əsrin 90-cı illərindəki zəif, ümidsiz ölkə deyil, dövlətimiz iqtisadi cəhətdən güclü, siyasi baxımdan sabit, əzəmətli bir dövlətdir, o nəinki Cənibi Qafqazda, hətta bütün dünyada əsas enerji ixracatçısı və təminatçılarından biri rolunda çıxış edir. Bir sıra iri neft, qaz, nəqliyyat-infrastruktur layihələrinin həyata keçirilməsində mühüm rola malik olan ölkəmizdə əhalinin enerji təminatı kimi mühüm məsələ də daim diqqət mərkəzində saxlanır.

2015-ci ilə qədər ölkənin enerji təminatını “Bakıelektrikşəbəkə” həyata keçirirdi. Prezident İlham Əliyevin Sərəncamı ilə “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırıldı. Bundan sonra ASC-nin həyatında yeniliklər baş verdi və bu qurum fəaliyyətini tam olaraq yeni istiqamətlər üzərində qurdu. Əsas məsələ əhalinin keyfiyyətli enerji təminatı sahəsində mövcud olan çətinlikləri, problem və nöqsanları aradan qaldırmaq idi, bu da ASC tərəfindən zaman-zaman həll edilməyə başladı. Vaxtilə Bakının ayrı-ayrı qəsəbələrində, Bakı kəndlərində, eləcə də ölkəmizin digər şəhər, qəsəbə və kəndlərində əhalinin tez-tez üzləşdiyi enerji problemi artıq tam olaraq aradan qaldırılıb. Günlərlə işıq üzünə həsrət qalan əhali bu gün heç bir maneə ilə üzləşmədən elektrik enerjisi ilə təmin edilir. Azərbaycan əhalisinin keyfiyyətli enerji təminatının özülü Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun ölkəmizə rəhbərliyi dövründə əhalinin enerji təminatı əsas məsələlərdən biri kimi daim diqqət mərkəzində saxlanıb. Məlumdur ki, Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkənin energetika sahəsinə, o cümlədən Bakı şəhərinin elektrik təchizatı işinə xüsusi diqqət və qayğı göstərməyə başladı. H.Əliyevin ölkəmizdə rəhbərliyi dövründə bu sahədə bir sıra yeniliklər baş verdi, müxtəlif tutumlu elektrik stansiya və yarımstansiyaları quruldu.

20 oktyabr 2000-ci il tarixində istifadəyə verilən 1nömrəli Bakı İstilik Mərkəzinin açılışında H.Əliyev də iştirak edirdi. “Bizim bugünkü toplantımız və bu nəhəng İstilik-Elektrik Mərkəzinin açılışı tarixi bir hadisədir. Burada həmin bu yerdə əsrin əvvəlində - 1902-ci ildə bax, orada gördüyünüz, artıq köhnəlmiş, çürümüş, qaralmış İstilik-Elektrik Mərkəzi tikilmişdir. Təbiidir ki, o zaman üçün bu böyük hadisə idi. O vaxt Azərbaycanda neft sənayesi xarici şirkətlərin iştirakı ilə güclü inkişaf edirdi, Neftayırma zavodları yaranmışdı, burada həm elektrik enerjisinə, həm də buxara ehtiyac var idi. Təbiidir ki, o vaxta görə onun, həmin stansiyanın öz dəyəri vardı. Ancaq o vaxtdan 100 il keçibdir. Ona görə də mən deyirəm ki, bu bizim həyatımızda tarixi hadisədir. 100 ildən sonra biz belə bir yeni elektrik stansiyası yaratdıq. Demək, XXI əsrə biz bax, belə gözəl, müasir texnologiyalı müəssisələrlə gedirik. Onlardan biri də budur”- deyən H.Əliyevin bu sözləri  Azərbaycanın gələcəkdə daha da işıqlı olacağına bir işarə idi. Bəli, Azərbaycan elektrik enerjisi istehsalı sahəsində bu gün çox böyük nailiyyətlər qazanıb.

Ölkə başçsı İlham Əliyev ölkə iqtisadiyyatının bütün sahələrinin inkişaf etməsinə xüsusi diqqət yetirir. Bu sırada ölkənin elektrik şəbəkəsinə göstərdiyi daimi diqqət və qayğının ayrıca payı var. Bu sahənin daha müasir şəkildə inkişafı, qurulması üçün bir sıra layihələr həyata keçirilib, bu gün də keçirilməkdədir. Onu da vurğulayaq ki, bu sahədə inkişaf və investisiya işlərinin müasir standartlara uyğun aparılması məqsədilə müxtəlif vaxtlarda Prezidentin ehtiyat fondundan maliyyə vəsaiti ayrılması haqda Prezident İlham Əliyev tərəfindən müvafiq sərəncam verilib.

Bu gün ölkəmizdə əhalinin keyfiyyətli enerji təminatından danışarkən indiyə qədər görülən işlərə də diqqət yetirmək vacibdir.

Bəri başdan onu deyək ki, ölkə əhalisinin elektrik enerjisi ilə təminatı məsələsində cəbhəyanı rayon və kəndlərimiz xüsusilə diqqətdə saxlanır. Artıq bir sıra cəbhəyanı rayonlarin elektrik şəbəkəsinin yenilənməsi işinə başlanıb. “Azərişıq” ASC-nin 6 rayonu əhatə edən Aran regional elektrik təchizatı və satış idarəsi tərəfindən həyata keçirilən fəaliyyət nəticəsində Ağdam rayonunun Sarıçoban, Ayaq Qərvənd, Təzəkənd və Çəmənli kəndlərində 0,4 kV-luq şəbəkələrin yenidənqurma işləri yekunlaşıb və hazırda sayğacların quraşdırılması işləri aparılır. Eyni zamanda, rayonun Sarıcalı, Əhmədağalı və Çıraqlı kəndində yenidənqurma işlərinə start verilib. Əkin sahələri, demək olar ki, mexaniki suvarma ilə suvarılan Ağdam rayonu Ergi ərazisində subartezian quyularının, nasosların dayanıqlı elektrik təchizatının təmin edilməsi məqsədilə 110/35/10 kV-luq yarımstansiya tikilir.

Bundan başqa, Aran regionunun cəbhə bölgəsində yerləşən digər rayonu - Füzulinin isə bir neçə qəsəbəsində magistral kabel çəkilişi işləri başa çatdırılıb, hazırda həmin qəsəbələrdə SMART-kart tipli sayğacların quraşdırılması istiqamətində işləri aparılır.

Ağcabədi Elektrik Şəbəkəsinin 35/10 kV-luq “Ağcabədi-2” yarımstansiyasının gərginlik sinfi dəyişdirilərək 110 kV-luq gərginlik sinfinə keçirilib. Perspektiv nəzərə alınmaqla yarımstansiyanın gücü artırılıb və yaxın günlərdə yarımstansiyada son tamamlanma işləri başa çatacaq. Rayonun bir neçə kəndində istismar müddəti başa çatmış 0,4 kV-luq hava xətləri ÖİN (özünüdaşıyan izolyasiyalı naqillər) kabellərlə əvəz edilib. İmişli Elektrik Şəbəkəsinin Sarxanlı və Kürdmahmudlu kəndlərində 0,4 kV-luq şəbəkələr yenidən qurulmaqdadır.

Beyləqan şəhər mərkəzini və şəhərə bitişik əraziləri elektrik enerjisi ilə təmin edən 110/35/10 kV-luq “Beyləqan-1” yarımstansiyası tikilərək yenidən qurulur, gücü artırılaraq müasir texnika ilə modernləşdirilir. Eyni zamanda, Beyləqan rayonunun ən böyük kəndlərindən olan I Şahsevən kəndinin elektrik şəbəkəsinin yenidən qurulması prosesi davam etdirilir.

Zərdab rayonunun Bəyimli kəndi ərazisində məskunlaşmış 120 məcburi köçkün ailəsinin keyfiyyətli elektrik enerjisi təchizatı məqsədilə yenidənqurma işləri həyata keçirilir və SMART-kart tipli sayğaclar quraşdırılır.

“Azərişıq” ASC Lerik və Yardımlıda elektrik enerjisi infrastrukturunun yenidən qurulması işini həyata keçir. “Azərişıq” ASC-nin gördüyü işlər sırasına Qobustan rayonunda elektrik təchizatının keyfiyyətinin artırılması, rayonun Elektrik Şəbəkəsində əhalinin davamlı elektrik enerjisi ilə təchizatı məqsədilə bir sıra layihələrin həyata keçirilməsi daxildir.

 “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzinin yenidən qurulması da bu sahədə görülən uğurlu işlərdən biridir. Bundan başqa, 110/35/10 kilovoltluq yeni “Gədəbəy” elektrik yarımstansiyasının qurulması da həmin rayonda yaşayan əhalinin keyfiyyətli enerji ilə təmin edilməsində başlıca rol oynayır.

Həmçinin, 2017-ci ildə  Samuxda 110/35/10 kV-luq “Yenikənd” elektrik yarımstansiyasının,  Zaqatalada 110/35/10 kV-luq “Bəhmətli” elektrik yarımstansiyasının, Qax rayonunda 110/35/10 kV-luq yeni elektrik yarımstansiyanın əhalinin istifadəsinə verilməsi olduqca əhəmiyyətli hadisələrdir. Onu da qeyd edək ki, “Azərişıq” ASC tərəfindən Şamaxı Elektrik Şəbəkəsinin yenidən qurulması və  rayonunun mərkəzində, 7 kənd və 1 qəsəbədə 0,4 kV-luq şəbəkələrdə kabelləşmə işlərinin aparılması, 9 ədəd yeni müxtəlif güclü KTM-lər quraşdırılması, habelə  46.3 km 0,4 kV-luq ÖİN kabel xətti çəkilməsi qurumun aktivinə yazılan müsbət işlərdəndir. Bundan başqa, Hacıqabul Elektrik Şəbəkəsində yenidənqurma işlərinin həyata keçirilməsi yerli sakinlərin həyatında müsbət rol oynayıb. Salyan rayonunun Xıdırlı, Qaraçala və Kötəl kəndləri, o cümlədən Ələt qəsəbəsinə yaxın 0,4 kV-luq şəbəkələrdə yenidənqurma və bərpa işlərinin aparılması təqdirəlayiqdir. “Azərişıq” ASC-nin qəhrəman əsgərlərimizin düşmən caynağından xilas etdiyi Cocuq Mərcanlıya da böyük diqqət yetirdiyi məlumdur. Belə ki, qurum tərəfindən “Cocuq Mərcanlı”  yarımstansiyası inşa edilib və yarımstansiyaya 8.300 metr məsafədə yüksək gərginlikli 35 kV- luq ikidövrəli elektrik verilişi xətti çəkilib və bu gün cocuq mərcanlılar həmin elektrik enerjisindən istifadə edərək həyatlarını davam etdirir, evlərinin işığını yandırırlar. Düşmənlə göz-gözə dayanan kəndlərimiz, qəsəbələrimiz öz işıqlı libası, siması ilə düşmən üçün göz dağına çevriliblər. Düşməni Azərbaycanda yanan işıqlar, qaynayan firavan həyat, insanların çöhrəsindəki ruhi-mənəvi işıq çox narahat edir.

Çox arzu edərdik ki, işğal altındakı digər torpaqlarımız da düşmən tapdağından azad edilsin və “Azərişıq” ASC o yurdlarımızın da işığını yandırsın.

İradə SARIYEVA

Yazı “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ