çərşənbə günü, 19 avqust 2026
     

Jurnalistlər Gömrük Komitəsinin rəhbərliyi qarşısında imtahan da verdilər... - FOTO

Image


(Əvvəli ötən saylarımızda)

Sentyabrın 28-də, təlimin dördüncü günündə müzakirəsi nəzərdə tutulan mövzuların təqdimatı keçirildi. Təqdimatın çoxluğu və mövzuların maraqlı olması onu deməyə tam əsas verirdi ki, gün  çox məhsuldar keçdi.

Dövlət Gömrük Komitəsi Gömrük-Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov "Gömrük-biznes əməkdaşlığı, mövcud problemlər və onların aradan qaldırılması yolları" mövzusunda təqdimatla çıxış etdi. Ardınca Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisinin birinci müavini Anar Süleymanov və həmin Baş İdarənin Rəqəmsal Gömrük İnzibatçılığı İdarəsi rəisinin müavini Kazım Səmədov "Elektron gömrük fəlsəfəsi, Azərbaycanda bu sahədə görülən işlər, dünya praktikası, TRS sərhədkeçmə vaxtının ölçülməsi ilə bağlı layihə" ətrafında məruzə etdilər.

Əməliyyat-İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərli isə "Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər" haqda ətraflı məlumat verdi, müəyyən statistik məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırdı. Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük-Tarif İdarəsinin rəisi Fuad Quliyev "Gömrük rüsumları və növləri, gömrük orqanları tərəfindən alınan vergilər" haqda məruzə etdi.

Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük tarifləri və tarif təsnifatının tətbiqi şöbəşinin əməkdaşı Fuad Məmmədov "Gömrük orqanlarının həyata keçirdiyi fiskal siyasət" mövzusunda məruzə edərək, son vaxtlar həyata keçirilən islahatlar barədə ətraflı məlumat verdi.

Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərlinin ölkəyə müəyyən yollarla mobil telefonların işbazlar vasitəsilə necə gətirilməsi haqda etdiyi çıxış jurnalistlərin böyük marağına səbəb oldu və bu mövzu ətrafında ətraflı fikir mübadiləsi aparıldı. DGK rəsmisi bildirdi ki, təəssüflər olsun, işbazlar bu istəklərinin reallaşmasında bəzi poçt əməkdaşlarının dəstəyindən bəhrələnirlər: "Vətəndaşların xəbəri olmadan onların adına çoxsaylı bağlamalar gəlir ki, bu da “Azərpoçt” əməkdaşlarının qanunsuz hərəkətlərə yol verdiyinə dair ehtimalları artırır".

O bildirdi ki, xüsusilə "Azərpoçt"un bölgələrdə fəaliyyət göstərən filiallarında bu kimi hallara rast gəlinir: "Bakıda fəaliyyət göstərən "Azərpoçt" bizə bu işdə yardımçı olur. Lakin məsələ bölgələrdən gedir. Xaricdən telefon bağlaması rayonun poçt şöbəsində hər hansı bir şəxsin adına göndərilir. Bu halda, adına bağlama göndərilən şəxs şəxsiyyəti təsdiq edən sənədlə birlikdə poçt şöbəsinə yaxınlaşaraq göndərilən bağlamanı təhvil almalıdır. Poçt şöbəsində məsul şəxsin də əsas vəzifəsi bundan ibarətdir ki, həmin vətəndaşın bağlamanı təhvil aldığına dair eyniləşdirməni aparsın. Qanunla siz mənim adıma gələn bağlamanı təhvil ala bilməzsiniz. Onu da qeyd edim ki, poçt şöbəsinə göndərilən bağlama geri qaytarılmır. Lakin araşdırmalarımız bizdə o ehtimalı yaradır ki, həmin şəxslərin bu prosesdən xəbəri yoxdur və o bağlamalar qeyd edilən şəxslərə aid deyil. Çünki biz həmin vətəndaşların bir qismini tapıb izahat alırıq və o şəxslər israrla bildirirlər ki, onların adına ölkəyə göndərilən mobil telefon və ya hər hansı başqa məhsuldan xəbərləri yoxdur. Amma, faktiki olaraq, sənədin alıcısının poçtda o olduğu göstərilir. Əgər alıcı olaraq sözügedən şəxslərin öz ünvanları qeyd edilsə, biz bu məsələnin üzərinə bu qədər gedib araşdırma aparmarıq. Amma bu telefon bağlamaların alıcısı poçt şöbələri göstərilirsə, bu şübhə doğurur. Sadəcə olaraq onlar kimdir, kimlərdən ibarətdir o məlum deyil. Biz də, öz növbəmizdə, bu istiqamətdə ciddi araşdırmalar aparırıq. Təbii ki, həmin şəxslərin kimliyi aydınlaşan kimi işbazlarla əməkdaşlıq edənlərin də kimliyi açıqlanacaq. Hazırda bu prosesin nəticələri haqqında söz söyləmək tezdir. Məsələnin yekun nəticələri media ilə paylaşılacaq". 

Qeyd edək ki, açıqlamaya əlavə olaraq, Dövlət Gömrük Komitəsi adından bildirildi ki, hər bir fakt üzrə araşdırmalar aparılır: “Yalnız araşdırmaların sonunda qanunvericiliyin pozulması hallarına şərait yaradan gömrük orqanı əməkdaşları və ya digər aidiyyəti şəxslər müəyyən ediləcək və həmin şəxslər haqqında müvafiq tədbirlər görülməlidir”.

Əvvəlcədən planlaşdırıldığı kimi, sonuncu gün biz saat 14.00-a qədər oteli tərk edib Bakıya yola düşməliydik. Sonuncu günün daha maraqlı keçdiyini deyə bilərik. Sentyabrın 29-da “Gömrük islahatları və modernləşdirmə" mövzusunda təlim başa çatdı.

Qeyd edək ki, bağlanış mərasimindən əvvəl 4 gün boyunca iştirakçıların əldə etdikləri biliklərin qiymətləndirilməsi aparıldı. Hər bir iştirakçıya 30 sualdan ibarət test paylanıldı. Qiymətləndirilmənin aparılması üçün jurnalistlərə şəffaf şərait yaradıldı. Testdəki suallar təlim boyunca keçirilən mövzuları əhatə edirdi. Jurnalistlərin cavabları DGK əməkdaşlarına tez təhvil verməsindən aydın oldu ki, mövzular yaxşı mənimsənilib. Yekun qiymətləndirmədən məlum oldu ki, mən 30 sualdan 25-nə düz cavab vermişəm. Həmkarlarımızın sırasında 28 suala düz cavab verəni də var idi. Düzünü deyək ki, təlim təşkilatçıları bu nəticəyə görə təəccüblərini gizlətmirdilər. Hətta bizə zarafatla deyirdilər ki, belə bilgilərlə DGK-ya işə də qəbul oluna bilərik.

Təlimin bağlanış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov iştirak etdi. Dövlət Gömrük Komitəsinin rəhbərliyi adından təlim iştirakçılarını salamlayan İsmayıl Hüseynov media nümayəndələrinə təşəkkürünü bildirdi. Komitə sədrinin birinci müavini qeyd etdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən davamlı iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq, digər dövlət qurumları kimi, gömrük orqanları da önəmli dövlət təsisatlarından birinə çevrilib: “Sıralarında minlərlə əməkdaşı birləşdirən Azərbaycan Gömrük Xidməti 26 il əvvəl yaranmasına baxmayaraq, artıq ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin olunmasında, biznes mühitinin yaxşılaşdırılması, daxili bazarın qorunması və beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edib.

Prezident İlham Əliyevin dövlət idarəçiliyinin dərinləşdirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, ölkəmizin ixrac potensialının artırılması məqsədilə həyata keçirdiyi islahatlar artıq bəhrəsini verir və bu nailiyyətlərin əldə olunmasında gömrük orqanlarının da önəmli payı var”.

Həyata keçirilən islahatların, eyni zamanda, ölkəmizdə gömrük işinin təşkilində də yeni fəlsəfənin, yeni yanaşmaların ortaya qoyulduğunu qeyd edən İ.Hüseynov, gömrük sistemində aparılan struktur və kadr islahatlarının gömrük işinin müasir standartlara cavab verəcək şəkildə qurulmasına münbit şərait yaratdığını nəzərə çatdırdı.

General bildirdi ki, artıq gömrük orqanları nəzarət deyil, daha çox xidmət fəlsəfəsi ilə fəaliyyət göstərir və məqsəd daxili istehsalı qorumaq, ölkəmizin ixrac potensialını artırmaq, Azərbaycan brendi altında istehsal olunan malların xarici bazarlara çıxışını təmin etmək, beynəlxalq ticarət dəhlizlərinin kəsişdiyi coğrafi məkanda yerləşən ölkəmizin tranzit qabiliyyətini yüksəltməklə iqtisadi qüdrətimizi daha da inkişaf etdirməkdir: “Qeyd etmək istəyirəm ki, bu islahatların önəmli hədəflərindən biri də ölkə vətəndaşlarının, xüsusilə iş adamlarının məmnuniyyətinə nail olmaqdır.

Bu hədəflərin reallaşdırılması məqsədilə həyata keçirdiyimiz tədbirlərdən biri də ictimaiyyətlə, xüsusilə media qurumları ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Belə ki, şəffaflığın təmin olunması, rüşvət və korrupsiya hallarının aradan qaldırılmasında ictimai nəzarətin rolu danılmazdır”.

 İ.Hüseynovun sözlərinə görə, ölkəmizdə fəaliyyəti göstərən kütləvi informasiya vasitələrinin əksəriyyəti və jurnalistlər gömrük orqanlarının ölkəmizin iqtisadi inkişafına, xalqımızın rifahının yüksəlməsinə, vətəndaş məmnuniyyətinin maksimum dərəcədə təmin olunmasına hesablanmış fəaliyyətinə ən yüksək səviyyədə dəstək olaraq, ümumi işə töhfəsini verməyə çalışır və bu mənəda görülən işlər təqdirəlayiqdir.

İ.Hüseynov Dövlət Gömrük Komitəsinin bundan sonra da kütləvi informasiya vasitələri ilə sıx və işgüzar münasibətlər quracağını və media qurumlarının da gömrük orqanlarına daim dəstək göstərəcəyinə ümidvar olduğunu bildirdi.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov təlimdə iştirak edən media nümayəndələrinə dərin təşəkkürünü bildirərək, "Gömrük islahatları və modernləşdirmə" mövzusundakı təlimin qarşılıqlı faydalı əməkdaşlığın daha da peşəkar və səmərəli müstəvidə davam edəcəyinə şərait yaradacağını diqqətə çatdırdı.

Sonda təlimin qiymətləndirilməsi prosesində fərqlənən jurnalistlər mükafatlandırıldı, eləcə də təlimdə iştirak edən kütləvi informasiya vasitələrinin nümayəndələrinə sertifikatlar və xatirə hədiyyələri təqdim olundu.

Bununla da cəlb olunduğumuz təlim yekunlaşdı.

Məhəmmədəli QƏRİBLİ
Bakı-Qusar-Bakı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ