çərşənbə günü, 19 avqust 2026
     

Manat rus iş adamlarının istifadə etdiyi əsas valyutalardan birinə çevrilir

Image


Rusiya və Azərbaycan arasında dinamik şəkildə inkişaf edən münasibətlər, digər sahələrlə yanaşı, iki ölkənin iqtisadi müstəvidə də əlaqələrini dərinləşdirir. Xüsusən də IX Azərbaycan-Rusiya Regionlararası Forumundan sonra tərəflərin iqtisadi sferada əməkdaşlıqlarını artıq strateji səviyyəyə qaldırması müşahidə olunur. Məhz bu forum çərçivəsində əldə edilən razılıqlar kifayət qədər aydın göstərir ki,  Azərbaycanla Rusiya daha güclü iqtisadi tərəfdaşlara çevriləcək. Belə vəziyyətdə diqqət çəkən məqamlardan biri isə, Rusiya dövləti ilə yanaşı, özəl sektorun da Azərbaycanla ticarətdə manatdan istifadə imkanlarının artmasıdır.

Ümumiyyətlə, Rusiyada dollara qarşı yeni iqtisadi-siyasi kursun həyata keçrilməsi fonunda bu qənaətə gəlmək olar ki, rus iş adamlarının Azərbaycan valyutasından istifadəsi daha da artacaq. Məsələ burasındadır ki, Rusiya hökuməti daxili iqtisadiyyatın dollarsızlaşdırılmasını nəzərdə tutan qanun layihəsi üzərində çalışır. Məlumata görə, Rusiyanın baş naziri Dmitri Medvedyev ən çoxu 1-2 həftə ərzində layihəni təsdiqləməlidir. Müzakirələrdə ixracatçılar, həmçinin ölkənin ən iri bankları, o cümlədən Mərkəzi Bank iştirak edir. Qanun layihəsi ABŞ dollarından istifadədən birbaşa imtina edilməsini nəzərdə tutmur. Söhbət, digər milli valyutalardan istifadə edərək, hesablaşmalar üçün imkanların yaradılması, eləcə də valyuta qanunvericiliyinin liberallaşdırılması və valyuta nəzarətini asanlaşdırmaqdan gedir. Bu isə, öz növbəsində, biznesin istənilən valyutanın köməyinə arxalanmasına və bununla da artıq zərər dəyməsinin qarşısının alınmasına imkan yaradacaq.

Qeyd edək ki, bir qədər əvvəl Rusiya maliyyə nazirinin müavini Aleksey Moiseyev nazirliyin Rusiya iqtisadiyyatının dollarsızlaşdırılması təklifini dəstəklədiyini açıqlamışdı. Bu durumda Rusiya Mərkəz Bankı bu ilin ilk üç rübündə ötən ilin eyni dövrü ilə müqayisədə dollar və avronun beynəlxalq ehtiyatlardakı payını azaldıb, yuanın və digər valyutaların  payını isə artırıb. Qeyd edək ki, Rusiyanın beynəlxalq ehtiyatları 462 milyard dollar səviyyəsindədir. Qarşıdakı dövr ərzində Rusiya qeyd olunan istiqamətdə siyasətini davam etdirməyi düşünür. Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin isə ölkə vətəndaşlarına, dollarları satıb rubl almağı məsləhət görür. Nazirin fikrincə, ortamüddətli perspektivdə bir dolların məzənnəsi 63-64 rubl civarında sabitləşəcək və daha sonra ucuzlaşmağa başlayacaq. Eyni zamanda Rusiya müxtəlif ölkələrlə, o cümlədən ticarətdə milli valyutalardan istifadə olunmasında maraqlı tərəf kimi çıxış edir. Əslində, Azərbaycanla ticarətdə artıq milli valyutalardan istifadə prosesi başlanıb. Bunu elə bu günlərdə verdiyi açıqlamada Rusiyanın İqtisadi inkişaf nazirinin müavini Azər Talıbov da təsdiq edib: "Rusiya və Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsində milli valyutaların istifadəsi üçün imkanlar var. Hazırda biz bir neçə qrup məhsul üzrə ticarəti milli valyutalar üzrə həyata keçiririk. Bu gün hər iki ölkədə bu cür hesablaşmaların həyata keçirilməsi üçün institusional mühit formalaşıb. Təbii ki, tərəflər bu məsələdə maraqlıdır. Bu cür əməkdaşlığın inkişaf etdirilməsi bizim planlarımıza daxildir. Bu gün Azərbaycanda bir neçə Rusiya bankı təmsil olunur ki, onlardan "VTB Bank" daha aktivdir. Rusiyada isə Azərbaycan Beynəlxalq Bankı olan "MBA-Moskva" fəaliyyət göstərirdi. Biz hesablaşmaların milli valyutalarda həyata keçirilməsində böyük potensial görürük. Azərbaycanla hesablaşmaların milli valyutada aparılmasına dair davamlı siyasət aparırıq". Belə bir vəziyyətdə Rusiya hökumətinin daxili iqtisadiyyatın dollarsızlaşdırılmasını nəzərdə tutan qanun layihəsini hazırlaması ilə qarşılıqlı ticarətdə milli valyutalardan istifadə dairəsinin daha da artması gözlənir. Çünki yuxarıda qeyd olunduğu kimi, bu layihə həm də  digər milli valyutalardan istifadə üzrə hesablaşmalar üçün imkanların yaradılmasını nəzərdə tutur. Bu durumda Azərbaycanla ticarət zamanı rus iş adamları üçün manat üzərindən hesablaşma daha asan olacaq. Məhz bu səbəbdən ehtimal edilir ki, manatın Rusiya ilə ticarətdə istifadə dairəsi əhəmiyyətli dərəcədə artacaq. Burada nəzərə almaq lazımdır ki, manat həm də MDB məkanında ən sabit valyutalardan biri sayılır. 2017-ci il dekabrın 31-dən 2018-ci il sentyabrın 30-dək “BelaPAN”ın mərkəzi banklar arasında apardığı araşdırmaların nəticəsi də bunu təsdiq edir. Qeyd edək ki, 2018-ci ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən, dolların Azərbaycan manatına nəzərən rəsmi məzənnəsi praktik olaraq dəyişməyib. Bu, MDB ərazisində ən yaxşı göstəricidir. Valyutanın ucuzlaşmasına görə ilk pillələrdə 13,87 faizlə Rusiya və 9,25 faizlə Qazaxıstan qərarlaşıb. Onları Belarus, Tacikistan, Latviya, Litva, Estoniya, Gürcüstan, Ukrayna və Qırğızıstan izləyir. Amma manat öz sabitliyi ilə fərqlənib. Belə vəziyyət manatdan istifadəyə marağı daha da yüksəldir. Məhz bu səbəbdən hesab edilir ki, yaxın tezlikdə manat rus iş adamlarının istifadə etdiyi əsas valyutalardan biri olacaq.  

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ