şənbə günü, 17 oktyabr 2026
     

“Samur” Gömrük Postunda iki vətəndaşın narazılığı jurnalistlərin iştirakı ilə araşdırıldı - FOTO

Image


Dövlət Gömrük Komitəsinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi "Gömrük islahatları və modernləşdirmə" mövzusunda cəlb olunduğumuz təlim növbəti gün də davam etdi. Təlim iştirakçıları gün rejiminə uyğun olaraq, səhər yeməyindən sonra “Zirvə” otelinin qarşısına toplaşaraq, xüsusi ayrılmış avtobusa əyləşdikdən sonra “Şahdağ”a yollandı. Artıq konfrans zalında hər kəs öz əyləşdiyi yeri müəyyən etdiyi üçün, konfransın başlanması geçikmədi.

Biz Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşları - Gömrük prosedurlarının idarə olunması şöbəsinin rəisi Elçin Rüstəmov, Tranzit əməliyyatları şöbəsinin rəisi Fərid Vəliyev və Xarici ticarət iştirakçıları ilə iş şöbəsinin rəisi Mahmud Nuriyevin təqdimatlarla çıxışını dinlədik. Diqqətçəkən vacib məqamlardan biri o idi ki, təqdimatı edən gömrük əməkdaşlarının çoxu gənclər idi. Hiss edilirdi ki, həmin əməkdaşlar bir neçə xarici dildə sərbəst danışmağı bacarırlar. Təqdimatlarından o da aydın oldu ki, həmin əməkdaşlar bir çox xarici ölkələrin təcrübəsini praktik olaraq dərindən mənimsəyiblər. “Bakı-Xəbər”in əməkdaşı olaraq mən gömrüklə bağlı ictimaiyyəti maraqlandıran bir sualla təqdimatı edənlərə müraciət etdim. Sualın məğzi ölkəyə avtomobillə daxil olan əcnəbi vətəndaşların böyük həcmdə pul vəsaitini girov qoyması tələbi ilə bağlı idi. Qeyd edək ki, dünyanın əksər inkişaf etmiş ölkələrində bu praktikadan istifadə edilmir. Gömrük əməkdaşları bu məqamla razılaşdıqlarını və onun üzərində düşündüklərini bildirdilər. Həmçinin, bildirildi ki, bu məsələ Nazirlər Kabinetinin 305 saylı qərarı ilə tənzimlənir və DGK ortaya çıxan bir sıra yeniliklərlə bağlı həmin qərarın yenidən işlənməsi vəsatəti ilə çıxış edir. Cavabdan belə aydın oldu ki, DGK-nın özü də həyata keçirdiyi islahatlar çərçivəsində deyilən məsələnin həllində maraqlıdır. Məntiqi baxımdan da ölkəyə avtomobili ilə daxil olan turist həmin pulu girov qoymaqdansa, burada xərcləyə bilər ki, bunun da büdcəmizə və turizmin inkişafına böyük töhfəsi dəyə bilər. Biz də, öz növbəmizdə, ümidvarıq ki, bu məsələ tezliklə müsbət həllini tapacaq. Tədbir həmkarlarımızı maraqlandıran başqa sualların da ünvanlanması ilə davam etdirildi.

Nahar fasiləsindən sonra, günün ikinci yarısında isə təlim iştirakçılarının Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Rusiya Federasiyası ilə sərhəddə yerləşən "Samur" gömrük postuna səfəri təşkil olundu və media nümayəndələrinə əldə etdikləri bilikləri praktikada tətbiq etmək imkanı yaradıldı. Media nümayəndələrinə gömrük postunun iş prinsipi, buraxılış qabiliyyəti barədə məlumat verildikdən sonra, biz idxal-ixrac sərnişin və yük nəzarət xətlərində həyata keçirilən proseslər barədə məlumatlandırıldıq, gömrük nəzarətinin təşkili, nəqliyyat vasitələrinin qeydiyyatı və yoxlanılması prosesində iştirak etdik.

Jurnalistlərə məlumat verən "Samur" Gömrük Postunun baş inspektoru Nicat Muxtarlı bildirdi  ki, postdan idxala gələn nəqliyyat vasitələrinin sayı mövsümə görə dəyişir: "Gün ərzində idxala gələn nəqliyyat vasitələrinin sayı 150-160, ixraca gedən nəqliyyat vasitələri isə 300-400 sayda olur. İxraca gedən yük avtomobillərinin sayı isə hazırda 120-130 ədəd olur. İdxala gələn avtomobillərdə bəzən insanlar qanundankənar mallar keçirməyə cəhd edirlər. Bu hal gündəlik olmasa da, həftədə bir-iki dəfə baş verir. Əsasən İrandan gələn avtomobillərdən narkotik maddələr aşkar edilir. Bəzən 500 kiloqram narkotik aşkarlanıb". "Samur" Gömrük Postunda olduğumuz zaman bir sıra maraqlı faktlarla da qarşılaşdıq. Vətəndaşlardan birinin gömrük əməkdaşları ilə mübahisə etdiyinin şahidi olduq. Bizim jurnalist olduğumuzu biləndən sonra həmin vətəndaş səsini bir az da ucaldaraq, bir qədər də nümayişkəranə şəkildə şikayətini bizim də nəzərimizə çatdırmaq istədi. Bizi müşayiət edən gömrük əməkdaşları onunla ünsiyyətə mane olmadılar. Vətəndaşa “Şikayətiniz nədəndir?” sualını ünvanladıq. Dedi ki, Rusiyadan gətirdiyi malı süni maneə yaradaraq ölkəyə buraxmırlar. Gömrük əməkdaşlarından xahiş etdik ki, vətəndaşın şikayətini yerindəcə araşdıraq. Bizi saxlanan malın yanına apardılar. Məlum oldu ki, vətəndaş bu üsulla gömrükdən araq hazırlanması üşün nəzərdə tutulan bir mini zavodu keçirmək istəyirmiş. Həmin mini zavodun cihazılarını müxtəlif insanlar arasında paylaşdıran vətəndaş bu üsulla kommersiya məqsədi üçün nəzərdə tutulan malı sadə əl yükü kimi rəsmiləşdirib keçirməyə cəhd edirmiş. Gömrük işçiləri bunun qəti qadağan olduğunu bildirdilər və mini zavodun tam qanuni əsaslarla ölkəyə buraxılmadığını qeyd etdilər.

Digər bir vətəndaş isə bizə yaxınlaşaraq sözügedən postun rəisinin ona qarşı qərəzli davrandığından şikayət etdi. Vətəndaş bildirdi ki, onu istədiyi vaxt gömrükdən buraxmırlar, bu da onun ailəsinin dolanışığı üçün problem yaradır. Postun rəisi Allahverdi Mədətov bizə həmin vətəndaşla bağlı rəsmi məlumatları təqdim etdi. Məlum oldu ki, əslən Qubanın Nügədi kəndindən olan  şikayətçi bir ay ərzində 43 dəfə dövlət sərhədini keçib. Onun bu cür intensiv sərhəd keçməsindən şübhələnən Rusiya tərəfi sözügedən vətəndaşa deport (ölkə hüdudlarının girişinə qadağa - M.Q.) tətbiq edib. Vətəndaşın özü ilə bu barədə söhbət etdikdə məlum oldu ki, onun başlıca fəaliyyəti başqaları üçün mal daşımaqdan ibarətdir. Yəni müəyyən işbazlarla əlbir olan bu cür vətəndaşlar 30 kiloqram yükün buraxılması icazəsindən istifadə edərək, ölkə ərazisinə kommersiya məqsədli malları idxal edirlər. Bütün bu halları gözümüzlə görəndən sonra aydın oldu ki, gömrükdə işləmək olduqca ağır və məsuliyyətli bir iş imiş.

Ümumilikdə isə "Samur" Gömrük Postundan müvafiq qaydalara əməl edən vətəndaşların maneəsiz şəkildə ölkəyə buraxılmasının şahidi olduq. Gömrük ərazisində Dövlət Sərhəd Xidmətinin də işinin çox peşəkarlıqla təşkil edildiyinin şahidi olduq. Həmin postdakı DSX-nin rəisi, polkovnik-leytenant Mirzə Mirzəyev sərhəd xidmətinin təşkili barədə bizə ətraflı məlumat verdi. Artıq hava qaralmağa başlamışdı. Postun rəhbərliyinin təşkil etdiyi çay süfrəsi ətrafında səmimi müzakirədən sonra səfər boyu bizim əziyyətimizi çəkən Həşim adlı sürücünün idarə etdiyi avtobusa minib yenidən “Zirvə”yə yollandıq və bununla da təlimimizin növbəti gününü də arxada qoymuş olduq.

(Ardı var)

Məhəmmədəli QƏRİBLİ
Bakı-Qusar-Bakı

Birinci yazı - http://www.baki-xeber.com/iqtisadiyyat/83002.html



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ