şənbə günü, 17 oktyabr 2026
     

Əhalinin keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər...

Image


Axşam düşəndə yanar

Şəhər nura boyanar
Küçələrdən boylanar –
Qırmızı, yaşıl, sarı,
Bakının işıqları...

Mərhum müğənni Şövkət Ələkbərova uşaqlığımın ən populyar mahnılarından olan “Bakının işıqları”nı oxuyarkən əslində Bakı bugünkü qədər işıqlı deyildi və yəqin, bu mahnının sözlərini “sapa düzən” Adil Babayev də Bakının bugününü görsəydi, belə düşünərdi... Elə dahi Səməd Vurğunun “Bakının sayrışan ulduzlarından, çadrasız-boyasız türk qızlarından” söz açan misraları da, Bakı gözəlləri ilə yanaşı, paytaxta əsrarəngiz bəzək verən, Xəzərin sularında əks olunaraq Bakı gecələrinə bir ayrı yaraşıq qatan rəngarəng işıqların vəsfi idi. Təsadüfi deyil ki, hazırkı orta və yaşlı nəslin nümayəndələri nostalji xatirələrə daldıqda Bakının məhz bu özəlliyini xatırlayır...

Bu yaxınlarda sosial şəbəkədə bir xarici turistin Bakı haqqında təəssüratı gözümə dəydi. “Gecələri bir başqa, gündüzləri bir ayrı gözəl Bakı” yazan əcnəbi qonaq rəngarəng işıqlı Bakı gecələrini nağıla bənzədir, burada olarkən özünü nağıl qəhrəmanı kimi hiss etdiyini bildirirdi. Elə qürur duydum ki... Bu gün Bakını əsrarəngiz nura qərq edən isə yorulmaq bilmədən çalışan, evlərimizə, küçələrimizə və nəhayət həyatımıza işıq paylayan nurlu insanların bir araya gəldiyi bəlli ünvan – “Azərişıq”dır...

Elə bu yazıda da bu gün evlərimizə, küçələrimizə nur paylayan həmin ünvan  – “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və onun keçdiyi yoldan, əldə etdiyi uğurlardan, gələcək perspektivlərindən bəhs edəcəyik. Beləliklə...

Bakının hüdudlarını aşaraq bütün Azərbaycanı nura qərq edən “Azərişıq”necə yarandı...

Deyilənə görə, "Bakının işıqları”  keçmiş SSRİ məkanında deyildiyi kimi "İliç lampası" ilə yaranmayıb, onun tarixi daha qədim zamanlara gedir. Mənbələrə görə, Bakıda elektrik enerjisi Avropanın bu gün ən inkişaf etmiş şəhərlərindən daha öncə istehsal və istehlak olunub. Tarixi sənədlərdə göstərilir ki, Bakıda ilk elektrik stansiyası 1895-ci ildə Bayıl şossesi üzərindəki "Bakinski dok"da quraşdırılıb. Azərbaycan Dövlət Tarixi Arxivinin sənədlərinə görə, o zaman  cərəyan alman istehsalı olan "Algemayne" sisteminin dinamo-maşınından alınırdı.  Çox keçmədən, 1903-cü ildə artıq elektrik stansiyalarının sayı 70-ə çatdırılır. Lakin təbii ki, bu stansiyalar öz gücünə görə indikilərlə müqayisə oluna bilməzdi. O üzdən həmin dövrdə hər obyektin nəzdində öz stansiyası fəaliyyət göstərirdi.

Bakının və ümumiyyətlə Azərbaycanın elektrik enerjisi ilə təchizatının əsaslı şəkildə yenidənqurulması, təbii olaraq, müstəqilliyimizin ilk illərinə təsadüf edir. O illərdə “Mən xoşbəxtəm ki, Azərbaycanın müstəqil elektrik enerjisi potensialının yaradılmasına nail olmuşam”- deyən mərhum prezident  Heydər Əliyev SSRİ rəhbərliyində çalışdığı dönəmdə Azərbaycanın özünü təmin edəcək ayrıca stansiyanın tikilməsilə bağlı sovet rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırmasını belə xatırlayırdı:"Hər dəfə elektrik stansiyası tikilməsi haqqında məsələ qoyarkən mənə deyirdilər ki, bu nəyə lazımdır? Bizdə - SSRİ-də vahid elektrik enerjisi sistemi var... bütün SSRİ-ni əhatə edən sistem var. Azərbaycana nə qədər elektrik enerjisi istəyirsinizsə verək. Mən deyirdim ki, yox, istəyirəm bizim özümüzünkü olsun. Niyə özümüzünkü olsun? Mən istəyirdim ki, müəyyən sahələrdə biz asılı olmayaq. Bu gün mən iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan elektrik enerjisi sahəsində asılı deyildir. Özü həmin elektrik stansiyalarında elektrik enerjisi istehsal edir".

Təbii ki, müstəqilliyin əldə olunduğu o ağır illərdə - hər sahənin sıfırdan başlamalı olduğu dönəmdə gələcək inkişaf üçün baza rolunu oynayacaq möhkəm fundamentin qurulması asan məsələ deyildi və maliyyə-texniki tərəfindən başqa, bu həm də böyük əzmkarlıq tələb edirdi. Zaman göstərdi ki, Azərbaycanda digər sahələrdə olduğu kimi, enerji sahəsində də sistem ta əvvlindən düzgün qurulub və o üzdən də ölkəmizin enerji təminatı sahəsində uğurlu nəticələrə nail olunur...

Prezidentin “İşıqlı Azərbaycan” layihəsinin ilk qaranquşu – “Azərişıq”...

O zamandan “çox sular axdı” və illər sonra – 2015-ci ilin oktyabrında “Bakıelektrikşəbəkə”nin bazasında “Azərişıq” ASC-nin yaradılması Prezident İlham Əliyevin “İşıqlı Azərbaycan” layihəsinin həyata keçirilməsinin ilk qaranquşu oldu. Çünki bununla “Bakıelektrikşəbəkə”nin təkcə Bakı və ətraf qəsəbələri deyil, bütün Azərbaycan ərazisini əhatə edən yeni bir quruma çevrilməsi baş tutdu ki, bu da ölkə başçısının apardığı iqtisadi və sosial siyasətin uğurlu nəticələrindən biri idı. 

Əslində 2006-cı ildən başlayaraq 9 il müddətində Bakı və ətraf qəsəbələrin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı istiqamətində yaradılan yüksək səviyyəli xidmət, elmi-texniki nailiyyətlər bu qurumun daha genişmiqyaslı fəaliyyətin öhdəsindən gələcəyi barədə təsəvvür yaradırdı. Yəqin elə bu göstəriciləri nəzərə alan dövlət rəhbərliyi “Bakıelektrikşəbəkə” kollektivinə növbəti etimad göstərdi və beləliklə də qurumun fəaliyyəti Bakı və ətraf qəsəbələrin hüdudlarını aşaraq Azərbaycana yayıldı.  Beləliklə, 2015-ci ilin 10 fevral tarixində Prezidetin 1045 saylı sərəncamı ilə “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin bazasında daha geniş arealı – bütün ölkəni elektrik enerjisilə təmin edəcək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti yaradıldı.

Prezident dedi ki...

“Azərişıq” yaradılarkən onun qarşısına böyük vəzifələr qoyulub və bu missiyanın yerinə yetirilməsinin çətin olduğunu dövlət başçısı da vurğulayıb. Prezident İlham Əliyev hələ o zaman bu mövzuda danışarkən deyib: “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti bu il yaranıb. Cəmiyyətin qarşısında vəzifə qoyulubdur ki, bölgələrdə elektrik enerjisi ilə təchizat Bakıdakı kimi olsun. Çox sadə bir göstərişdir. Ancaq bunu icra etmək o qədər də sadə məsələ deyil. Həm vəsait lazımdır, həm texniki məsələlər həllini tapmalıdır. Bölgələrdə köhnəlmiş infrastruktur, əfsuslar olsun ki, kifayət qədər çoxdur. Yeni infrastruktur, ötürücü xətlər, transformatorlar, yəni bölgələrdə bütün elektrik təsərrüfatı Bakının səviyyəsinə qalxmalıdır”.

Prezident onu da deyib ki, “Biz elektrik enerjisinin ixracı ilə məşğuluq. Bunu gələcəkdə daha da böyük həcmdə edə bilərik. Ancaq əlbəttə ki, ilk növbədə ölkə daxilində, xüsusilə bölgələrdə, uzaq kəndlərdə bütün enerji infrastrukturu ən yüksək səviyyədə olmalıdır”.

Bu gün əminliklə demək olar ki, regionda və dünyada geosiyasi mövqeyini möhkəmləndirən Azərbaycan milli enerji sektorunu da hər cür asılılıqdan çıxarmaqla özünün enerji təhlükəsizliyini tam təmin edib.  Respublikanın şəhər və rayonlarında paylayıcı elektrik şəbəkələrinin yenidənqurulması və inkişaf etdirilməsi üzrə hazırlanan və 2016-cı ilin aprel ayında Nazirlər Kabineti tərəfindən təsdiq edilən 2015-2025-ci illər üzrə Tədbirlər Planı isə regional elektrik şəbəkələrinin normal istismar vəziyyətinə çatdırılması üçün irihəcmli investisiya qoyuluşları və irihəcmli tikinti, yenidənqurma və bərpa işlərini nəzərdə tutan çox önəmli sənəd oldu.

“Azərişıq”ASC-də aparılan yenidənqurma və inkişaf...

"Azərişıq” ASC-nin yaradılmasından keçən qısa zaman kəsiyində onun regionlarda gördüyü işlər isə miqyasına görə ölçüyəgəlməzdir. Belə ki, abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün bu az müddət ərzində regionlarda 19 ədəd 110 kV-luq, 91 ədəd 35 kV-luq yarımstansiya tikilərək istifadəyə verilib. Yeni yarımstansiyaların əksəriyyətində idarəetmənin təkmilləşdirilməsi və çevikliyin artırılması məqsədilə SCADA dispetçer idarəetmə mərkəzi yaradılıb. 5000-ə qədər 10-6 kV-luq Trtansformator Məntəqəsi və Komplekt Trasformator Məntəqəsi quraşdırılıb. 125 min km müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib. Eyni zamanda, quraşdırılan yeni tipli elektron sayğacların sayı milyon yarımı keçib ki, nəticədə ölkənin 1000-ə yaxın kənd və qəsəbəsinin elektrik təchizatı tamamilə yenidən qurulub və bu istiqamətdə fəaliyyət davam etməkdədir. Bu illər ərzində ölkəmizin turizm cəlbediciliyi proqramı nəzərə alınaraq, Qəbələ, Şəki, Zaqatala, Qax, Quba və turizm potensiallı digər rayonlarda turizm obyektlərinin, eyni zamanda əhalinin fasiləsiz elektrik təchizatının səmərəliliyinin artırılması məqsədilə geniş yenidənqurma işləri aparılıb. Eyni yenidənqurma işləri  cəbhə bölgəsində də həyata keçirilib. Belə ki, qoşunların təmas xəttində "Tərtər”, "Şıxarx”, "Daş Salahlı”, "Cocuqmərcanlı” kimi yarımstansiyalar tikilib, Lələtəpə və başqa qaynar nöqtələrə, o cümlədən işğaldan azad olunandan 22 il sonra Tərtərin Çaylı kəndinə elektrik enerjisi verilib. Bu ilin fevral ayında ölkə başçısının Mingəçevirə səfəri zamanı  isə Səhmdar Cəmiyyətin o zamankı rəhbəri Baba Rzayev dövlət başçısına məlumat verib ki, “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satış İdarəsi ötən müddətdə Mingəçevir, Bərdə, Tərtər, Yevlax, Kürdəmir, Ağdaş, Naftalan, Goranboy, Ucar, Ağsu, Göyçay şəhər və rayonları üzrə 1 milyon 200 min nəfər əhalini əhatə edən 261 min abonentə xidmətin səviyyəsinin yüksəldilməsi üçün kompleks tədbirlər reallaşdırıb. Ağsu rayonunda 110 kilovoltluq 3, Ağdaş rayonunda 35 kilovoltluq 8 yarımstansiya tikilib, 490 yeni transformator məntəqəsi quraşdırılıb, 5700 transformator məntəqəsi əsaslı təmir olunub. Həmçinin 10,2 kilometr 110 kilovoltluq, 127 kilometr 35 kilovoltluq, 870 kilometr 6-10 kilovoltluq, 710 kilometr 0,4 kilovoltluq hava xətləri, 2300 kilometr özünüdaşıyan izolyasiyalı naqillər çəkilib, 11 min yeni sayğac quraşdırılıb və 51 min sayğac yenisi ilə əvəz edilib. Görülmüş işlər nəticəsində texniki itkilər 13,5 faizdən 11,1 faizə enib, elektrik enerjisinin satışında yığım 65,5 faizdən 94,1 faizə yüksəlib.

 Beləliklə, görünən odur ki, ötən müddət ərzində “Azərişıq” fəaliyyətini ən  ucqar yaşayış məskənlərinə qədər genişləndirərək genişmiqyaslı işlər görüb və görməkdədir. Halbuki, çox da uzaq olmayan illərdə nəinki ucqar kəndlər, hətta paytaxtın “bir addımlığında” olan Bakı kəndləri enerji təchizatında sayagəlməz problemlər yaşayırdı. Heç kəsə sirr deyil ki, bu qəsəbə və kəndlərdə qazsızlıq probleminin yaşanması qış aylarında elektrik paylayıcılarının hədsiz yüklənməsinə gətirirdi ki, nəticədə onsuz da keyfiyyət sarıdan bugünkü vəziyyətdən çox-çox uzaq olan sistem çökür, təmiri isə günlərlə, hətta həftələrlə çəkirdi ki, bu da əhalinin yaşamını dözülməz edirdi. Bu gün Bakı kəndlərində enerji təchizatında “sıfır problem” vəziyyətinə nail olunması məhz “Azərişıq” ASC-nın ciddi uğurlarından sayılmalıdır. Bu uğurlar isə, qeyd etdiyimiz kimi, təkcə Bakı və onun qəsəbələrilə məhdudlaşmır və regionlarımız paytaxt Bakıdan geri qalmır. Artıq Azərbaycanın ucqar dağ kəndləri belə elektrik enerjisi ilə tam təchiz olunaraq, zülmət gecələri nura qərq olub.

"Azərişıq”ın abonentlərin rahatlığı üçün həyata keçirdiyi yeniliklərdən biri də ASC-nin  müştərilərə “ASAN xidmət” və “ASAN kommunal” vasitəsilə xidmət göstərməsidir.  Ötən ay jurnalistlər üçün keçirilən mətbuat konfransında “Azərişıq” ASC-nin Perspektiv İnkişaf və “ASAN xidmət”lə İş İdarəsinin rəisi Elsevər Rüstəmli deyib ki, 2018-ci ilin 7 ayı ərzində “Azərişıq” ASC-yə  “ASAN xidmət” vasitəsilə göstərdiyi 13 xidmət üzrə 101 min müraciət edilib. Təbii ki, bu əlçatanlıq xidmətin bütün bürokratik əngəlləri aşaraq məmur-vətəndaş ünsiyyətini sadələşdirməsi sayəsində mümkün olub və bu müraciətlərin əksəriyyətinin nəticəsini tapdığı heç bir şübhə doğurmur.

Göründüyü kimi, “Azərişıq” ASC öz müqəddəs missiyasını –  respublikamızı nura qərq etmək missiyasını uğurla həyata keçirir və daim təkmilləşir. Heç şübhə yoxdur ki, Səhmdar Cəmiyyət ölkənin inkişaf yolunda bundan sonra da öz missiyasına sadiq qalacaq və Azərbaycanı işıqlı sabaha aparan yollara sözün həqiqi mənasında nur çiləyəcək...

Yolunuz, yolumuz işıqlı olsun!

Samirə SƏFƏROVA

Yazı "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ