şənbə günü, 17 oktyabr 2026
     

Əliyev diplomatiyasının Avropa istiqamətində fəallaşmasının bəhrəsi - Azərbaycanda Avropa şirkətlərinin sayı 385-ə çatdı...

Image


Fikrət Yusifov: “Bu səbəbdən yaxın gələcəkdə qeyri-neft sektorunda ixracın həcminin əhəmiyyətli dərəcədə artacağı gözlənir”

 

Bu il Azərbaycanda Avropa şirkətlərinin sayı 300-dən 385-ə qədər artıb. Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Naxçıvan Muxtar Respublikasında Avropa İttifaqı Gününə həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, Aİ ilk dəfə olaraq Naxçıvanda belə genişmiqyaslı tədbir təşkil edib. Bu tədbirdə Aİ-nin, 17 səfiri də daxil olmaqla, 60 nümayəndəsi iştirak edir.

K.Yankauskas əlavə edib ki, bəzi Avropa şirkətləri artıq Naxçıvan MR-də fəaliyyət göstərir və enerji, kənd təsərrüfatı kimi sahələrə sərmayələr yatırırlar.

Nümayəndəliyin rəhbəri daha sonra qeyd edib: “Aİ Azərbaycanın böyük tərəfdaşıdır. Aİ Azərbaycanın həm neft, həm də qeyri-neft sektorunda böyük sərmayəçidir. Biz Azərbaycanı etibarlı tərəfdaş kimi çox yüksək qiymətləndiririk”.

Bütövlükdə bu il Azərbaycanda Avropa şirkətlərinin sayının əhəmiyyətli dərəcədə artması təsadüfü deyil. Məsələ ondadır ki, Prezident İlham Əliyev Avropa ölkələri və Avropa İttifaqı ilə bağlı fəal siyasət aparır. Almaniya kansleri Angela Merkelin Bakıya səfəri, Prezident İlham Əliyevin Xorvatiyaya və digər Avropa ölkələrinə səfərləri, bu yay NATO-nun və AB-nin sammitləri çərçivəsində keçirilən bir sıra görüşlər, qəbul olunan qərarlar Avropa şirkətlərinin Azərbaycana yönəlik marağının artmasına öz təsirini göstərir. Bu baxımdan sözügedən faktorların əhəmiyyətini ekspertlər necə dəyərləndirir?

Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun sözlərinə görə, bütün bunlarda Prezident İlham Əliyevin rolu böyükdür: “Bu gün müasir Azərbaycan regionun sürətlə inkişaf edən dövləti kimi təkcə Avropanın deyil, dünyanın siyasi müstəvisində ciddi söz sahibinə çevrilib. İndi Azərbaycan özünün reallaşdırdığı enerji strategiyası ilə Avropanın enerji təhlükəsizliyini təmin edən ən etibarlı tərəfdaşa çevrilir. Bununla da Azərbaycan praktiki olaraq Qərblə tərəfdaşlığın yeni formatını müəyyənləşdirir. Bu, Azərbaycanı dünya siyasət meydanında daha güclü görünməyə, hər kəsi özü ilə daha çox hesablaşmağa vadar edən yeni bir formatdır. Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa həmişə böyük önəm verib. Çünki Azərbaycan Cənubi Qafqaz regionununun lider dövlətidir. Azərbaycan özünün enerji resursları, iqtisadi və hərbi potensialından dolayı coğrafi yerləşməsi ilə kifayət qədər əhəmiyyətli bir mövqeyə malikdir. Qərblə Şərq arasında ticarət əlaqələrinin Azərbaycan üzərindən aparılması iqtisadi cəhətdən hər iki tərəf üçün çox önəmlidir. Elə bu səbəbdəndir ki, Azərbaycan üzərindən qədim İpək Yolunun bərpasında Avropa ölkələri çox maraqlı idilər. Bundan heç də az əhəmiyyət kəsb etməyən daha mühüm bir məsələ isə Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində Azərbaycanın iştirakıdır. İndi Aİ ölkələri ilə iqtisadi əlaqələrin hərtərəfli inkişafı üçün geniş bir meydan yaranır. Son illərAzərbaycan hökuməti qeyri-neft sektorunun sürətli inkişafını təmin edə biləcək çox ciddi addımlar atır. Bu səbəbdən yaxın gələcəkdə qeyri-neft sektorunda ixracın həcminin əhəmiyyətli dərəcədə artacağı gözlənir. Belə olan halda məhsullarımızın bizim üçün ən önəmli bazarlardan biri olan Avropa ölkələrinin bazarında daha geniş bir şəkildə təmsil edilməsi imkanları yaranacaq. İndi biz Avropaya  ekoloji cəhətdən təmiz olan meyvə-tərəvəz məhsulları və digər ərzaq məhsulları  çıxarmaqla bu bazarda öz yerimizi möhkəmləndirə bilərik. Bunun üçün bütün imkanlar mövcuddur. Bu yolla yaxın gələcəkdə Avropa bazarlarında Azərbaycan brendi öz nüfuzunu tam formalaşdıra bilər.

Azərbaycan hökumətinin və ilk növbədə Prezident İlham Əliyevin apardığı düşünülmüş daxili və xarici siyasət bu gün Avropa iş adamları üçün Azərbaycanı münbit bir biznes mühitinə çevirib. Yaxın gələcəkdə ölkəmizə Avropa ölkələrindən daha çox kapital axını baş verəcək. Çünki Azərbaycan bunun üçün Avropa ilə əlaqələri genişləndirməklə yanaşı, biznes mühitini də kifayət qədər münbitləşdirir”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ