İyulun 1-dən ölkə ərazisində fəaliyyət göstərən müəssisələrə verilən gigiyenik sertifikatlar ləğv olunur. Trend-in məlumatına görə, bunu mətbuat konfransında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
Onun sözlərinə görə, xaricdən gələn mallara da gigiyenik sertifikat verilməyəcək: "İstər xaricdən gələn, istər ölkə ərazisində olan müəssisələrin istehsal etdiyi mal qida təhlükəsizliyinə görə qeydiyyata düşəcək və müəssisənin istehsal etdiyi mala görə qida təhlükəsizliyi sertifikatı alacaq. Bu beynəlxalq konvensiyaya uyğundur".