Bazar günü günü, 18 oktyabr 2026
     

Bakı-Tiflis-Qars dəmir yolu Litva və Latviyaya qədər uzanacaq

Image


Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu ilə müxtəlif təyinatlı yüklərin daşınmasına gözlənildiyi kimi beynəlxalq marağın artması müşahidə olunmaqdadır. Belə görünür ki, ilk növbədə region ölkələri bu xətt vasitəsilə daha böyük həcmdə yük daşınmasına xüsusi maraq göstərir. Özü də müxətəlif istiqamətə. Artıq Bakı-Tiflis-Qars dəmir yolu ilə Rusiyadan Qarsa taxıl daşınıb. Prosesin həyata keçməsində əsas iştirakçılardan olan "AzRusTrans” QSC-dan  bildirilib ki, bu vaxta kimi konteynerlər vasitəsilə yüklərin daşınması həyata keçirilən Bakı-Tiflis-Qars dəmir yolu ilə ilk dəfə olaraq yük vaqonları ilə taxıl daşınıb.

Bildirilir ki, “AzRusTrans” QSC “ADY Express” MMC ilə birgə Rusiyadan Qarsa taxılı xüsusi taxıldaşıyan vaqonlar vasitəsilə nəql etməyə müvəffəq olub. 12 vaqona yüklənmiş taxıl Rusiyanın Orenburq vilayətində yerləşən Sara stansiyasindan, Cənubi Ural istiqaməti üzrə Axalkalaki stansiyasına çatdırılıb, burada təkər cütlərinin dəyişdirilməsi əməliyyatı həyata keçirildikdən sonra, Qarsa yola salınıb. Yüklər artıq Qars stansiyasına çatdırılıb. Qeyd edək ki, Bakı-Tiflis-Qars dəmir yolunda bu vaxta kimi yüklər ancaq konteyner vasitəsilə daşınıb. Axalkalaki stansiyasında konteynerlər Türkiyədən daxil olan platformalara aşırıldıqdan sonra, yolunu davam etdiriblər.

2017-ci il oktyabrın 30-da istifadəyə verilən bu dəmir yolundan  indi xüsusi vaqonların da istifadəsi Bakı-Tiflis-Qarsa daha çox maraq yaradır. Belə vəziyyət həm də dəmir yolu ilə Azərbaycan üzərindən daha çox yük daşınmasını şərtləndirir, ölkənin qeyd olunan istiqamətdən gəlirlərini çoxaldır. Yeri gəlmişkən qeyd edək ki, 2018-ci ilin yanvar-may aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 2 milyon 639 min 974 ton yük daşınıb ki, bu yüklərin dəyəri 1 milyard 257 milyon dollardır. Belə vəziyyət dəmir yolu nəqliyyatı ilə ölkənin gəlirlərinin sürətlə artması deməkdir. Bakı-Tiflis-Qars ilə yükdaşımaların çoxalması isə ölkənin daha çox gəlir əldə etməsini şərtləndirir. Onu da bildirək ki, dəmir yolu daşımalarında yüklərin Azərbaycanın tranzit marşrutlarına cəlbi üçün yeni tərəfdaşlarla danışıqlar aparılır. “Azərbaycan Dəmir Yolları” QSC, “ADY Express” MMC və “ADY Container” MMC bu prosesdə müxtəlif ölkə və şirkətlərlə fəal iş aparmaqdadır. Hazırda dünyada tranzit daşımalarda əsas tərəfdaş kimi qəbul edilən Azərbaycanın bu sahədəki imkanlarını nümayiş etdirən “ADY”, “ADY Express” və “ADY Container” ölkəmizin Avropa ilə Asiya arasında əsas əlaqələndirici məntəqəyə çevrilməsi xüsusunda təbliğatı işlərlə də yaxından məşğuldurlar. Dəmir yolu daşımalarında yeni tərəfdaşlarla danışıqlarda, yüklərin Azərbaycanın tranzit marşrutlarına cəlb olunması istiqamətində əməli tədbirlərin görülməsi isə öz nəticələrini verir. Məsələn, Ukraynanın Azərbaycandakı səfirliyinin ticarət və iqtisadi missiyasının rəhbəri Sergey Ştelyuk qeyd edir ki, Kiyev Bakı-Tiflis-Qars dəmir  yolu xəttinin gələcək inkişafını maraqla izləyir.  Onun sözlərinə görə, dəmir  yolunun Türkiyə və Ukraynanın nəqliyyat infrastukturu ilə birləşməsi imkanları maraq doğurur: "Ukrayna da Türkiyə, Latviya və Litvanın dəniz limanları arasında qarışıq daşımalar həyata keçirən “Vikinq” və “Zubr” qatar marşrutlarının Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə birləşdirilməsi hesabına əlavə nəqliyyat tranzit potensialı əldə edə bilər".

Türkiyə Barolar Birliyinin (TBB) rəhbəri Metin Feyzioğlu da qeyd edir ki, Bakı-Tiflis-Qarsa digər ölkələrin də marağının artması müşahidə edilir: “Çinin "bir kəmər, bir yol" layihəsi Azərbaycan, Gürcüstan və Türkiyədən keçmir. Amma bu ölkənin Avropaya göndərəcəyi məhsullar üçün ən qısa yol budur”. Onun sözlərinə görə, Bakı-Tiflis-Qars regionun taleyini dəyişəcək: “Bizim "Dəmir ipək yolu" adlandırdığımız bu dəmir yolu xətti Çinin ixracının 20%-ni daşıyacaq. Bu layihəni hüquqşünaslar sərmayəyə çevirməlidirlər. Hüquqşünasın uğurlu olmadığı yerdə yatırım olmaz. Deməli, biz bu xəttin keçdiyi, mal və xidmətlər daşıdığı hər yerdə xidmət göstərəcəyik”.

Bu arada onu da qeyd edək ki, Bakı-Tiflis-Qars dəmir yolunun sərnişin vaqonları Azərbaycana gələn il təhvil veriləcək. bunnula Bakı-Tiflis-Qars ilə sərnişin daşınması da gələn ildən həyata keçiriləcək. Dəmir yolu ilə ilkin mərhələdə 1 milyon sərnişinin daşınması nəzərdə tutulub. Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan bildirib ki, Bakı-Tiflis-Qars dəmir yolu yalnız yükdaşımalarda deyil, həmçinin turizmin inkişafında da böyük rol oynayacaq: “Bakı-Tiflis-Qars ilə ilkin olaraq 1 milyon, növbəti illərdə isə 3-3,5 milyon sərnişin daşınması planlaşdırılır. Bu marşrut təyyarə ilə səyahəti yox, gəzərək görməyi sevən turistlər üçün gözəl imkandır”. Bütün bunlar öz növbəsində Bakı-Tiflis-Qarsın Azərbaycana daha çox vəsait qazandıracağını deməyə əsas verir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ