London məhkəməsi Rusiyanın qaz nəhəngi “Qazprom” şirkətinin Böyük Britaniyadakı aktivlərinə həbs qoyub.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Naftoqaz” şirkəti məlumat yayıb.
“Naftoqaz”, Stokholm Beynəlxalq Arbitraj Məhkəməsi tərəfindən Ukrayna şirkətinə təzminat ödəməsinə qərar verilən "Qazprom"un İngiltərədə və Uelsdəki aktivlərinin müsadirə edildiyini bildirib.
Bundan başqa "Qazprom"un İngiltərə və Uelsdə dəyəri 50 min dollardan artıq olan aktivləri ilə bağlı siyahı da məhkəməyə təqdim ediləcək.
"Qazprom" məhkəmə qərarını icra etməyəcəyi halda daha ağır sanksiyalara məruz qala biləcəyi qeyd edilir.
Stokholm Beynəlxalq Arbitraj Məhkəməsi "Qazprom"la "Naftoqaz" arasında mübahisə ilə bağlı bir müddət əvvəl Ukrayna şirkətinin lehinə qərar çıxarmşdı. "Qazprom"un Ukraynaya qaz verilməsi öhdəliyini yerinə yetirmədiyini iddia edən məhkəmə, Rusiya qaz nəhənginin “Naftoqaz”a 2,56 milyard dollar ödəməsinə qərara vermişdi.