Bazar günü günü, 18 oktyabr 2026
     

Nazir vergi bəyannamələrinin tərtib qaydalarında hansı dəyişiklikləri etdi? - MÜSAHİBƏ

Image


Vergi sistemində həyata keçirilən islahatların əsas hədəflərindən biri iqtisadi artımı sürətləndirmək üçün orta və uzunmüddətli dövrdə vergitutma sahəsində səmərəliliyin yüksəldilməsi, büdcənin dayanıqlığının təmin edilməsi məqsədilə büdcə gəlirlərinin əldə olunması, sahibkarlığın stimullaşdırılması və investisiyaların təşviqidir.

Həmin siyasətə uyğun olaraq, eyni zamanda «Dövlət rüsumu haqqında» Qanuna olunmuş dəyişikliklərin tələblərindən irəli gələrək, vergi bəyannamələrində və hesabat formalarında dəyişikliklərin edilməsi də zəruri məsələlərdəndir. Bu günlərdə vergilər nazirinin imzaladığı müvafiq əmrə əsasən, bəzi vergi bəyannamələrinə, hesabat və onların əlavələrinin tərtib edilməsi qaydalarına dəyişikliklər edilib. Mövzu ilə bağlı suallarımızı Vergilər Nazirliyinin Vergi risqlərinin təhlili və nəzarət departamentinin Bəyannamələr idarəsinin direktoru Vüqar Əliyev cavablandırır.

- Vüqar müəllim, vergi bəyannamələrinə, hesabat formalarına və onların əlavələrinə edilən dəyişikliklər nədən ibarətdir?

- Azərbaycanda aparılan iqtisadi siyasətin mühüm tərkib hissəsi kimi vergi sahəsində davam etdirilən islahatlar inzibatçılığın təkmilləşdirilməsinə, vergi ödəyicilərinə göstərilən xidmətlərin daha da yaxşılaşdırılmasına yönəlməklə yanaşı, ödəyicilərin gəlir və xərclərinin uçotunun düzgün təşkilinə, vergidən yayınma hallarının qarşısının alınmasına və büdcə daxilolmalarının tam həcmdə, vaxtında yığılmasının təmin olunmasına, şəffaflığın artırılmasına xidmət edir. Bu istiqamətdə aparılan kompleks islahatların və yeni iqtisadi münasibətlərin tələblərinə uyğun olaraq, vergi bəyannamələri və onların formaları ilə bağlı bəzi hüquqi tənzimləmə məsələlərinin həll edilməsi zərurəti yaranmışdı.

Qeyd etmək istərdim ki, vergi bəyannamələrinin formalarına dəyişikliklər adətən qanunvericiliyə edilən dəyişikliklər zamanı aparılırdı. Son dövrlər aparılan əhatəli və dərin təhlillərin nəticələri və vergi ödəyicilərindən daxil olan müraciətlər nəzərə alınaraq, bəzi bəyannamə formalarının və onların əlavələrinin dəyişdirilməsinə Vergilər Nazirliyi tərəfindən qərar verildi. Nəticədə dörd vergi bəyannaməsinə və əlavələrinə, eləcə də bir hesabat formasına müvafiq dəyişikliklər edildi. Dəyişikliklər həm bəyannamələrin özünü, həm də onun əlavələrini əhatə edir. «Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi»nə, «Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi»nə, «Əlavə dəyər vergisinin bəyannaməsi»nin  3, 4, 5 nömrəli əlavələrinə, «Əmlak vergisinin bəyannaməsi»nə və onun Əlavəsinə, «Dövlət rüsumu tutulması haqqında hesabat»ın formasına, onun Əlavəsinə və tərtib edilməsi qaydalarına müvafiq dəyişikliklər edilib. Ümumiləşdirdikdə dəyişiklikləri 2 qrupa ayırmaq olar: texniki xarakterli və əsaslı dəyişikliklər.

Ən mühüm və ciddi dəyişikliklərdən biri «Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi»nin yeni formada tərtib edilməsindən ibarətdir. Əvvəlki qaydalara əsasən, müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə işçiyə ödənilən vəsaitlərin bəyannamələrdə əks etdirilməsində problemlər yaranırdı. Belə ki, dövlət sosial müdafiə orqanları tərəfindən müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə işçiyə ödənilən vəsaitdən tutulan gəlir vergiləri büdcəyə ödənilir, lakin həmin şəxslər digər vergi ödəyicilərinin işçiləri olduğuna görə hesablamaların şəxsi vərəqələrdə əks olunması məsələlərində çətinlik yaranırdı. Yəni, həmin vəsaitlərin hesabatda hansı qaydada əks etdirilməsi qaranlıq qalırdı. Burada dürüstlük, hesabatlılıq, konkretlilik yox idi. Eyni zamanda, həmin sahədə süni olaraq artıq ödəmələr yaranırdı. Vergilər Nazirliyi sosial müdafiə orqanları tərəfindən daxil olan təklif və müraciətləri nəzərə alaraq, həmin sahə üzrə yaranmış uyğunsuzluqları aradan qaldırmaq üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə yeni sətirlərin əlavə edilməsini qərara aldı.  Beləliklə, dəyişikliklərdən sonra müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə işçiyə ödənilən gəlirdən tutulan verginin bəyannamələrdə əks etdirilməsi mümkün olacaq. Eyni zamanda, həmin sahədə vergilərin bəyannamədə əks etdirilməsi ilə bağlı meydana çıxan digər problemlər də aradan qalxacaq. Yeri gəlmişkən, vergi ödəyiciləri və digər şəxslərə məlumat üçün bildirmək istəyirəm ki, qaydalarda göstərildiyi kimi, bəyannaməyə edilmiş həmin sətir bölməsi yalnız dövlət sosial müdafiə orqanları tərəfindən tərtib edilməlidir, digər vergi ödəyicilərinin bəyannamənin həmin hissəsinin doldurulmasına aidiyyəti yoxdur.

Digər bir mühüm dəyişiklik «Əlavə dəyər vergisinin bəyannaməsi» və onun 3,4 və 5 №-li əlavələrinin formalarının tərtibi ilə bağlıdır. 3 №-li Əlavəyə edilmiş dəyişikliklərə əsasən, ƏDV tutulan vergitutma obyektləri, ƏDV tutulan əməliyyat hesab edilməyən dövriyyələrlə bağlı ortaya çıxan uyğunsuzluqlar aradan qaldırılıb. 4 №-li Əlavəyə dəyişikliklə 0 dərəcə ilə vergiyə cəlb edilən əməliyyatlar üzrə konkretlilik təmin olunub. Xüsusi iqtisadi zonalarda aparılan əməliyyatların və Azərbaycanın qoşulduğu bir sıra beynəlxalq müqavilələr üzrə əməliyyatların «0» dərəcə ilə vergiyə cəlb olunması üzrə məsələlər sənədlərdə öz həllini tapıb, həmin istiqamətlər üzrə bəyannamələrin əlavə formalarında müvafiq sətir yaradılıb. 5 №-li Əlavələnin mahiyyəti isə ƏDV-dən azadolmalarla bağlı məsələlərə aydınlığın gətirilməsidir. Həmin əlavələrdə də xüsusi iqtisadi zonalar və beynəlxalq müqavilələr üzrə azadolmalarla bağlı əməliyyatları əks etdirən sətir yaradılıb. Bu, vergi ödəyicilərinin öz əməliyyatlarını detallı və təfərrüatlı şəkildə əks etdirməsinə imkan verəcək. Ümumilikdə, hər 3 əlavə formasına edilmiş dəyişikliklər nəticəsində vergi ödəyiciləri üçün öz əməliyyatlarını dürüst formada əks etdirməyə imkan yaradılacaq. Bu, həm vergi orqanı, həm də ödəyici üçün mühüm əhəmiyyət daşıyır. Əlavə olaraq, vergi orqanlarında həmin əməliyyatların vergitutma baxımından qiymətləndirilməsi üçün informasiya mənbəyi yaranacaq. Vergi orqanı əməliyyatların qiymətləndirilməsi zamanı sahibkarların dövriyyələrinin, əsasən də azadolma və güzəştlərlə bağlı hissəsinin qanunvericiliyə uyğunluğunu və əsaslılığını asanlıqla müəyyən edə biləcək və son nəticədə bəyannamədə əks etdirilmiş dövriyyə ilə bağlı qarşılıqlı yazışmaların azalmasında əhəmiyyətli rol oynayacaqdır.

«Əmlak vergisinin bəyannaməsi»nə və onun əlavə formasına edilmiş dəyişikliklər əsas etibarilə texniki korrektə xarakteri daşısa da, burada da bir sıra yeni məqamlar mövcuddur. Məlum olduğu kimi, 2017-ci ildən sadələşdirilmiş vergi ödəyicilərinin əmlakları da vergiyə cəlb olunur. Məhz bu səbəbdən, sadələşdirilmiş vergi ilə bağlı sözlər bəyannamədən çıxarılıb, əsas dəyişiklik bəyannamənin Əlavəsi ilə bağlı formasına edilib. Burada vergidən azadolmaların daha dəqiq qiymətləndirilməsi ilə bağlı əlavələr olunub.

«Dövlət rüsumu tutulması haqqında hesabat»ın formalarının tərtib edilməsi qaydalarına edilmiş dəyişikliklər isə bir sıra qanunvericilik sənədlərinin tələblərindən yaranıb.

- Bəyannamə formalarına dəyişikliklərin vergi orqanı və vergi ödəyicisi üçün əhəmiyyəti nədən ibarətdir?

- Vergi bəyannamələrinə və onun əlavələrinə edilmiş dəyişikliklər vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə və bəyannamə formalarının sadələşdirilməsinə, ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının düzgün müəyyənləşdirilməsinə, bəyannamələr vasitəsilə əldə olunan məlumatların dəqiqləşdirilməsi hesabına vergi ödəyicilərində keçirilən nəzarət tədbirlərinin sayının azaldılmasına xidmət edəcək. Ümumilikdə, dəyişikliklər vergi sistemində səmərəliliyin artırılması, əməliyyatların konkretləşdirilməsi və dəqiqləşdirilməsi, güzəşt və azadolmaların daha detallı qiymətləndirilməsi kimi müsbət amillərə xidmət edəcək. Vergi ödəyicisinin gələcəkdə bir sıra anlaşılmazlıqlarla üzləşməsinin qarşısının alınmasına imkan verəcək, eyni zamanda vergi yoxlaması zamanı onun sanksiyalara məruz qalma riskinin qarşısını alacaq.

- Yeni bəyannamə və hesabat formalarının tərtib edilməsi zamanı vergi ödəyiciləri hər hansı  çətinliklərlə qarşılaşa bilərmi?

- Hesab edirəm ki, yeni dəyişikliklərlə əlaqədar bəyannamə formalarının tərtibi ödəyicilər üçün çətinlik yaratmayacaq, əksinə, tərtibedilməni sadələşdirəcəkdir. Təbii ki, vergi ödəyiciləri bəyannamələrin daha sadə olmasını istəyir, lakin bir məsələni də nəzərə almaq lazımdır ki, təcrübə göstərir ki, bəyannamədə vergitutma ilə bağlı məlumatlar nə qədər məhduddursa, kameral vergi yoxlamaları zamanı vergi ödəyiciləri ilə bağlı yazışmalar bir o qədər çox olur. Bütün bunlar nəzərə alınaraq çalışılır ki, bəyannamələr asan və informativ, məlumatlarla zəngin olsun və vergi ödəyiciləri  ilə lüzumsuz yazışmalar aradan qaldırılsın. Bundan sonra bəyannamələr elə formada tərtib olunacaq ki, vergi ödəyiciləri əməliyyatlarının vergidən azad olunan, güzəşt edilən və digər məsələlərlə bağlı məlumatları, Vergi Məcəlləsi ilə yanaşı, bəyannamə vasitəsilə də ayırd edə biləcək və bu hal gələcəkdə vergi ödəyicisini vergi təqibinə məruz qalmaqdan azad edəcəkdir.

- Yeni bəyannamə forması haqqında vergi ödəyicilərinin maarifləndirilməsi istiqamətində hansı izahedici tədbirlərin görülməsi nəzərdə tutulur?

- Vergilər Nazirliyi bəyannamə formalarına edilmiş dəyişikliklər barədə ödəyiciləri məlumatlandırmaq, izahedici xarakterli informasiya vermək üçün mütəmadi olaraq müvafiq işlər görəcək. Yeni bəyannamə formalarının tətbiqi 2018-ci il yanvarın 1-dən başlayan hesabat dövrlərinə aiddir. Vergi orqanı bir sıra məqamları nəzərə alaraq ödəyicilərə qarşıdakı müddətdə tərtib etdikləri bəyannamələrdəki uyğunsuzluqları aradan qaldırmaq, yenidən tərtib etmək imkanları verib. Hazırda iyun ayıdır və ƏDV ödəyicilərinin əksəriyyəti artıq 2018-ci ilin ötən 5 ayı üzrə bəyannamələri təqdim ediblər. Bu baxımdan, hansısa rəqəmlərdə anlaşılmazlıq, uyğunsuzluq varsa, onların aradan qaldırılmasında, yenidən düzgün tərtib olunmasında vergi orqanları ödəyicilərə istənilən köməyi göstərməyə hazırdır...

Yeni bəyannamə formaları ilə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) «Bəyannamələr» bölməsində tanış olmaq mümkündür.

Baki-xeber.com



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ